SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə45/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

165 
 
Zenonun ən tanınmış öyrəncilərindən biri Kleantes
75
 
(yun.  Κλεανθης,  m.  ö.  330  –  232)  olmuşdur.  O,  yeni 
ideyalarla  çıxış  etmiş,  müəlliminin  irsini  yaymış  və  təbliğ 
etmiş,  daha  sonra  stoa  məktəbinə  başçılıq  etmişdir. 
Diogenes  Laertiusa  görə  Kleantes  çoxlu  kitab  yazmış, 
ancaq  onlardan  yalnız  bəzi  fraqmentlər  zamanımıza 
çatmışdır  (1,  325).  Kleantes  də  bəzi  digər  filosoflar  kimi 
könüllü olaraq yeməkdən imtina edərək ölmüşdür. 
Kleantes  panteist  olmuşdur.  O  deyirdi  ki,  bu  dünya 
tanrıdır,  bəzən  isə  təbiətin  Əqli  və  Ruhunu  da  tanrı 
adlandırırdı  (4,  31).  Tanrı  bu  dünyanı  yandırır,  sonra  isə 
dirçəldir.  O  da,  Zenon  kimi  təbiətə  uyğun  həyatın 
sürülməsini vacib hesab edirdi. 
Fəlsəfəni  bir  tamlıq  kimi  dəyərləndirən  stoaçılar 
məntiq  məsələlərinə  önəm  verirdilər.  Onların  fikrincə 
məntiqsiz nə fizikanı (təbiət haqqında elmi), nə də onların 
fəlsəfəsinin  əsasını  təşkil  edən  etikanı  (əxlaqı)  anlamaq 
olmaz. 
Məntiq  elminin  inkişafında  stoaçıların  çox  böyük 
rolu  olmuşdur.  Onların  fəlsəfəsində  məntiq  həm  natiqlik, 
həm  də  fikirləri  əsaslandıran  söz  və  cümlələr  haqqında 
elmdir.  
Stoaçılara görə ilk olaraq duyğu orqanlarının vasitəsi 
ilə şeylər haqqında təsəvvür yaranır. Sonra bu təsəvvürlər 
insanın  ruhunda  əks  olunur  və  ağılla  təhlil  edilərək  dərk 
edilir.  Onlar  hesab  edirdilər  ki,  əgər  duyğular  şeylər 
haqqında  düzgün  (təbiətlərinə  tam  uyğun)  xəbər 
                                                
75
 Rus ədəbiyyatında onun adı Kleanf (Клеанф) kimi səslənir. 


166 
 
verirlərsə,  onda  onlar  ruhda  da  düzgün  əks  olunurlar. 
Duyğular  şeylər  haqqında  onların  təbiətlərinə  uyğun 
olmayan xəbərlər verirsə, onda yanlış təsəvvürlər yaranır. 
Yanlışlıq  duyğu  orqanlarında  ola  bilən  qüsurlar,  ağlın 
çatışmamazlığı,  şeylərin  insan  duyğularına  uyğun 
gəlməməsi kimi səbəblərdən ortaya çıxır. 
Daha  sonra  stoaçılara  görə  insan düşüncəsinin  böyük 
önəmi  vardır.  Düşüncə  biliyin  həqiqi  olmasını  təsdiq 
etməlidir.  Düşüncənin  duyğular  vasitəsi  ilə  alınmış 
bilgilərlə  barışması  nəticələr  ortaya  çıxarır.  Buna  da 
katalepsis  (yun.  κατάληψις)  deyilir.  Ancaq,  insan 
düşüncəsi  eyni  şey  haqqında  fərqli  nəticələr  ortaya  qoya 
bilər.  Ona  görə  insan  o  şey  haqqında  hökm  verdikdə 
onlardan  birinə  üstünlük  verir.  Deməli,  idrak  təkcə  bizə 
xaricdən gələn bilgilərdən deyil, həm də onlara göstərilən 
münasibətimizdən  və  bizim  çevrədəki  şeylər  haqqında 
verdiyimiz  hökmlərdən  asılıdır.  Bu  da  insanın  azad 
iradəsidir.  Səhv  nəticələr  onda  ortaya  çıxır  ki,  insan 
şeylərin  mahiyyətinə  varmır  və  onlar  haqqında  tam 
təsəvvür  yaratmayaraq  o  şeylər  haqqında  hökm  verməyə 
tələsir.  Beləliklə,  yalnız  həqiqi  katalepsis  insanı  həqiqətə 
çatdırır. 
Həm  də  bizim  düşüncəmiz  daxil  olan  təsəvvürləri 
qavrayır  və  onlardan  ümumi  məntiqi  nəticələr  çıxarır. 
Əqlin bu keyfiyyətlərini stoaçılar “Loqos” adlandırmışdır. 
Onların  fikrincə  o  həm  söz,  həm  də  təfəkkür  vasitəsidir. 
Məhz, Loqos insanları heyvanlardan fərqləndirir. İnsanda 
olan Loqos Tanrıların  əqlinə bərabərdir  və dünya Əqlinin 


167 
 
tərkib  hissəsidir.  Ancaq,  tanrılardan  fərqli  olaraq  insan 
səhvlər etməyə meyllidir. 
Bundan başqa yanlışlıqların yaranmasında bir başqa 
səbəb  də  vardır.  İnsan  duyğularla  alınmış  və  düşüncə  ilə 
qavranılmış  şeyləri  özünün  və  cəmiyyətin  tətbiq  etdiyi 
sözlər, cümlələr və hecalarla ifadə edir. Bunlar da o şeyləri 
əks  etdirən  işarələr,  simvollar  və  rəmzlərdir.  Yəni  bizim 
danışdığımız  dil  özü  bir  simvollar  sistemidir  ki,  onlarla 
biz çevrəmizdəki şeyləri ifadə etməyə çalışırıq. Burada da 
bir  başqa  problem  yaranır.  Duyğular  və  düşüncəmiz  bizə 
şeylər  haqqında  doğru  bilgi  verirsə  belə,  onu  işarələrlə 
(dillə) düzgün təqdim etmək lazımdır. 
İşarələr  gerçək  şeyləri  düzgün  əks  etdirirsə  onda 
onun haqqında həqiqi bilik əldə olunur. Belə olmasa (işarə 
şeyə  uyğun  olmasa),  şeylər  haqqında  yanlış  təsəvvür 
yaranır.  Yanlışlıqları  həqiqətdən  ayıran  bilik  sahəsini 
stoaçılar dialektika adlandırırdılar. 
Duyğularla  əldə edilən bilik  və onun ağıl tərəfindən 
qavranılaraq  nəticələr  ortaya  çıxarması  elmi  bilik  deyil, 
yalnız onun mənbəyidir. Elmi biliyin meyarı isə hər şeyin 
sübuta yetirilməsidir
76

Stoaçılara  görə  hər  bir  şey  haqqında  həqiqətə 
dayanan  mülahizə  və  fikir  məntiqi  silsilə  ilə  başqa  şeyin 
həqiqiliyindən  doğmalıdır.  Ona  görə  də  müdriklik  yalnız 
kataleptik  təsəvvürlərlə  düşüncənin  razılıqda  olması 
                                                
76
 Burada  qeyd  edilməlidir  ki,  müasir  dövrdə  də  elmi  biliyin  meyarı  məhz 
iddia  olunan  problemlərin  yoxlama  yolu  ilə  sübuta  yetirilməsidir.  Bu  da 
pozitivizmin  əsasını  təşkil  edir.  Göründüyü  kimi,  zamanımızın  elmi 
metodunun əsasları da antik dövrdə formalaşmışdır.  


168 
 
demək  deyildir.  Müdriklik  doğru  nəticələrin  əldə 
edilməsidir.  Müdrikliyi  çevrədəki  şeyləri  işarə  edən 
sözlərin  o  şeylərə  uyğun  olub-olmamasını  təyin  etməklə 
əldə  etmək  olar.  Deməli  həqiqətə  çatmaq  üçün  şeylərin 
təbiətinə  uyğun  olan  söz  və  cümlələr  tapmaq  lazımdır. 
Belə  olmazsa,  onda  həqiqət  açılmaz.  Beləliklə,  bütün 
yanlışlıqların  kökündə  ikimənalı  sözlər  durur.  Onların 
araşdırılıb  ortalıqdan  qaldırılması  isə  müdrik  insanın 
vəzifəsidir. 
Fizika  sahəsində  stoaçılar  hesab  edirdilər  ki,  yalnız 
cisimlər  vardır,  boşluqlar  isə  yoxluqdur.  Hər  bir  cismin 
substansiyası  vardır,  bu  da  ilk  materiyadır.  Dünya  isə  4 
ünsürdən – od, hava, su və yerdən – ibarətdir. 
Heraklit  kimi  stoaçılar  da  hesab  edirdilər  ki, 
dünyanın  əsasında  od  durur.  Ondan  hər  şey  yaranır  və 
ona  doğru  qayıdır.  Onlara  görə  iki  başlanğıc  vardır: 
birincisi  passiv  materiya,  ikincisi  isə  onu  hərəkətə  gətirən 
Loqosdur (əql, tale). Loqos tanrı kimi də anlaşıla bilər. Hər 
iki  başlanğıc  əbədidir,  yaradılmayıb  və  məhvedilməzdir. 
Ancaq,  Aristoteldən  fərqli  olaraq  stoaçılar  tanrını 
materiyadan  ayırmır  və  onları  vəhdətdə  təsəvvür 
edirdilər.  Beləliklə,  stoaçılar  Aristotelin  dualizmini  (tanrı 
və materiya ikiliyini) qismən aradan qaldırıb, daha da çox 
monizmə
77
 meylli  idilər.  Həm  də  onlara  görə  tanrının 
varlığı  bir  abstraksiya,  nisbilik  kimi  qəbul  edilir.  O  eyni 
zamanda, dünyanın Əqli və toxumudur. 
                                                
77
 Monizm  (yun.  μόνος  –  vahid)  –  dünyada  mövcud  olan  çoxluğun  əslində 
vahid bir başlanğıcın hissəcikləri olması haqqında fəlsəfi təsəvvürdür. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə