18
sahibidir. Allah-taala bütün tanıdığım, bildiyim uşaq ların içindən
bunu böyük işlər görmək üçün münasib bilib və seçib.
Məncə, bu məktəb məsələsi çox ağıllı fikirdir. Yolu açıq, zehni
iti olsun, inşallah. Dərslər nə zaman başlayır? Sən nə vaxt aparmaq
istəyirsən?
– Mən öyrənmişəm, iki aydan sonra…
Səlim bəylə Rəhim bəyin danışığını təfsilatı ilə dinləyən
Həsənin içini sevinclə birgə həm də xəfif bir qorxu hissi bürüdü.
Həsən eşitdiyi söhbət haqqında bir kəlmə də soruşmadı.
“Demək, atamın bir il öncə dediyi “sirr” bu imiş”.
Atası Həsənə məsələnin nə yerdə olduğunu yalnız sənədləri
və təhsil haqqı barədə razılaşma olandan sonra dedi:
– Sən Zərdabdan rus məktəbində oxuyan ilk şagird olacaqsan.
Deməli, ilk təhsilli, rus dili bilən, kim bilir, ilk müəllim, dövlət
qulluqçusu, bəlkə də, general olacaqsan. Bütün hallarda sən ilk
olacaqsan. Məsuliyyətin şöhrətindən çox-çox ağır olacaq. Sən həm
də ən xoşbəxt adam olacaqsan.
Nənəsi və anası Mənzər xanım bu “uşkol” məsələsinə heç razı
deyildilər.
– O, hələ çox uşaqdır. Orada onun qayğısına kim qalacaq?
Elə ki məktəbin bütün qayda-qanunu, şəraiti haqqında Səlim
bəy evdəkilərə ətraflı məlumat verdi, onda hamının içində rahatlıq
yarandı.
Ailədə hamıdan çox sevinən Səlim və Rəhim bəy idi. Onlar
məktəb təhsililə Həsənə heç zaman tükənməyən var-dövlət miras
qoyduqlarını düşünürdülər.
“Həsən oxuyarsa, özündən sonra qohum-əqrəbadan oxu mağa
meyilli uşaqları da mütləq oxutdurar”, – atası düşünürdü.
Dərslərin açılmasına bir ay qalmış nənəsi və anası hazırlıq
işlərinə başlamışdı.
Səlim bəy Həsənin məktəbə çox şey aparmayacağını, buna
ehtiyac olmadığını onlara izah edirdi:
– Orada hamı eyni məktəb forması geyinəcək. Hər şey
qaydasına uyğun yerinə yetiriləcək. Məsələn, yuxudan durmaq,
19
yeməyə getmək, dərsə gecikməmək, dərsdən sonra istirahət saatı,
sabahkı dərslərə hazırlaşmaq və s.
Nənəsi çox narahat idi. O, Səlim bəydən xahiş etdi ki, sən
mütləq məktəbin böyüyünə de ki, Həsən hansı yeməkləri xoşlamır,
səs olanda yata bilmir. Allahım, balamdan muğayat ol. Əlimlə necə
verirəm balamı “uşkola”.
Səlim bəy anasını sakitləşdirməyə çalışdı.
– Hər şeyin başlanğıcı belə olur. Get-gedə çətinliklər aradan
qalxır. Əvəzində, qazanılan ömür boyu arxalanacağımız təhsil,
savad olacaq. Biz Həsəni xoşbəxt olmaq üçün ora göndəririk.
Məgər siz bunu arzulamırsınız?
Anası gözünü silib gülümsədi, sonra da Həsəni bağrına basdı:
– Allah balama hər addımında xeyir qismət eləsin. İnşallah,
oxuyub böyük adam olar. Babasının kitabları kimi çoxlu kitablar
yazar, Həsən balam.
20
1852-ci il, Şamaxı gimnaziyası
Fayton Rəhim bəyin evinin qapısında dayananda Həsən bir
az həyəcanlandı. Nənəsi demişkən, balaca Həsənin ağıl dolu,
mənalı gözlərindən həyəcanlı olması açıq hiss edilirdi. İlk dəfə idi
evlərindən, ailə üzvlərindən aralı yaşayacaqdı.
Evdə hamı həyəcanlı idi. Bir gün öncə xəbər tutan qonşular,
qohumlar da kiçik bəyi yola salmağa gəlmişdilər. Səlim bəyin
ciddi tapşırığı yerinə yetirilmişdi. Onu çox urvatla yola saldılar.
Babası Quranın altından keçirdi Həsəni. Nənəsi su atdı arxasınca.
Mənzər xanım Səlim bəyi səfərə yola salanda arxasınca həmişə
noğul atardı. Elə indi də həmin adəti təkrarladı. Fayton həyətdən
uzaqlaşandan sonra evdəkilərin içinə qəmli sükut hakim oldu.
Sanki bütün Zərdab boşalmışdı. Böyük qardaşı Səfərəli, Mehralı,
bacısı Şirin susqunluq içində bikef dayanmışdılar.
Yol uzandıqca istinin dözülməzliyi özünü göstərirdi. Həsən
də, Səlim bəy də Şamaxıya tez çatmağa tələsirdilər. Bir saat sonra
fayton məktəbin yanında dayandı.
Dərslər sabah başlayacaqdı. Məktəbin həyətində tək-tük gözə
dəyən uşaqların təhər-tövründən darıxdıqları hiss olunurdu.
Səlim bəy faytonun dayanmağını gözləyirmiş kimi dilləndi:
– Bu da sənin məktəbin, oğlum. Bax bütün uşaqlar ilk dəfədir,
sənin kimi bura oxumağa gəliblər. Siz həm birgə yaşayacaq, həm də
bir yerdə təhsil alacaqsınız. Mən tez-tez sənə baş çəkməyə gələcəm.
– Ata, mən rus dilini bilmirəm axı. Bir-birimizi, müəllimin
dediklərini necə başa düşəcəyik?
– Burdakıların heç biri rus dilini bilmir. Məqsəd sizə bu dili
öyrətmək, sizi dövlət işlərində çalışmağa hazırlamaqdır. Hamınız
öz dövrünüzün ən gərəkli, qabaqcıl adamları olacaqsınız.
Məktəb direktoru qalaq-qalaq sənədlərin toplandığı masa nın ar-
xasından boylanaraq gələnin Səlim bəy olduğunu yəqin edincə ayağa
qalxdı, dilmanc da oturduğu yerdən bir addım önə keçdi. Əslində,
dilmanca ehtiyac yox idi. Səlim bəy rus dilində danışa bilirdi.
21
– Xoş gəlmisiniz, Səlim bəy. Sizi məktəbimizdə görməkdən
çox şadıq. Bu kiçik bəy də, yəqin, sənədlərini göndərdiyiniz Həsəndir.
Məktəb müdiri əl tutub görüşdü. Dərslər, dərs cədvəli haqqında
Səlim bəyə, Həsənə geniş məlumat verdi.
Səlim bəy sadalanan fənlərin çoxunun adını ilk dəfə idi eşi-
dirdi. Onun oğlu bu elmləri oxuyub həyatın, cəmiyyətin, dünyanın,
insanlığın tarixini öyrənəcəkdi. Gördüyü işdən qürur duydu. “Yaxşı
ki, Həsəni bura oxumağa gətirdim”.
Bir saat sonra Səlim bəy həm Həsənlə, həm də məktəb direk-
toru ilə sağollaşıb məktəbdən çıxdı. Oğlunun gələcəyinə bəslədiyi
ümiddən bəyin gözünə elə bil işıq gəlmişdi, Həsənsiz yola davam
etməyi də onu darıxdırmadı. Övladının gələcəyinə olan böyük
ümid onu xoşhal etmişdi. “Gərək məktəbə tez-tez gəlib onun
dərsləri ilə maraqlanım. Məktəbə nəsə gərək olsa, maddi yardımı
əsirgəməyəcəm”. Səlim bəy oğlunun gələcəyini, oxuyub elmli-
savadlı bir dövlət qulluqçusu olmasını düşünürdü:
“Atam demişkən, bu dünyada qürur və sevinc duyacaq iki şey
var: biri əkdiyin meyvənin nübarını dadmaq, ikincisi böyütdüyün
övladın uğurlarını görmək, cəmiyyətə, insanlara verdiyi faydanın
şahidi olmaq”.
* * *
İlk dərs günü Həsənin xatirində ömrü boyu dərin iz buraxan
bir gün kimi qaldı. Sanki başqa bir dünyaya düşmüşdü, həmin
mühitdə rus dili də ona qəribə təsir bağışlayırdı.
Dərslərin başlanmasından bir həftə ötmüşdü. Yavaş-yavaş
məktəb, dərs vərdişləri öz yoluna düşməkdə, Həsəninsə özünə inamı
artmaqdaydı. Getdikcə dərslərə daha həvəslə yanaşır, insan, təbiət,
göy cisimləri, torpaq haqqında müəllimlərə yağdırdığı suallar onun
yaşından, təhsilindən çox-çox qabağa getdiyini bildirirdi. Həsənin
həm dərsə, həm də dünya hadisələrinə aid verdiyi ağıllı suallar
müəllimlərin diqqətini cəlb edirdi.
Səlim bəy növbəti dəfə oğluna baş çəkməyə gələndə müəl-
Dostları ilə paylaş: |