12
* * *
Həsən babası ilə evdən çıxıb mədrəsəyə üz tutdu. Yol boyu
kənd adamlarının Rəhim bəyə ehtiramla salam vermələri Həsənin
çox xoşuna gəlirdi.
Birdən gecə ağlamağı onun yadına düşdü:
– Baba, nə olar, mənim gecə ağlamağımı heç kimə söyləmə
də, nə olar. Bir də mollaya o biri uşaqların babaları kimi, əti sənin,
sümüyü mənim, demə, yaxşımı?
– Demərəm, demərəm, Həsən. Sən mənim canımsan, qa nım-
san. Kim canından, qanından bir parçasını mollaya verər. O elə
bir sözdür deyiblər, yəni tənbeh et, öyrət. Sənə isə heç bir tənbeh
gərək deyil!
Mədrəsə həyəti çox cansıxıcı idi. Həyətə girən kimi nəinki
Həsənin, Rəhim bəyin özünün də ovqatı pozuldu. Elə bil bu həyətdə
ağaclar əkildiyi gündən su içməmişdi. Susuzluqdan ağacların saralıb
qarsımış yarpaqları tökülmüş, azacıq mehdən titrəyib xışıldayan
xəzan yarpaqları adamın qəlbində kədərli payız ovqatı yaradırdı.
Divarın dibindəki su quyusu Rəhim bəyin diqqətindən yayınmadı.
“Bu hərdəmsiz molla Sadıq suyu ola-ola mədrəsənin həyətini
qurudub, bundan uşaqlara da xeyir gəlməz,” – Rəhim bəy düşündü.
Üç otaqlı, palçıqdan tikilmiş mədrəsənin qapısında molla
Sadıq Rəhim bəyi görcək özünü itirdi.
– Rəhim bəy, xoş gəldiniz, səfa gətirdiniz.
– Xoş gördük, molla Sadıq. Bu igid oğlan mənim nəvəm
Həsəndir. Onu sənin yanına gətirdim ki, bu zamana qədər əldə
etdiklərinin ən xeyirlisini balaca bəyə öyrədəsən. Amma onu
da deyim, Həsən ərəb əlifbasının çox hərfini bilir. Bəs molla
Məhəmməd hanı, gözümə dəymir?
– Bəy, – Molla Sadıq yaxına gələrək yavaşcadan sözünə davam
elədi. – Pristavın əsgərini öldürən qaçaq Abdulla yadındamı, onun
anası rəhmətə gedib. Getdi, gizlicə onun cənazə namazını qılıb
qayıtsın.
– Gizli niyə, necə müsəlmanlıq olar ki, ölən namazsız torpağa
tapşırılsın? Düşündünmü dediklərini, Molla Sadıq?
13
– Qurban olum, bəy, bizdən çox şeylər soruşulur. Belə gizli-
gizli olsa yaxşıdır, yoxsa mən də bilirəm, belə olmaz. Bir də
görəcəksən, kafirlər doldu gecəylə həyətimə, bəy. İndi çox xatalı
zamandır, qadan alım.
Həsənin gözləri alacalanmışdı. Ölmək, ölü üstündə namaz
qılmaq, kimlərinsə ona mane olmağı kafir əməlidirsə, bu məd-
rəsədə cənazə namazı qılan yetişdirilirsə, bunun kimə xeyri var?
Birdən yadına nənəsinin söhbəti düşdü. İnsan öləndə qəbirə
qoyulan gecə İnkir-Minkir adlı iki mələk öləni sorğu-sual edə-
cək lər. Savabı günahından çox olanlar bağışlanacaq, cənnətə gön-
dəriləcək. Günahı savabından çox olanlar...
Həsəni fikrindən mollanın səsi ayırdı.
– Bəy, bir azdan mən də yasa gedib, ayaqüstü başsağlığı verib
qayıdacam.
Rəhim bəy xudahafizləşib çıxdı. O gedəndən sonra Həsən
özünü çox tənha hiss etdi. Hələ başqa uşaqlar da toplaşmamışdı.
Birdən Həsən özündən asılı olmadan, amma çox ədəb-ərkanla izin
alıb Molla Sadığa sual verdi:
– Mən bir şeyi soruşa bilərəmmi?
– Buyur, oğlum.
– Molla əmi, İnkir-Minkir kişidir, yoxsa qadın?
– Əstəğfürullah de, oğlum. Niyə soruşursan bunu?
– Bax bu gün qaçaq Abdullanın anasını basdıracaqlar, gecə
onu dindirən mələklər, məncə, mütləq qadın olmalıdır. Yoxsa
kə fənlənmiş qadına mələk də olsa, Allah baba yol verməz ki,
naməhrəm baxsın. Yəqin etmək istəyirəm ki, kişiləri kişi mələklər
sorğu-sual edir, qadınları qadın mələklər?
– Oğlum, İnkir-Minkirin cinsi olmur, onlar mələkdirlər. Sən
bunu yoldaşlarının yanında bir də demə. Əgər bunu başqa birisi
desəydi, falaqqa otağında tənbeh olunardı.
– Oldu, molla əmi. Amma nənəm deyir, cənnətdə hurilər,
pərilər, qılmanlar var…
– Oğlum…
Molla ilk gündən sözünün ardını necə bitirəcəyini bilmədi. Bu
uşağın ağlına, cəsarətinə, natiqliyinə heyran qalmışdı.
14
Molla Sadıq Rəhim bəyin nəvəsi ilə, deyəsən, işlərin heç də
yaxşı olmayacağını düşündü. Uşaqların içində əgər belə suallar
tez-tez verilsə, nə edəcəkdi?
Rəhim bəy Həsəni mədrəsəyə ötürəndən sonra dərhal evə gəlib
qaçaq Abdullanın anası Fatma qarının yasına getməyə tələsdi. Elə
bu vaxt xanımı Mahtəvan, bəyi həvəslə sorğu-suala tutdu:
– Ay kişi, Həsən mədrəsəyə getdiyinə sevindimi? Molla Həsən
haqqında nə dedi? Bu uşaq nə qədər oxuyacaq orada? Vallah, mən
bu uşağa məəttəl qalmışam. Biz görmüşük uşaq daha çox anaya,
ataya, nənəyə meyilli olar. Bu uşaq səndən qopmur. Nə zaman
uşaqlarla oynamaqdan qalıbsa, babam hanı? – səni soruşub. Ona
görə Səlim dedi, Həsəni mədrəsəyə sən apararsan.
– Xanım, mən gəlinə də, Səlimə də deyəcəyəm, sənə də de-
yi rəm, Həsən adi uşaq deyil, onun tez dil açması, tez yeriməsi,
hər gördüyü haqqında saysız suallar verməsini unutmusunuz? Bir
də… əşi…
Bəy sözünün ardını gətirmədi.
– Nə əşşi, bir də nə olub, ay kişi? Nəsə demək istədin, elə bil
yarı yoldan qayıtdın.
– Mən gözəl yuxuları öz-özümə yozub, “Tanrı xeyrə calasın”
deyərəm. Arvad, Həsənin yuxusunu mən Həsən anadan olmadan
görmüşdüm. Həccə gedən ili o müqəddəs yerdə çox qəribə bir yuxu
gördüm. Gördüm ki, həyətimizdə bir armud ağacı bitib, sübh tezdən
həyətə çıxıb ona baxıram. Bu an möcüzə baş verir. Quruyub yerimdə
qalıram. Ağacın bir tərəfi gümüş, o biri tərəfi qızıl meyvələr gətirib.
Külək ağacı yırğalayır, meyvələr yerə tökülür. Həyət boyu səpələnib
işıq saçır. Göz önündə boy ataraq yüzlərlə yeni tingə çevrilir. Mən
isə yerimdə donaraq şükür edib, dua oxuyuram. Yuxudan ayıldım.
Hamı gördüyü yuxunu bir-birinə danışırdı. Mən bu yuxunu heç
kimə danışmadım, qorxdum. Öz yuxumu o müqəddəs yerdə özüm
yozdum. Dedim, ağac da, meyvə də övladdır. Qayıdandan sonra
eşitdim, Səlimin övladı olacaq. Elə bir ay sonra Həsən dünyaya
gəldi. Mən onu ilk gördüyüm andan qulağına Azan oxudum, adını
pıçıldadım. O andan dərk etdim ki, gördüyüm yuxunun müjdəsi
elə bu uşaqdır. İndi məni çox əyləmə, Mahtəvan, dəfnə gedəcəm,
Fatma qarı rəhmətə gedib. Sənsə gəlininə də de, özün də Həsəni
Dostları ilə paylaş: |