Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix11.04.2018
ölçüsü0,66 Mb.
#37949
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

2.2 Plovlar
● 93
Şuşa
 

Turşu qovurma plov: 
Tərkibi:
Düyü – 2 kq.
Ət – 1 kq.
Yağ – 1 kq.
Ərik – 20 qr.
Kişmiş – 20 qr.
Gavalı – 20 qr.
Şabalıd – 20 qr.
Baş soğan – 500 qr.
Hazırlanması:
Qoyun əti doğranılır, qaynadılıb süzülür, sonra yağda qovrulur. Soğan ayrıca 
qovrularaq  ətə qarışdırılır. Gavalı, qaysı  əvvəl soyuq suda sonra isti suda 
yuyulub  ətin üzərinə  əlavə edilir. Sonra şabalıd da qatılaraq bişirilir. Düyü 
duzlu ilıq suda 3 saat saxlanılır, sonra qaynadılıb dəmə qoyulur və üzərinə 
zəfəran əlavə edilir.
Cwbrayıl
 

Turşu-qovurma plov – 12 nwfwrlik
Tərkibi:
Qoyun əti – 1.5 kq.
Düyü  – 1.5 kq. 
Yağ – 540 qr.
Soğan – 800 qr.
Ət suyu – 600 qr. 
Abqora – 90 qr.
Alça – 100 qr.
Şabalıd – 300 qr.
Quzuqulağı (turşəng) – 800 qr.
Mixək tozu – 12 qr.
Darçın  – 3 qr.
Zəfəran – 12 qr. 


Qarabaü mÿtbÿxi
94 ●
Duz – 80 qr.
İstiot – 2 qr.
Hazırlanması:
Qoyun əti 35-40 qramlıq tikələrə doğranılır, duz və istiot vurulub, ət suyunda 
ağzı örtülü qabda pörtlədilir, soğan yağda qovrulur.
Şabalıd çərtilib suda pörtülür və qabığından təmizlənir. Qoyun ətinə qovrulmuş 
soğan, albuxara, alça, şabalıd, quzuqulağı və mixək əlavə edilib bişirilir. Ayrıca 
yağla qazmaqlı plov hazırlanır.
Süfrəyə veriləndə plovun yanında turşu qovurma verilir. Üzərinə darçın səpilir 
və düyünün üstünə qazmaq qoyulur.
              
Nəticə:
Turşu qovurma plovun tərkibinə qatılan məhsullar fərqlidir. Şuşa rayonun-
da bu plova ərik, kişmiş, gavalı; Cəbrayılda isə abqora, alça, quzuqulağı, mixək 
tozu, darçın əlavə edilir. Hər iki rayonda plovun hazırlanma qaydası eynidir. 
Xocavwnd
 

Ayranlı aş
Tərkibi:
Noxud – 200 qr.
Un – 600 qr.
Qatıq – 1,5 lt.
Pərpətöyün – 2 dəstə
Su – 1 lt.
Hazırlanması: 
Əvvəlcə noxud təmizlənir və yaxşıca qaynadılır. Undan umac hazırlanır. 
Qaynadılmış noxud və umac qurudulmuş əvəlik və ya  pərpətöyünlə ayranda 
qaynadılaraq bişirilir. Süfrəyə sarımsaqla verilir.      


2.2 Plovlar
● 95
Qubadlı
 

Balıqlı plov
Tərkibi:
Düyü – 1 kq.
Balıq – 1 kq.
Ərinmiş yağ – 200 qr.
Kərə yağı – 200 qr.
Müxəşər – 200 qr.
Soğan – 2 ədəd
Duz – 200 qr.
Sarıkök – 5 qr.
Hazırlanması:
Soğan halqa-halqa doğranaraq, balıqlar zövqə görə parça-parça doğranaraq, 
yaxud qanad, quyruğu və başı təmizlənməklə, doğranmamış duzlanır. Müxəşər 
(zoğal turşusu) isladılır. Odun üstünə qaynamaq üçün mis qazanda su qoyulur. 
Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su qaynayana qədər 
islaqda qalır. Su qaynadıqdan sonra duz atılaraq düyü qazana tökülür. Düyü 
suda qaynayan zaman bir neçə dəfə mis kəfkirlə qarışdırılır. Düyü uzandıqda, 
yaxud suyun üzərində oynamağa başlayanda çətəndə (qamışdan düzəldilmiş) 
yaxud aşsüzəndə süzülür. Su süzüldükdən sonra çətəndəki düyü yenidən başqa 
qabın üzərinə qoyulur ki, düyünü buxar vurub əzməsin və su tamamilə çəkilsin. 
Mis qazana ərinmiş nehrə yağı atılaraq odun üstünə qoyulur. Yağ tamam 
əridikdən sonra qazanın dibinə bir kəfkir düyü səpirik. Sonra hazırlanmış balığı 
arxası üstə qazanın dibinə qoyaraq müxəşərlə qarışdırılmış soğan səpilir və 
düyü tökülür. Düyüyə azacıq sarıkök və yaxud zəfəran vurulur. Yenidən qazan 
vam odun üzərinə  dəm almaq üçün qoyulur. Aşın yaxşı bişməsi üçün qazan 
odun üstündə bir neçə dəfə fırladılır və dəmini alınır. Bişənə yaxın üzərinə kərə 
yağı əridilib səpilir. Qazandakı düyünün qıraqları bir qədər quruduqda artıq 
yemək hazırdır. Plov buluda çəkilir, üstü bəzənir, yuxa çörəklə süfrəyə verilir. 


Qarabaü mÿtbÿxi
96 ●
Qubadlı
 

Wrişdwli plov
Tərkibi:
Düyü – 500 qr.
Ərişdə – 1 kq.
Kartof – 300 qr.
Soğan – 100 qr.
Duz – 5 qr.
Sarıkök – 5 qr.
Hazırlanması:
Əvvəlcə adi undan xəmir yoğrulur,  əriştə  kəsilir. Kəsilmiş  ərişdə qurudulur, 
sonra yağda qovrulur (qızarana qədər). Düyü yaxşı-yaxşı yuyulduqdan sonra 
duzlu suda isladılır və su qaynayana qədər islaqda qalır. Su qaynadıldıqdan 
sonra duz ataraq düyünü qazana tökürük. Düyü suda qaynayan zaman bir 
neçə dəfə kəfkirlə qarışdırılır. Bir az qaldıqdan sonra qızardılmış əriştə qazana 
tökülərək bişənə  qədər qaynadılır. Düyü və  əriştə yumşaldıqda aşsüzəndə 
süzülür. Su süzüldükdən sonra aşsüzəndəki düyünü yenidən başqa qabın 
üzərinə qoyulur ki, düyünü buxar vurub əzməsin və su tamamilə  çəkilsin. 
Qazana ərinmiş yağ atılaraq odun üstünə qoyulur. Yağ yaxşıca əridikdən sonra 
qazanın dibinə halqa-halqa doğranmış kartof düzülür, üzərindən əvvəlcədən 
doğranıb duzlanmış soğanı düzülür və düyünü yağlanaraq tökülür. Düyüyə 
azacıq sarıkök vurulur. Yenidən qazan vam odun üzərinə  dəm almaq üçün 
qoyulur. Aşın yaxşı bişməsi üçün qazan odun üstündə bir neçə dəfə fırladılır 
və dəmi alınır. Qazanın yanına bir qədər su çilədikcə su yumrulanıb cızıltıyla 
düşürsə yemək hazırdır. Düyü buluda çəkilərək üstü kartofla bəzənir və yuxa 
çörəklə süfrəyə verilir. 
Zwngilan
 

Gilwnarlı plov
Tərkibi:
Düyü – 1 kq.
Toyuq əti – 1 kq.
Gilənar – 300 qr.


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə