22
limlərindən hələ heç nə soruşmamış Həsən haqqında ürəkaçan
sözlər eşitdi. Onun qeyri-adi istedadı, hafizə və təfəkkürü oldu-
ğunu söylədilər.
Mollaxanadan sonra Şamaxıdakı məktəb həyatı ilk andan
Həsən üçün dünya-kainat haqqında biliklərin cığırına yol açmaq
deməkdi. Elmin gərəkli qapılarını açmaq üçün məhz elə bu gün-
dən, bu dəqiqədən hər şeyi yubanmadan öyrənib mənimsəməyin
vacibliyini Həsən artıq dərk edirdi. Düşünürdü ki, bu gün səh-
lənkarlıqla yanaşdığı bir dərs, elmə biganəlik, sabah açarı itirilmiş
gərəkli qapı önündə əlacsız qalmaq deməkdir.
Məsuliyyətini dərk etməsi onu məktəbdə ideal çalışqan şagirdə
çevirmişdi. Həsən çox tələsirdi. Bu məktəbi bitirib elmin sirlərini
öyrənmək üçün uzaq yerlərə getməyi arzulayırdı. Müəllimin
dediyi “insan elmin gücü ilə yerin, göyün, təbiətin, torpağın sirrini
dərindən öyrənməklə ondan faydalana bilər” sözlərini qulaqlarına
sırğa etmişdi. Məktəb direktoru bir dəfə gülə-gülə Səlim bəyə
Həsən haqda belə demişdi:
– Səlim bəy, biz başqa valideynlərlə görüşəndə onlara
uşaqlarının az oxuması, az çalışması haqqında təəssüflə məlumat
veririk. Sizə isə təəccüblü olsa da demək istəyirik, oğlunuza
valideyn kimi təsir edin ki, səhhətinə və vücuduna dinclik versin.
Gücündən, imkanından artıq oxumasın. Bəzən bu qədər beyni
və sinirləri yormaq müsbət nəticə vermir. Həsən öyrənməkdən,
oxumaqdan doymur.
Səlim bəy oğlundan narahat deyildi. O, Həsənə hamıdan çox
bələd idi.
Bu ilin dərs müddəti başa çatmaqda idi. Uşaqlar tətilə getməyə
hazırlaşırdılar.
1853-cü ilin yay fəslinin bərəkəti insanlara sevinc gətir mişdi.
Dəymiş barmaq-barmaq tutların şirəsi ağız sulandırırdı. Qadınlar
həyət-bacadakı tutdan, alma-ərikdən qış üçün mümkün qədər daha
çox tədarük etməyə çalışırdılar. Səlim bəyin həyətində bəkməz
qazanları qaynayır, alma-armud dərilərək qurudulmaq üçün xüsusi
yerlərə daşınırdı. Mənzər xanım vurnuxaraq tez-tez alaqapıya
23
boylanır, ilk dərs ilini başa vuran Həsəni gətirməyə gedən Səlim
bəyin yolunu gözləyirdi. Bu bir ildə oğlunu tez-tez görməsinə
baxmayaraq, yenə də çox darıxırdı.
Səlim bəyin faytonunun gəlişini xidmətçilər lap uzaqdan
duya bilirdilər. Atların boynunda Peterburqdan gətirilmiş iç-içə
düzəldilmiş xüsusi zınqırov asılmışdı.
Həyət qapısında xalça yuyan qulluqçu Narın fayton səsini ilk
eşidən oldu: “Ağam da gəlir, balaca bəy də. Ay xanım, ay xanım,”
– səsləyərək Mənzər xanımın otağına yüyürdü:
– Vallah, ağamın faytonunun səsidir bu, muştuluq verin, ay
xanım!
Mənzər xanım sevindiyindən özünü itirdi:
– Sağ ol, muştuluğun məndən olsun, – sandıqdan çıxardığı
qanovuz arxalığı Narına uzatdı.
– Yox, yox, bunu ancaq xanımlar geyər, bu, mənim harama
yaraşar.
– Götür, görür, üç ay sonra toyun olacaq. Əsl təzə gəlin
paltarıdır.
– Sağ ol, ay Mənzər xanım, Allah ürəyinizdəki mətləblə rinizi
yerinə yetirsin.
Mənzər xanım tələsik eyvana çıxdı. Rəhim bəyin kərpicdən
tikilmiş böyük malikanəsi, üzü günəşə aynabəndli eyvanı aralıdan
baxanlarda bu ailə haqqında yüksək fikir oyadırdı.
Eyvan boyu qaça-qaça həyətə düşməyə çalışan Mənzər xa-
nımın saçları aynabənddən keçərkən qapıda qaldı. O, topuğuna
çatan qoşa hörüklərini arxalığının altına salaraq, ipək baş örtüyünü
təzədən düzəltdi. Saçları həddən artıq uzun olduğundan bəzən
qapıdan tələsik çıxarkən harasa ilişirdi. Ona görə də Mənzər bir
qayda olaraq uzun hörüklərini arxalığının altında gizlədərdi, lakin
olurdu ki, uzun saçlar arxalığın altından çıxaraq onun gözəlliyinə
ayrı cazibə qatırdı.
Səlim bəy qarabağlı Abış bəyin oğlu Hidayət bəylə dostluq
edirdi. Ağcabədi yaylaqlarının allı-güllü vaxtında Hidayət bəy
onu Qarabağa dəvət edərdi. Yaxud ov ayları başlayanda həftələrlə
24
ovlaqlara çəkilər, ov şahinlərini qolları üstə alaraq əldən düşüncə
at sürər, ovun dadını çıxarardılar. Qarabağlıların həyat tərzi Səlim
bəyi valeh etmişdi. Onların qadınları üzü açıq gəzərək cəsarətli
davranışları ilə zərdablılardan çox fərqlənirdi.
Səlim bəy söyləyirmiş ki, bir gün yenə ovdan yorğun qa-
yıdan Hidayət bəylə malikanəyə daxil olarkən, otaqda gümüş
işləməli rəhnə üstə qoyulmuş kitablar onun diqqətini çəkir. O
zaman otağın yuxarı başından qapıya sarı yürüyən qoşa hörüklü,
uca boylu, zərif, valehedici bir qız onlarla salamlaşaraq cəld
qapıdan çıxmağa çalışarkən hörükləri qapıda qalır. Bir göz qır-
pımında qapını acıb hörükləri azad edən Səlim bəy üzbəüz gəl-
diyi qızın gözəlliyi qarşısında donub qalır. Ona elə gəlir, ürəyini
qapı arasında qoyub sıxdılar. Qızın baxışlarından onu sanki ildırım
vurur. Qızın kübarlara xas ədası, zövqlə geyimini görəndə onun
Hidayət bəyin bacılarından biri olduğu ürəyinə damır. “Allahım,
kaş nişanlı olmayaydı!” – Səlim bəy ürəyində yalvarır.
Səlim bəy kitablardan söz salanda Mənzər xanımın öz
evlərində müəllimdən dərs aldığı aydın olur. Onların evində hamı
oxuya, yaza bilirmiş.
Zərdabdan Qarabağa uzanan yolların intizarına son qoyulur.
Ağcabədidən Abış bəylə, Zərdabdan Rəhim bəyin ailə
qohumluğu, Səlim bəylə Mənzər xanımın uğurlu izdivacı Tanrının
tale qisməti kimi ortaya çıxır.
Faytonun qapıda dayanmağı Mənzəri xəyal dünyasından
ayırdı:
– Allahım, sənə çox şükür, balam gəldi.
Həyətin ən səfalı yerində, qoca tut ağacının altında anası
Həsəni qucaqladı:
– Balam, əzizim! Dayan görüm, ay aman, bu uşaq niyə belə
üzgündü? Mən səni beləmi göndərmişdim?
Həsən heç nə deməyib gülümsündü.
Səlim bəy hamının narahatlığına son qoydu.
– Bəs sən onun boy atıb ucalmasını niyə görmürsən? Ona görə
arıq görünür.
Dostları ilə paylaş: |