SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə48/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   44   45   46   47   48   49   50   51   ...   74

177 
 
zaman  ibtidai  insanlar  və  tanrılar  var  idi.  Onlar  ilahi  oda 
və  ideal  aləmə  daha  yaxın  idilər.  O  dövrdə  insanlar  təbii 
həyat  sürmüş,  cinayətlər  törətməmişdilər.  Onların 
qanunlara 
ehtiyacı 
olmamışdır 
(6, 
487-488). İkinci 
mərhələdə  isə  insanlar  maddi  cəhətdən  inkişaf  etdikcə 
mənəvi  baxımdan  geridə  qalmışdırlar.  Bundan  sonra  isə 
cəmiyyətləri idarə etmək üçün qanunlar yazılmışdır. 
 
2.5.3. Roma stoaçılığı 
 
Yeni  stoanın  tarixi  Roma  imperiyası  dövrü  ilə  bağlı 
olmuşdur.  Bu  məktəbinin  ən  görkəmli  nümayəndələri 
Seneka, 
Epiktetus, 
Markus 
Aurelius 
və 
Sisero 
olmuşdurlar. 
Lusius 
Anneus 
Seneka (lat. 
Lucius 
Annaeus 
Seneca, m.  ö.  4  –  m.  65)  Roma  stoaçılarının  ən  görkəmli 
nümayəndələrindən  biri,  həm  də  tanınmış  dövlət  xadimi 
idi.  İspaniyanın  Kordova  şəhərində  anadan  olmuş,  kiçik 
yaşlarında  ailəsi  ilə  birlikdə  Romaya  köçmüşdür.  Orada 
stoa  məktəbinin  filosoflarından  dərs  almış,  Posidoniusun 
ardıcıllarından biri olmuşdur. 
Roma 
imperatorları 
Kaliqula 
və 
Klaudiusun 
dönəmində  Seneka  bir  müddət  təqiblərə  məruz  qalmış, 
Korsika  adasına  sürgün  edilmişdir.  Ancaq  sonra  Roma 
imperatoru  olacaq  Neronun  anası  kiçik  Aqrippinanın 
dəstəyini  qazanaraq  onun  oğlunun  (Neronun)  müəllimi 
olmuşdur (8, 199).  
İmperator Nero (lat. Claudius Caesar Nero, m. 37 – 68) 
hakimiyyətə gəldikdən sonra Seneka Roma imperiyasında 


178 
 
ən  yüksək  dövlət  vəzifələri  tutmuş,  dövlət  siyasətinin 
istiqamətlərini  təyin  etmişdir.  Miladi  59-cu  ildə  Nero  öz 
anası  Aqrippinaya  qarşı  suiqəsd  hazırlayaraq  onu  qətlə 
yetirmişdir  (8,  255).  O,  bu  suiqəstdə  Senekanı  da  dolayı 
olaraq  iştirak  etməyə  məcbur  etmişdir.  Bundan  sonra 
onun  Nero  ilə  münasibətləri  korlanmışdır.  65-ci  ildə  isə 
Seneka  Neroya  qarşı  baş  tutmayan  sui-qəsddə  iştirak 
etməsində  ittiham  edilmiş  və  intihar  edərək  öz  həyatına 
son qoymuşdur (8, 307). 
Seneka  “Lusiliusa  ünvanlanan  əxlaqi  məktublar” 
(lat. Epistulae morales ad Lucilium), “Helviyaya təsəlli” (lat. 
Ad 
Helviam 
matrem, 
De 
consolatione), 
“Təbiətin 
araşdırılması”  (lat.  Naturales  quaestiones),  “Xeyirli  işlər 
haqqında”  (lat.  De  beneficiis),  “Qəzəb  haqqında”  (lat.  De 
Ira),  “Həyatın  qısa  olması  haqqında”  (lat.  De  Brevitate 
Vitae),  “Mənəvi  sakitlik  haqqında”  (lat.  De  tranquillitate 
animi),  “Müdrikin  dayanıqlı  olması  haqqında”  (lat.  De 
Constantia  Sapientis),  “Xoşbəxt  həyat  haqqında”  (lat.  De 
vita beata) kimi bir çox əsərlərin yazarı olmuşdur. 
Senekanın  dövründə  bütün  Roma  imperiyasını  və 
xüsusi  ilə  imperator  sarayını  istibdad,  haqsızlıq  və 
əxlaqsızlıq  dalğası  bürümüşdü.  Bu  şəraitdə  fəaliyyət 
göstərən  Seneka  da  tam  mənada  təmiz  və  vicdanla  dolu 
həyat sürməmişdi. Onun fəlsəfi fikirləri ilə yaşadığı həyat 
arasında böyük uçurum var idi. Məsələn, yüksək əxlaqı və 
yoxsulluğu  təbliğ  edən  Seneka,  müxtəlif  (hətta  qanundan 
kənar)  yollarla  var-dövlət  əldə  etmişdi  və  həddən  artıq 
varlanmışdı. Ancaq əsərlərində o, zənginlikdən çəkinməyi 


179 
 
məsləhət  edirdi,  onun  mənəviyyata  xələl  gətirdiyi 
haqqında söhbət açırdı (9, 266). 
“Xoşbəxt 
həyat 
haqqında” 
kitabının 
XVIII 
bölümündə  öz  həyat  tərzi  ilə  fəlsəfəsinin  ziddiyyət  təşkil 
etməsi haqqında söhbət açan Seneka deyirdi  ki, keçmişdə 
yaşayan  filosofların  (o  cümlədən  Platonun,  Epikürün, 
Zenonun  və  başqalarının)  fikirləri  heç  də  onların  həyat 
tərzini  əks  etdirmirdi  (17,  167-192).  Onlar  xeyirli  həyatın 
nə  olduğunu  nəzəri  olaraq  izah  edirdilər.  Bu  da  o  demək 
deyil idi ki, özləri buna riayət edirdilər və yazdıqları kimi 
yaşayırdılar.  Senekanın  fikrincə  gerçək  həyatla  mənəvi 
yönəlmələr fərqli ola bilər. 
Həmin  kitabın  XXIII  bölümündə  isə  varlı  təbəqədən 
olan  Seneka  filosoflara  maddi  zənginlikdən  uzaq  olmaq 
şərtini  qoyanlara  qarşı  çıxış  edirdi.  Onun  fikrincə  filosof 
(müdrik  insan)  o  şərtlə  varlana  bilər  ki,  onun  əldə  etdiyi 
şeylər  heç  kəsdən  zorla  alınmasın,  qana  bulaşmasın  və 
ədalətsizliklə kirlənməsin (17, 167-192). 
Həyatının  sonunda  təqiblərə  məruz  qalmış  Seneka 
“mənim  üçün  fəlsəfə  yetər…”  deyərək,  imperator  Neroya 
bütün var-dövlətinin alınması haqqında müraciət etmişdir 
(12, 311-312). 
Senekanın  fəlsəfəsi  əsasən  əxlaqi  xarakter  daşıyırdı. 
Yüksək  əxlaqa  malik  olan  insan  şəxsiyyəti  onun 
düşüncələrinin  mərkəzində  idi.  İnsanın  düşüncəli  olması, 
başqaları ilə ünsiyyət bağlaması bacarığı onu bütün təbiət 
üzərində yüksəltmişdir. Cəmiyyət isə təbiətin qurduğu bir 
qurumdur.  O  müxtəlif  insanların  toplumudur. Beləliklə, 
insanın vətəni bütün dünyadır. 


180 
 
Senekaya 
görə 
insanlar 
bir-birinə 
ziyan 
yetirməməlidirlər.  Hər  bir  insan  başqa  insanlara  qayğı 
göstərməli,  onları  öz  yaxınları  kimi  sevməli,  onlara  qarşı 
rəhmli olmalıdır. Hətta kölələrə qarşı da rəhmli və ədalətli 
olmaq lazımdır.  
Yenə  Senekaya  görə  Ruh  tanrının  hissəciyidir.  Ona 
görə  ruh  üçün  bir  yerin  sakini  olmaq  yetərli  olmur,  ona 
genişlik  gərəkdir.  Ruhu  geniş  olan  insan  üçün  bütün 
dünya,  hətta  kainat  vətəndir.  Həm  də  o  bədənin  qısa 
yaşamı  ilə  kifayətlənmirdi.  Məqam  çatdıqda  ruh  bədəni 
tərk edərək tanrılarla qovuşur. Ölümdən qorxmaq olmaz, 
çünki bizə ölüm kimi görsənən şey əslində başlanan əbədi 
həyatdır, onu tezləşdirmək lazımdır. Əslində hər bir insan 
ana  bətnindən  də  çıxmaq  istəmir,  oradan  o  zorla  çıxır. 
Ancaq o çıxış ona yeni həyat verir. (9, 259) 
Xeyrə  yönələn  insan  dünyanı  dəyişə  bilməsə  də,  öz 
ruhunu  yüksəldə  bilər.  Bunun  da  sonu  olaraq  o  taleyin 
bütün  sınaqlarından  keçərək  özünü  təbiət  qanunlarının 
axarına  atmaq  imkanındadır  (9,  270).  Çevrəmizdə  olanlar 
çox  vaxt  bizim  hökmümüzdə  olmur,  biz  olayların  axarını 
dəyişə  bilmirik.  Ancaq  biz  dünyada  və  çevrəmizdə  baş 
verən  olaylara  təsir  edə  bilməsək  və  buna  gücümüz 
çatmasa  da,  özümüzün  üzərində  işləməliyik,  özümüzü 
düzəltməliyik.  Buna  bizim  gücümüz  çata  bilər.  Çünki, 
bizim  ruhumuzun  sahibi  özümüzük.  Hətta  insan  başqa 
adamın tam olaraq köləsi ola bilməz. Kölənin yiyəsi onun 
ruhunun  deyil,  yalnız  bədəninin  sahibi  ola  bilər.  Ruhun 
sahibi isə kölənin özüdür. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə