28
Belə bir gündə doğulan oğlan uşağına nə ad verək? – soruşanda
– Gavər – şair tələsik cavab vermişdi. Adın ailə üzv lərinin ürəyincə
olmadığını duyan hissiyyatlı Rəhim bəy şairin qəlbinə toxunmaq
istəmədiyindən:
– Deyirəm, bəlkə, bu işi yolunu çoxdan gözlədiyi atasının
öhdəsinə buraxaq, – söyləmişdi.
Səlim bəy ucadan:
– Həsən olsun! – deyib ailə üzvlərinə sarı çevrilmişdi…
Bu gün məclis əhli sözün, musiqinin, istəklərin qanad la rında
dünyanın hüdudsuz sərhədlərində dolaşmaqda idi.
Təbriz aşıqları o qədər mükəmməl sənət nümayiş et dirir dilər
ki, Rəhim bəy doxsan illik həyatında birinci dəfə idi saz havası ilə
köklənmiş ürəyinin döyüntüsünü aydınca eşidirdi.
– Səni sağ olasan, ay Səlim, nə baş verir, bu adam neyləyir?
A bala, belə ifa, adamın ruhunu belə ağlatmaq, sızlatmaqmı olar?
Aşıq “Kərəmi” ifa edirdi. Sazdan qopub qanadlanıb uçan
musiqinin və sözün alovu aşığın özünü, onu dinləyənləri qarsıdıb
həzin-həzin yandırırdı.
Elə bil aşığın sinəsində Təbriz başdan-başa od tutub yanırdı.
Rəhim bəy təlaş içində, sanki əl-qolu bağlı halda yanan şəhərə,
kül olan insanlara tamaşa edirdi. Səlim bəy atasına sarı çevriləndə
onun halını sezdi, işin nə yerdə olduğunu dərhal anladı. Aşığa:
“Gözəlləmə çal!” – eyhamla bildirdi.
Babası kimi Həsən də sehrlənmişdi.
Rəhim bəyəsə olan olmuşdu, özünü toplayaraq:
– Sən neylədin, ay zalım, belə də zülm olardı bizə çək dirdin,
– deyib sanki tilsimi qırıb sehrindən qurtulmaq üçün əl-qolunu
yüngülcə tərpətdi.
Təbrizlinin ardınca şamaxılılar şeirlər söylədi. Şairlər sanki
bir-birilə bəhsə girmişdi. Dünyanın şərdən, qeybətdən, yalan və
paxıllıqlardan uzaq bir guşəsində sözlə sehrlənən bu insanlar bu
saatların uzanması üçün hər şeyə hazır idilər.
Lakin bir azdan məclis bitdi. Rəhim bəy qonaqlarını evlərilə
üzbəüz tikdirdiyi qonaq otaqlarında yerləşdirdi.
29
Amma bayaqkı saz havası ona rahatlıq vermirdi, əl-ayağı
sanki od tutub yanır, hərdən bədəni buz kimi soyuyurdu. Mahtəvan
xanım əl-ayağa düşmüşdü.
– Uşaqları narahat eləmə xanım, evdə də qonaq var, ancaq
Səlimi bura çağır, – Rəhim bəy zəif səslə Mahtəvana işarə etdi.
Səlim bəy içəri girəndə atası sapsarı saralmışdı, oğlu həyə-
canlanmasın deyə, həmişəki kimi gülümsəyirdi:
– Zalım oğlu necə sazı sinəsinə basdısa, elə bil saz havası
qəlbimdə ilişib qalıb.
– Ata, bir yerinmi ağrıyır?
– Yox, narahat olma, buna qocalıq deyərlər, mənə elə gəlir,
“doxsannandı”. Amma səni bu gecə vaxtı çağırmağımın bir səbəbi
var. Fərqi yoxdur, bunu sənə dünən dedim, ya bu gün, yaxud sabah.
Sənə deyəcəklərim budur ki, sizin hər birinizin – qardaşlarının,
sənin ata payınızı bölmüşəm. Hətta özümə də, anana da pay
ayırmışam. Yazılı vəsiyyətnamə hazırlamışam. Mənə aid olan
torpaq payımısa Həsənə vəsiyyət edirəm. O, böyük adam olacaq,
əminəm. Kaş bizim Fərəc kimi urus-filan almasın. Harda olursa-
olsun, müsəlman olduğunu unutmasın.
– Ata, bunları sonra deyərsən, indi lazımdırsa, mən gedim,
həkim gətirim.
– Yox, ay bala. Həkim mənə neyləyəcək? Yorulmuşam, keçib
gedər. Kömək elə, havaya çıxım, içimdə elə bil bürkü var.
Səlim bəyin köməyilə Rəhim bəy ayağa qalxsa da, otaq başına
hərləndi:
– Yox, dayan, məni yerimə uzat!
O, sakitcə yerində uzanıb gözlərini bir nöqtəyə zilləyib,
dərindən nəfəs aldı. Sinəsinə tıxanan, nəfəs almağa qoymayan bir
udumluq vahiməli “o nəsəni” çıxarmağa çalışırdı.
Amma hər şey tərsinə baş verirdi. Xanımı həyəcanını gizlə-
dərək dayanmadan tər basmış Rəhim bəyin ayaqlarını sığal layırdı.
Ayaqları ürək kimi döyünürdü. Həmin döyüntü və isti getdikcə
yuxarıya doğru çəkilirdi. Əli ilə döyüntünü izləyən Mahtəvan
xanımın bədəni əsirdi. İşin nə yerdə olduğunu du yunca, o da özü-
30
nü itirdi. Rəhim bəy danışmırdı. Dodaqlarından qopan, güclə eşi di-
ləcək sözlər: “Əşhədu ənla ilahə illəllah…” onun son kəlməsi oldu.
* * *
– Səlim, kömək elə atanın yatağını üzü qibləyə çevirək.
Hər şey sanki bir dəqiqədə baş verdi. Döyünə-döyünə canına
yayılan o isti bir göz qırpımında dodaqları arasında “kəlmeyi-
şəhadəti” tamamlanınca uçub getdi.
Mahtəvan xanım donub yerində qalmışdı, nə olduğunu dərk
edincə içindən yetmiş illik bir ömür-gün yoldaşının itkisinin na-
lə si malikanəni başına götürdü. Evdə hamı yuxudan oyanmışdı.
Bütün doğmalar, ovqatında-halında gənclik eşqi daşıyan Rəhim
bəyin doxsan yaşında həyatdan köçməsilə razılaşmayaraq hönkür-
hönkür ağlayırdı.
Xidmətçilər də ata itirən körpə uşaqlar kimi ovunmurdular.
Rəhim bəy onların hamısı üçün gün-güzəran qurmuşdu.
Həsən oyananda əvvəl nə baş verdiyini dərk edə bilmədi.
Bacısı Şirinin ağladığını görüb soruşdu:
– Kim xəstələnib?
– Babam öldü.
Həsən bu ilk itkidən, dünyalar qədər sevdiyi babasının itki-
sindən ağlamırdı, yerində donub qalmışdı.
Üç-dörd saat sonra hamının başı dəfnə qarışdığı bir zamanda
Şirin anasının yanına gəlib Həsənin qızdırmadan sayıqladığını
dedi. Anası Həsənin ayaqlarını soyuq suya qoydu. Sonra sirkə ilə
ovuşdura-ovuşdura ona xeyli öyüd-nəsihət verib sakitləşdirməyə
çalışdı:
– Hamının babası ölür, bir gün yaranan bir gün də yara danına
dönməlidir. Baban indi Allahın hüzurundadır. Kaş biz də doxsan il
ömür sürüb oğul çiynində gor evinə gedək. Ağla, qoy için boşalsın.
Mən bilirəm, sən babanı, baban da səni hamıdan çox sevirdi.
Həsən qəflətən hönkürəndə anası dözməyib ona qoşuldu.
Mənzər xanım oğlunu gözəl tanıyırdı. Bilirdi ki, hirs lə-
Dostları ilə paylaş: |