Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə36/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   32   33   34   35   36   37   38   39   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
85
Koreya GDİ-si milli mülahizələrə əsasən milli mənzərəni təsvir edir. Çünki normalizasiya 
üçün  ən yaxşı  və  ən pis dəyərlər, bütün dünya üçün ümumi gözləntilərə qarşı  Cənubi 
Koreyalıların növbəti 10 il üçün konkret gözləntilərinə əsaslanır.   
 
GDİ metodologiyası pis dəyərləri daha ciddi şəkildə “cəzalandırdığı” üçün, 80-cı illərdəki 
Koreya dəyərləri üçün aşağı GDİ Koreyalıların yüksək gözləntilərini özündə  əks etdirir. 
Böyük fərqlərin mövcud olduğu 1984-1991-ci illər arasındakı dövrdə, GDİ-nin  əsas 
dəyişənləri bugünün gözləntilərindən çox aşağı  şəkildə qurulmuşdu (Təhlilin təfsilatı  və 
nəticələrin şərhləri üçün kompakt disk versiyasının 2-ci Fəslinə baxın).  
 
Qrafik 22. Qlobal və  Cənubi Koreya Normallaşdırma Dəyərlərini istifadə edən Cənubi 
Koreya üçün Nisbi (müvafiq) GDİ-nin Müqayisəsi (2006 = 1 olaraq tənzimlənmiş) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nəticələr və Gələcək İnkişaf 
 
İndi məlum olur ki, milli GDİ-lər üçün “standartlar”-ın yaradılması çox faydalı ola bilər. Bu, 
milli GDİ-lərin qurulmasında texnoloji təlimat rolunu oynaya bilərdi; bu, müvafiq yerlərdə 
elektron cədvəl proqram təminatından və qlobal məlumatlardan ibarət ola bilər. Bəzi 
ölkələr GDİ-lərini eyni standartlar üzrə qurduqları üçün, sistemli çarpaz və uzununa 
müqayisələr aparıla bilər.     
 
2006-07-ci il GDİ araşdırması milli GDİ-nin qurulması üçün standartlaşdırılmış metodlara 
yeni məğzlər əlavə edib. Bu, ölkələr arasında və qlobal və milli GDİ arasında daha effektiv 
müqayisələr aparmağa imkan verəcək. Bu standartlaşmış yanaşmada milli GDİ-nin 2 
növü mövcuddur: birincisi qlobal GDİ  və digər ölkələrin GDİ-ləri ilə müqayisə edilmək 
üçün qurulub (bu növü milli müqayisə GDİ-si adlandırın). İkinci növ isə ölkənin səylərini öz 
nadir məqsədləri və gözləntiləri  ətrafında birləşdirməsi üzrə proqresini şərh etmək və 
izləmək üçün qurulmuş milli unikal GDİ-dir (bu növü milli səyləri birləşdirmə GDİ-si 
adlandırın). Bu standartlaşdırılmış yanaşma hələ  də  işlənib hazırlanmaqdadır. Və ilkin 
konsepsiya daha təfsilatlı  şəkildə kompakt disk versiyasını 2-ci Fəslində, “Gələcəyin 
Durumu  İndeksi Dəyişənləri və onların Ölkədən-Ölkəyə Müqayisələrində  İstifadəsi” 
yarımfəslində şərh olunub.    
 
Cənubi Koreya Standartlaşması 
Qlobal Standartlaşma 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
86
Milli müqayisə GDİ-ləri üçün hər bir ölkə bir neçə istisnaları  çıxmaqla qlobal GDİ-dəki 
standart dəyişənləri, öz milli tarixini və proqnozları, qlobal GDİ üçün seçilmiş eyni ən yaxşı 
və  ən pis dəyərləri və  əhəmiyyətlilik dərəcələrini, və eyni xarici Tendensiyanın Təsiri 
Təhlili hadisələrini (hallarını) və ehtimalları istifadə edərdi. Lakin son halda hadisələrin 
dəyişənlərə göstərdiyi təsirlər milli səviyyədə qavranılardı. Beləliklə milli müqayisə GDİ-si 
qurmaq məqsədilə ölkə standart dəyişənlər üçün milli tarixi məlumatları toplamalı, bu 
məlumatları proqnozlaşdırmalı və Tendensianın Təsiri Təhlili hadisələrinin bu dəyişənlərə 
göstərdiyi təsirləri qiymətləndirməlidir. Milli müqayisə GDi-sini qurmaq üçün tələb olan 
digər məlumatlar qlobal GDİ-dən  əldə olunur. Bu yanaşmayla, bütün ölkələr müqayisəli 
milli GDİ-ləri qura bilərdilər.     
 
