15
ciddi qoru. Hələ bir böyüsün, mənim topladığım o kitabları oxusun,
onda görəcəksiniz onun qüdrətini. İndi çox balacadır, mənim İlahi
payım Həsən o biri nəvələrimə bənzəməz.
* * *
Göz işlədikcə uzanan taxıl zəmilərinə, cilvələnən bu əsra-
rəngiz yaşıllığa baxmaq əsəblərə sakitlik, ürəyə rahatlıq gətirirdi.
Səlim bəy əkinçiləri ilə taxıl zəmilərinin vəziyyətini, gələcək
məhsuldarlığını müzakirə edib, məsləhətlərini verirdi. Geniş əkin
sahələrinə bitişik ərazidəki kiçik əkin sahələri ata-babadan burada
çalışanlara bəy ailəsinin hədiyyəsi idi. Rəhim bəyin təsərrüfatında
əmək haqları bir gün gecikmədən ödənilər, öz ailə üzvləri kimi
hər bayramda Rəhim bəy bütün əkinçiləri də sevindirərdi… Ona
görə də bəy-rəiyyət münasibətindən söz düşəndə Rəhim bəy
başqalarına nümunə çəkilirdi. Bəy olmaq, bəy kimi davranmaq,
ədalətin, səxavətin, mərdliyin, cəsurluğun və yüksək ədəb-ərkanın
məqamını qazanmaq hər bəy nəsil-nəcabətinə qismət olmur.
Səlim bəy tək-tənha oturub düşünməyi xoşlayardı. Bu
gün də yastı təpədəki geniş kölgəli tut ağacının altında oturub
uzana-uzana baş alıb gedən Kürə, gözünü açandan gördüyü əkin
sahələrinə baxa-baxa düşünürdü: “Əkinçilik, gün-güzəranının
taleyini torpağa bağlamaq, zəhmətin, qayğı və səbrin nəticəsi olsa
da, sonda qismətə bağlı bir şeydir”.
Onu dərin düşüncələrdən uzaqdan gələn səs-küy ayırdı.
Gələnlər uşaqları idi. Səlim bəy uşaqların arasında Həsəni görcək
əl edib yanına çağırdı:
– Gəl görüm, oğlum, sən nə tez mədrəsədən qayıtdın?
– Molla bu gün bizi tez buraxdı. Özü məscidə getdi. Mənə
dedi, səni həmişə özümlə məscidə aparacam. Ata, mən mədrəsəyə
getmək istəmirəm. Mənə sən özün dərs keç. Sonra bir müddət
keçsin, mən özüm hər şeyi öyrənəcəm. Söz verirəm!
– Həsən, mən sənə bir sirr açacam, heç kimə deməzsən ki?
– Yox, ata, heç vaxt!
– Heç anana da, babana da söyləmə.
– Söz verirəm.
16
– Səni mədrəsədən çıxaracağam, amma bir ildən sonra. Bax,
babanın illərlə topladığı, mənim uzaq-uzaq diyarlardan gətirdiyim
kitabları sən ancaq mədrəsədə ərəb-fars dilini öyrənəndən sonra
oxuya biləcəksən. Buna görə də ən azı bir il əlifbanı, dili mükəmməl
öyrənəndən sonra sən lazım olan nəticəni əldə etmiş olacaqsan.
– Ata, mən sənə söz verirəm, hamıdan əla oxuyacam. Öyrədilən
dərsləri yaxşı mənimsəyəcəm. Bəs sonra hara gedəcəyəm?
– Bax bu da qoy mənim sirrim olsun. Sən heç kimə heç
nə demədən həvəslə mədrəsəyə getməyə davam et. Yaxın gəl,
bax, ucsuz-bucaqsız uzanan bu əkin torpaqları bizimdir. Torpaq
mülkdür. Ata-babadan bir-birimizə miras qoyduğumuz mülk!
Amma var-dövlət o deyil. Əsl var-dövlət atanın övlada verdiyi
təhsil, tərbiyədir. Mən səni daim çoxalan, ətrafdakı insanlarla
paylaşdıqca hər zaman artmaqda davam edən, tükənməyən var-
dövlət yiyəsi etmək istəyirəm.
Bir insan elmi dərk edib öyrəndikcə, o, bir ovuc qiymətli daş-
qaşa çevrilir. Paylaşıb yüzlərlə insana öyrətdikdə isə həmin elm
xəzinəyə çevrilir, sən isə xəzinə sahibi olursan. Xeyirxahlıq, yaxşı
əməl, elm bilirsən nəyə bənzəyir? Gəl bura, bax, görürsənmi, bu
torpaq sahəsinin hər yerinə buğda əkmişdik. Amma hər yerdə
bərabər taxıl bitməyib. Əkilən toxumlar itməyib də. Sel, su bir
yerdən yuyub, bitməsinə imkan verməsə də, sahənin ayağında daha
yaxşı cücəriblər. Elm, xeyirxahlıq, yaxşı əməl də əkinçilik kimidir.
Əkilən toxum bəhrəsini nəzərdə tutulmuş yerdə, gözlənilən vaxtda
verməsə də, nə zamansa bar verəcək. Əkilənlər bir gün biçilir, bəhrə
verir. Sən biçməsən də, oğlun, qızın bu əkindən mənfəət götürür.
– Deyirsən, mən əkinçimi olacam, ata? – Həsən təəccüblə
soruşdu.
– Yox, sən daha böyük işlər görəcəksən. Sən mənim arzularımın
əkinçisi olacaqsan, əkinçi Həsən – atası yarızarafat gülümsəyərək
onu başı üzərinə qaldırdı.
Səlim bəyin boyundan yuxarı qaldırdığı oğlunun sevinci üzündən
sezilirdi. Onun sifətindəki qeyri-adi ifadə illərin dünyagörmüş bir
adamının üz cizgilərini xatırladırdı. Həsənin baxışı, danışığı, yaşlı,
müdrik insana məxsus səbir, təmkin göstərməsi Səlim bəyin çox
xoşuna gəlirdi: “Anam nahaq yerə buna “qayınatam” demir ki!”
17
1852-ci il, iyul-avqust
Həsən ən çox yay fəslini sevirdi. Bütün doğmaların yayda
tut ağacının altına toplaşması, atasının oxuduğu qəhrəmanlıq
dastanlarına qohum-əqrəbanın maraqla qulaq asması bu həyəti
başqa ailələrin həyətindən tamamilə fərqli edirdi. Həsən gün boyu
istidən və uşaqlarla oynamaqdan doğan üzücü yorğunluğunu ax-
şam çardağa qalxaraq, göy üzündə sayrışan ulduzları seyr edə-edə
çıxarardı.
Bu gün də o, çardağa hamıdan əvvəl qalxıb yerinə uzan mışdı,
göy haqqında, ulduzlar barəsində düşünürdü. “Tanrı göyün yeddinci
qatındadır” mollanın dediklərini xatırladı. Bəs insanlar öləndə
Tanrının hüzuruna qayıdırlarsa, o qədər yüksəkliyə necə yetişirlər?
Bir halda ki, insan torpağa basdırılır, bəs ruhu yollarda bədənsiz
azmır? Göylər bizim ilk gəldiyimiz yerdirsə, Tanrı hüzurundan
gəlmişiksə, oraya da qayıdırıqsa, deməli, ilk evimiz göylərdir.
İstədi fikrini atası və babası ilə dəqiqləşdirsin. Çardaqdan boylanıb
babasını çağırmaq istəyəndə Rəhim bəylə Səlim bəyin ata-oğul
söhbət etdiklərini, onun haqqında nəsə danışdıqlarını eşitdi.
– Ata, mən Həsənin təhsili haqqında səninlə məslə hət ləş mək
istəyirəm. Şamaxıda dördillik rus məktəbi açılıb. İstəyirəm Həsəni
ora aparım. Zəmanə təhsilə çox ehtiyac yaradır. Mən uşağın dərin
zəkasını, hafizəsini inkişaf etdirməsi, gələcəyi üçün bu məktəbi
münasib hesab edirəm. Əlbəttə, rüsxətin olarsa… Bir də, Həsən
o məktəbin Zərdabdan gedən ilk şagirdi olacaq. Məncə, onun
belə məktəbdə oxuması, rus dilini öyrənməsi, dünya elmlərini
mənimsəməsi, həm özü üçün, həm qohum-əqrəba üçün, həm də
bütün Zərdab üçün dəyərli bir iş olar.
Haqqında gedən söhbəti eşitmək üçün Həsən başını çar daqdan
bir az da aşağı salladı. “Görəsən, babam nə deyəcək? Belə olarsa,
mən babamsız, nənəmsiz, atamsız orada necə qalaram?”
– Fikrimcə də, bu, yaxşı olar. Mən bu haqda dəfələrlə demişəm,
Həsən bizim uşaqların içərisində çox fərqli bir ağıl, qabiliyyət
Dostları ilə paylaş: |