SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə54/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   74

202 
 
Ondan  başqa  qədim  Akademiyanın  tanınmış 
nümayəndələri  sırasında  Pontlu  Heraklides  və  Knidoslu 
Eudoksus  da  olmuşdurlar.  Ancaq,  onlar  bir  çox 
məqamlarda Platonun təlimindən fərqli mövqelərdən çıxış 
edirdilər.  Ona  görə  də,  bir  çox  tədqiqatçılar  onları 
Platonun sadiq ardıcılları sırasına daxil etmirlər. 
Heraklides (yun. Ἡρακλείδης, m. ö. 390 – 310) hesab 
edirdi  ki,  hər  şey  ən  kiçik  və  bölünməz  cismlərdən 
ibarətdir.  Atomlar  olan  bu  cisimlər  ilahi  Əqldən  doğur. 
Ruhların isə tərkibi efirdən ibarətdir. Onlar öncə göylərdə 
yaşayır, sonra insan bədəninə köçürlər (20). 
Heraklides  həm  də  astronomiya  elmi  ilə  məşğul 
olmuşdur. Onun fikrincə yer öz oxu ətrafında fırlanır, göy 
isə  hərəkətsizdir;  ulduzlar  kürə  formasında  olan  yerə 
bənzər dünya cisimləridir (7, 155-185). 
Eudoksus (yun.  Εὔδοξος,  m.  ö.  408  –  355)  daha  çox 
riyaziyyat  və  həndəsə  elmləri  ilə  məşğul  olmuşdur.  İlk 
dəfə  Yunanıstanda  mütəmadi  olaraq  göy  cisimlərini 
müşahidə etmək üçün elmi mərkəz yaratmışdır. Fəlsəfədə 
Eudoksus  daha  çox  ontologiya,  qnoseologiya  və  əxlaq 
sahələrində  fikirlər  irəli  sürmüşdür.  Onun  fikrincə  dünya 
birdir  və  bölünməzdir.  Onun  dərk  edilməsində  də 
duyğular və əqli fəaliyyət birlik təşkil edir. 
Platon  hesab  edirdi  ki,  ideyalar  düşüncə  ilə  dərk 
edilən 
əbədi 
varlıqlardır. 
Eudoksus 
onunla 
razılaşmayaraq  onları  hər  bir  şeydə  olan  qatqı  kimi 
təsəvvür edirdi. Bir şeyə ağ qatılsa, o da o şeyin ağlığının 
səbəbi  olduğu  kimi,  ideyalar  da  bunun  kimi  hər  şeyin 
səbəbidir (2, 321). 


203 
 
Eudoksusa  görə  ən  yüksək  ərdəm  və  xeyir  həzz 
almaqdır.  Hər  şey  ona  doğru  yönəlir  və  o  hər  şeyin 
məqsədidir  (3,  321).  Həzzə  qarşı  duran  istənilən  şey  isə 
əzabdır. 
Qədim  platonçuluq  tarixinin  ikinci  mərhələsi 
skolarx Arkesilausdan (yun.  Ἀρκεσίλαος,  m.  ö.  315  – 
240) 
başlanmışdır. 
Onun 
dövründən 
başlayaraq 
Akademiyada  şübhəçiliyin  (skeptisizmin)  təsiri  artmışdır. 
Ona  görə  də,  Arkesilaus  hər  bir  iddiadan  çəkinməyi 
məsləhət görürdü (4, 163) və stoaçıların kataleptik təsəvvür 
anlayışına  qarşı  çıxış  etmişdir. O  hesab  edirdi  ki, 
fəlsəfənin  məqsədi  həqiqətə  çatma  deyil,  yanlışlıqlardan 
azad olmaqdır. 
Arkesilausdan  başqa  Akademiyaya Lakides (yun. 
Λακύδης)  və Euandrus (yun.  Εὔανδρος)  kimi  skolarxlar 
başçılıq  etmişdirlər.  Ancaq,  onlar  haqqında  zamanımıza 
çox az bilgilər çatmışdır. 
Skolarx Karneades’dən (yun. Καρνεάδης, m. ö. 214 – 
129)  başlayaraq qədim  platonçuluğun  üçüncü  tarixi 
mərhələsi  başlamışdır.  Həmçinin  onun  zamanında 
Akademiya yüksəliş dövrü yaşamışdır. 
Karneades 
öz 
fəlsəfi 
görüşlərində 
şübhəçilik 
mövqeyində durmuşdur. Onun fikrincə nə təfəkkürdə, nə 
də  duyğularda  həqiqətin  obyektiv  meyarı  yoxdur. Çünki, 
duyğu vasitəsi ilə əldə olunan bilgidə duyğuların aldadıcı 
xüsusiyyəti,  məntiqlə  əldə  olunan  bilgidə  isə  aporiyalar 
(məntiqi  ziddiyyətlər)  ola  bilər.  O,  stoaçıların  idrak 
nəzəriyyəsini tənqid edirdi, onların ziddiyyətlərini ortaya 
qoyurdu.  Karneadesə  görə  idrakın  üç  pilləsi  vardır: 