Milli səyləri birləşdirmə GDİ-ləri prosesə daha sərbəst seçim imkanı verər, lakin ölkələr 
arasında və ölkənin GDİs-i və qlobal GDİ arasında birə-bir müqayisə aparmaq 
qabiliyyətini qurban verməli olardı. Bu növün həyata keçirilməsində ölkələr, öz ölkələri 
üçün xüsusi əhəmiyyət kəsb edən (məsələn xüsusi milli strategiyalara nail olunması), ən 
yaxşı  və  ən pis dəyərlərin və  həcm ağırlıqlarının seçilməsi yolu ilə ifadə olunmuş unikal 
məqsədlərdən, milli əhəmiyyət kəsb edən xüsusi Tendensiyanın Təsiri Təhlili 
hadisələrindən və onların ehtimalları  və  təsirlərindən ibarət olan qeyri-standart 
dəyişənlərdən istifadə edə bilər. Milli səyəri birlşdirmə GDİ-ləri ölkədən-ölkəyə 
müqayisələrində istifadə olunmasa da, bu GDİ-lər zamanla ölkənin gələcəyin durumunun 
izlənməsində daha faydalı ola bilər, strategiyaların və  məqsədlərə yaxınlığın 
qiymətləndirilməsində, və  səmərəli strategiyalar və onların uğuruna təsir edə biləcək 
amillər haqqında müzakirələrə təkan verə bilər.  
 
Ölkənin GDİ-sinin (əhali tərəfindən mülahizə edilmiş) qlobal GDİ-yə  uğyun gəlib- 
gəlmədiyini aşkar etmək üçün layihələşdirilmiş  təhlil xüsusi maraq kəsb edir. Bundan 
əlavə, korporativ GDİ-lər kimi digər tətbiqlərlə də təcrübələr həyata keçirilə bilər. Bir təklif 
də budur ki, milli novatorluğun ölçüsü də əlavə olunsun. Nəhayət, milli və digər tətbiqləri 
asanlaşdırmaq üçün, dəyişənlərin və hadisələrin onlayn məlumat bazası qurula bilər.    
 
Ümumiyyətlə GDİ-yə  gələndə, hələ çox iş görülməlidir. Hələ  də, təkcə milli GDİ-lərdən 
yox, həm də korporativ tətbiqatlardan ibarət geniş spektrə malik tətbiqatlarda istifadə 
oluna biləcək sağlam “korporativ müəssisə proqram təminatının” hazırlanması 
arzuolunandır.   
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
87
 
 
www.BrainPaint.com 
 
 
Bu təsvir elektroensefaloqramma bioloji əks-əlaqəsi adlı proses zamanı Maykl L.-in Beyin 
dalğaları (insanın baş  dərisinə birləşdirilmiş sensrolarla aşkarlanan elektrik siqnalları) 
vasitəsilə yaradılmışdır. Elektroensefaloqramma məlumatları demək olar ki, faks 
aparatının ötürücüsü kimi özündə saxlayır. Bill Skot o məlumatları real zamanda emal 
edən və qrafik şəklində təsvir edən BreynPeynt adlı proqram yaradıb. Bu proqram Maykla 
öz bioloji əks-əlaqə prosesinin bir hissəsi kimi bu təsviri çəkməyə imkan verib. Bu təsvirə 
nə tuşla düzəlişlər, nə  də  əllə edilə biləcək heç bir düzəlişlər edilməyib. O düşüncə  və 
hisslərdən başqa heç nə tələb etmir. Bu təsvirin yaradılması zamanı Mayklın iştirak etdiyi 
təlim, was to experience power through releasing control. İşin mahiyyəti onu daha az 
narahat etdikcə, o daha çox nəticə əldə edirdi. Həm də bəzən adama elə gəlir ki, kimsə 
təsvirlərə daha çox qiymət verdikcə onlar daha da gözəlləşir. 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə