25
Bütün bacı-qardaşlar Həsəni dövrəyə almışdılar.
Böyük qardaşı Mehralı, Səfərəli, bacısı Şirin Həsənə elə qibtə
ilə baxırdılar ki, baxmayaraq, onlar da yazıb-oxumağı bacarırdılar,
ataları Səlim bəy onların da evdə təhsil almağına mümkün qədər
diqqət ayırırdı. Bu zaman Əlvənddən – əmisi gil dən tələsik dönən
babası Rəhim bəyi və nənəsini görən Həsənin intizarına, nəhayət,
son qoyuldu:
– Baba, sən hardaydın? Nənə, hara getmişdiniz?
– Əmingilə, Hidayət əmin neçə gündür qızdırır, xəstədir.
Getmişdik ona baş çəkməyə.
– Baba, nənə, müəllimimiz deyir, yayda ağcaqanad sanc-
maları bədənə zəhər ötürür, o da qızdırmalara, oynaq ağrılarına
səbəb olur. Bu, qorxulu xəstəliyə, malyariyaya çevrilir.
Hamı təəccüblə Həsənə baxdı. Atası qəhqəhə çəkib güldü:
– Həsən, sən nə tez həkim oldun, alim oldun, ay səni!
Uşaqlar Həsəni dövrəyə alıb maraqlı suallar verirdilər.
Rəhim bəy yol yorğunluğunu unudub hələ də ayaq üstə
dayanmışdı. “Birdən bu uşağın müəlliminin dediyi düz çıxsa...”
– Səlim, ay Səlim!
Səlim bəy atasının həyəcanlı çağırışına ehtiram, sayğı əlaməti
kimi onun yanına gələrək cavab verdi:
– Bəli, ata, mənimi çağırdın?
– Oğlum, bu uşağın dedikləri ağlıma batdı. Hidayətgilin
həyətlərində ağcaqanaddan oturmaq mümkün deyil. Bəlkə, bir
şey fikirləşəsən? Haradan yaxşı həkim tapaq, qardaşın on gündür
qızdırmadan od kimi yanır.
Səlim bəy:
– Ata, bir ay öncə bizdə qonaq olan qvardiya rəisindən xahiş
edəcəm, bəlkə, onların həkiminin iznini ala bildim.
Səlim bəy qulluqçuya dərhal onun atını yəhərləməyi tap şırdı,
qapıdan çıxanda:
– Gec gəlsəm, sabah qayıtsam, nigaran qalmayın, – dedi.
Açıq fikirli, tərəqqiyə meylli olmasına, ədəbiyyata, incə sə nətə
isti münasibətinə görə Göyçay qəzasının pristav qvar di yasında
26
Səlim bəyi həmişə rəğbətlə qarşılayırdılar. Onun qonaq pərvərliyini
xüsusi dəyərləndirirdilər.
Səlim bəy Zərdaba getdiyi günün sabahı qayıtdı. Həkimin
iznini alaraq, Hidayət bəyi müayinə etdirmişdi. Aydın olmuşdu ki,
qızdırmaya səbəb, həqiqətən də, ağcaqanad sancmasından ya ra nan
malyariya xəstəliyidir. Xeyli dərman-iynədən sonra qız dır ması
düşmüşdü. Gecəni Əlvənddə qardaşının yanında qalan Sə lim bəy
oğlunun ağlına, hadisələrə çevik münasibətinə heyran qalmışdı.
– Balaca xilaskar! – deyib ata oğlunun saçını sevgilə ox şadı.
Əmisinin xəstəliyinin dəqiq “diaqnozunu” deyəndən sonra
Həsənə münasibət, onun gələcəyinə inam evdəkiləri də, onun
özünü də xoşbəxt edirdi.
Həsən hələ şagirdkən yaxınlarından “doktor” adını qazan-
dığına görə daha çox oxumağa, hamıya gərəkli məsləhətlər
verməyə can atırdı.
Ağır dərs ilinin yorğunluğuna baxmayaraq, o dincəlmək dən sə,
oxumağa çalışırdı. Heç kimin “üç-dörd gün sonra oxuyar san” fikri
ilə razılaşmadan hər gün oxuyurdu. Oxumaq, öyrən mək, özü də hər
şey haqqında bilik toplamaq Həsənin bitib-tükənməyən ehtirasdan
doğan arzusu idi. Əlində rus xalq nağılları və əfsanələri toplanmış
iri bir kitab vardı. Keçən ilin bu vaxtı o, rus dilində bir kəlmə belə
bilmirdi. Atasının qonaqları olan Göyçay quberniyasından dəvət
olunmuş hərbçilərin danışıqlarına həsədlə baxır, onların söhbətlərini
dərk etməyə can atırdı. İndisə artıq bir ilin içində sərbəst oxuyub
yazır, fikrini rahat çatdırmaqla yanaşı, mübahisə və müzakirələrdə
də iştirak edirdi. Həsən bütün tətil müddəti durmadan mütaliə
edirdi. O həm də xalası, əmisi uşaqlarına, özündən kiçik bacı və
qardaşına rus dilini öyrədirdi. Hər gün saat 11-dən 1-dək Həsənin
“müəllimlik” saatı idi. O, həvəslə hərflərdən başlayaraq ən zəruri
sözlərin yazılışı, tərcü məsi, tələffüzü, sual-cavab ilə evdə yaratdığı
“məktəb”də əsl dərs ab-havası vardı. Səlim bəyin, 90 yaşını ötmüş
Rəhim bəyin də sevincinin həddi-hüdudu yox idi.
Rəhim bəy oğlu Səlim bəylə söhbət edirdi:
– Bilirsənmi, Həsənin uşaqlara dərs keçməsini görəndə
27
onun mədrəsəyə getdiyi ilk gün yadıma düşdü. Həmin gün Molla
Sadıqdan soruşub: Molla əmi, İnkir-Minkir qadındır, ya kişi?
Molla da məni görəndə dedi, Həsən çox ağıllı oğlandır, amma
gərək elə suallar verməsin. Məndən sizə demək, Rəhim bəy, məs-
cidə də getmək istəmir, zorla aparıram. Məndən bir az aralan-
mışdı, eşitdim ki, donquldana-donquldana deyir: “Ruslarla süfrə
arxasında əyləşənin uşağı bundan artıq olmaz…”
Səlim, sənin ağlına heyranam, oğlum. Sənin ömür-gün yol-
daşı seçimin də mənim ürəyimcə oldu, indisə övladlarına verdiyin
tərbiyə... Dünən baxıram, Mənzər Həsənə Ömər Xəyyamdan,
Nizamidən şeirlər oxuyur. Ürəyim açıldı. Qarabağlılar mərdlikdə,
cəsurluqda, ağılda mənim hörmətimi çoxdan qazanıblar. Onlarla
qohumluğu Allah bizə rəva gördü. Bu gün də gəlini kitab oxuyan
gördüm, soruşdum, nə oxuyursan, qızım? Dedi ki, Məhsəti
Gəncəvinin rübailərini.
Birini mənə xırdaladı: “Dünən kaşı kuzəm daşlara çırpı landa
kuzə dil açıb mənə dedi ki, mən də sənin kimi idim, bu günlərə
qaldım”. Mən bir daha düşündüm, Abış bəyə halal olsun! Qız
övladına müəllim tutaraq belə mükəmməl təhsil verib. Gözəllik
ağılla, iman səxavətlə birləşəndə Allah özü də “əhsən” deyir.
Səlim bəyin oğluna öyrətdiyi hikmətlərin sırasında “vaxtı və
insanları zamanında dəyərləndirmək” fikri ömrü boyu Həsənin
şüarına çevriləcəkdi. Şərəfli müəllimlik fəaliyyəti çox-çox
uzaqlarda onun yolunu gözləyirdi.
Məlikovların həyətində gərgin hazırlıq işləri gedirdi. Təb-
rizdən Aşıq Əli, Aşıq Hüseyn adlı iki qonaq bağçada Səlim bəylə
söhbət edirdi. Bir azdan Şirvan aşıqları, Şamaxı şairləri də bura
gələcəkdi. Bu həyətdə belə məclislərə ailə üzvləri və xidmətçilər
öyrəşmişdilər. Məclisin hansı məqamında yemək gələcək,
yeməkdən sonra, kimdən sonra kimin dinlənilməsi məlum idi.
Belə gözəl məclislərin keçirildiyi günlərin birində Həsən dünyaya
gəlmişdi. 1842-ci ilin çiskinli payız axşamında Allah Səlim bəyə bir
oğul payı bəxş etmişdi. Muştuluqçuya bahalı rus saatı bağışlayan
Səlim bəy şeir söyləyən şamaxılı şairdən:
Dostları ilə paylaş: |