204 
 
birincisi  ehtimal olunan,  ikincisi  ehtimal olunan və ziddiyyəti 
olmayan,  üçüncüsü  isə  ehtimal  olunan,  ziddiyyətsiz  və 
yoxlamadan  keçən  (22).  Üçüncüsü  ən  etibarlı  olsa  da 
həqiqəti  tam  açmır,  ona  nisbətən  yaxınlaşır.  O,  həm  də 
dini inanclara tənqidi yanaşırdı. 
Karneadesdən 
sonra 
Akademiyaya Kliptomaxus (yun.  Κλειτόμαχος,  vəfatı  m. 
ö.  110)  və Larissalı  Filon (yun.  Φίλων,  m.  ö.  154  –  84) 
başçılıq etmişdirlər. Ancaq, onların  haqqında zamanımıza 
çox  az  məlumat  gəlib  çatmışdır.  Məlumdur  ki,  onlar 
Karneadesin şübhəçi fikirlərini davam etdirmişdirlər. 
 
2.6.2. Orta platonçuluq 
 
Qeyd edildiyi kimi akademiklər Arkesilausdan sonra 
Platon  təlimindən  tədricən  ayrılmışdırlar.  Karneadesdən 
sonra  isə  bu  proses  daha  da  dərinləşmişdir.  M.  ö.  I 
yüzillikdə  Qədim  Akademiya  məktəbi  tənəzzül  dövrünü 
yaşamışdır.  Ancaq,  sonra  Platonun  təliminə  qayıdış  və 
şübhəçilikdən  aralanma  dövrü  başlanmışdır.  Onu Orta 
Akademiya dövrü  (m.  ö.  80  –  m.  200)  adlandırırlar. 
Bununla da, platonizmin dördüncü mərhələsi başlamışdır. 
Orta  Akademiyanın  filosoflarının  təlimləri  daha 
çox eklektik xarakter  daşımışdır  (5,  305).  Onlar  Platon 
məktəbinin  təlimini  Aristotelin,  Pifaqorun,  stoaçıların  və 
başqalarının təlimləri ilə qarışıq şəkildə sərgiləyirdilər. 
Əxlaq  sahəsində  akademiklər  “Tanrıya  bənzəmək” 
məqsədini güdmüşdürlər, bu da “ən yüksək ərdəm” kimi 
dəyərləndirilirdi. Fizika  sahəsində təbiət və “İlk başlanğıc” 


205 
 
münasibətləri  problemi  dualizm  (ikilik)    və  monizm 
(varlığın  birliyi)  çərçivəsində  çözülürdü.  Platon  təliminə 
uyğun  olaraq  Orta  Akademiya  məktəbi  “iki  tanrı” 
konsepsiyasını  irəli  sürmüşdür.  Onlardan  biri  Haqq  və  ya 
Xeyir  olandır,  ancaq  o  uzaqlardadır  və  insanın  məqsədi 
onu  tapmaq  və  ona  doğru  yönəlməkdir.  İkincisi  isə 
Demiurqosdur. O dünyanın yaradıcısıdır. 
Bundan  başqa  m.  ö.  I  yüzillikdən  başlayaraq  orta 
platonçuluq  fəlsəfəsinə  monoteist  dinlər  olan  Yəhudiliyin 
və Xristianlığın da təsiri olmuş, orada antik irslə monoteist 
ənənənin  uzlaşdırılması  cəhdləri  müşahidə  edilmişdir. 
Eyni zamanda, Akademik məktəbin nümayəndələri m. I – 
II 
yüzilliklərindən 
başlayaraq 
tədricən 
güclənən 
Xristianlığa qarşı da çıxış etmişdirlər. Müasir dini tənqidin 
əsasları məhz o zaman qoyulmuşdur. 
Qeyd  etmək  lazımdır  ki,  Orta  Akademiyanın 
coğrafiyası  da  genişlənmişdir.  Onun  dərnəkləri  təkcə 
Afinada  deyil,  həm  də  Apameya,  Smirna  və  başqa 
şəhərlərdə fəaliyyət göstərmişdir. 
Orta 
Akademiyanın 
birinci 
başçısı 
(skolarxı) 
Askalonlu  Antioxus  (yun. Άντίοχος ὁ Ἀσκαλώνιος,  m.  ö. 
130  –  68)  sayılır.  Orta  dövrün  Akademiyasında  yeni 
fikirlərlə  çıxış  edənlərdən  biri  İskəndəriyyəli  Eudorus 
(yun.  Εὔδωρος,  m.  ö.  I  yüzillik)  olmuşdur.  O,  ilk  dəfə 
mümkün  qədər  “Tanrıya  bənzəyərək”  həyat  sürmək  və 
bunu  məqsəd  kimi  qarşıya  qoymaq  ideyası  ilə  çıxış 
etmişdir  (5,  306).  Eudorusun  əsərləri  zamanımıza 
çatmamışdır deyə, onun haqqında bilgilər azdır. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə