59
yaratdığı həsədin, paxıllığın içində olmuşam, yüzlərlə adamın
arasında özümü tənha hiss etmişəm. Bu həyatı sənə arzu lamaram.
Cəmiyyətdəki mövqeyim, ötkəmliyim, qürurum, baca rı ğım həm
də ailədən, evdən qaynaqlanan sevinclə ahəng yarat saydı, mənim
ətrafım da, millətim də məndən daha çox bəhrələnə bilərdi. Nə
isə… Mən deyəcəklərimi dedim. Bu söhbət daimilik ikimizin
arasında qalsın.
Həsən onu həddən artıq çox istəyən Fərəc bəyin müdrik
məsləhətləri qarşısında sükuta qərq olmuşdu. Nəhayət, o, başını
yuxarı qaldırmadan dilləndi:
– Fərəc dayı, siz həmişə mənim doğru məsləhət verənim,
ürək sirdaşımısınız, – deyib onu bərk-bərk qucaqlayaraq, gözün-
dən öpdü. Həsənin gözləri dolmuşdu, hönkürməkdən özünü güclə
saxlayırdı.
Fərəc bəy də əlli bir yaşın içində olmasına baxmayaraq,
Həsənin belə doğma münasibətindən, onun məsləhətlərinə bu cür
münasibət göstərməsindən kövrəlmiş, gözləri yaşarmışdı. Bu gənc
oğlan ona sanki uzaq düşdüyü bütün qohumlarının, doğ malarının
isti nəvazişini qaytarmışdı.
Həsən iki aya yaxın Zərdabda qaldı. Bütün hazırlıq işləri
başa çatandan sonra o, Moskvaya yola düşdü. Gimnaziyanı gü-
müş medalla bitirdiyi üçün Həsən Moskva Dövlət Universitetinə
imtahansız qəbul edilmişdi. Odur ki, dərs başlananda Moskvada
olmalı idi.
60
1861-ci il, Moskva
Moskva ilk anda Həsənin heç xoşuna gəlmədi. O, şəhərə ayaq
basdığı gün həddən artıq yağışlı, çiskinli, darıxdırıcı hava idi.
İstidən nəfəs almaq mümkün olmayan Zərdabdan gələn
Həsənin şəhərlə ilk görüşünün, tanışlığının yağışla başlaması,
əslində yaxşı hal idi. Bu hava ona həm də gələcək həyatı və
fəaliyyəti ilə bağlı çox şeylər söyləyirdi.
Adam bəzən ətraf aləmin mülayim münasibətinə çox öyrəş-
diyindən haqlı-haqsız öz istəyini, gözləntilərini görmək istəyir. Bir
gün onun əksi ilə qarşılaşanda düşündükləri, ürəyində yaşatdıqları
dağılıb məhv olur, mülayimliyin yaratdığı “ərkö yünlük” ciddi
sarsıntıya çevrilir. İndi Moskva şəhəri cənublu “mülayim adam”ın
gələcək taleyini ciddi sınağa çəkirmiş kimi, Həsən bəyi ilk gündən
xoşagəlməz hava ilə qarşılayırdı. Mos kvanın şaxtasını görəndən
sonra qərara gəldi ki, isti geyim, çətir alsın və universitetin ya xın-
lığında mənzil kirayələsin. Həm də Moskva ilk gündən Həsənin
qarşısında yeni-yeni məişət və təhsil problemləri qoyaraq, Tif-
lis dəki rahat gimnaziya həyatının bit diyini, burada vəziyyətin
tamamilə fərqli olacağını göstərdi.
Bu şəhərdə rus əsilzadəsinin ehtiramını qazanmaq, yüksək
məqamlara çatmaq da olardı, köhnə bilik bazasını xərcləyərək
beş illik universitet həyatını “başdansovdu” bitirmək, taleyini bir
sarışın saçlıya bağlayıb moskvalı olmaq da mümkün idi.
Həsən Şamaxı və Tiflisdə olduğu kimi, Moskva univer si-
tetində də ilk gündən tələbələrin və müəllimlərin diqqətini çək-
mişdi. Uca boyu, iri, aydın gözləri, işıqlı üzü, alnına tökülən qara
saçları kənardan baxanlara onun qafqazlı olmasını nişan verirdi.
Həsən bəyin səliqəli geyimi, nizam-intizamlı davranışı, təmiz
və səlis ruscası münasibətdə olduğu hər kəsi heyran edirdi. Təhsil
illərində ilk dərs günü rastlaşdığı ani məqam illər sonra onun şirin
xatirələrinə çevrilərək yaddaşına həkk olunacaqdı. Həmin gün
61
universitetin rektoru Sergey Mixayloviç Solovyov
2
ilk dəfə dərsə
qədəm qoyan tələbələri salamlayandan sonra müdrik nəsihətlərini
verdi. O qeyd etdi ki, bugünkü universitet tələbələrinin həyatlarını
elmlə bağlamaları cəmiyyətimizin gələ cək inkişafı və tərəqqisi
deməkdir. Elə oxumalısınız ki, univer sitetimizin tarixində bö-
yük şəxsiyyətlər kimi sizin də iziniz qalsın. Bax sizə bu gün
dərs deyəcək müəllimlərin çoxu mənim fikrimə qüvvət olaraq,
universitetin yaddaşında yer qazanmış mütəxəssislərdir. Mən elmin
qapılarını sizin üzünüzə açan Moskva universitetinin rəhbəri kimi
sizi ürəkdən təbrik edirəm. Ümidvaram, hər biriniz bu böyük təhsil
ocağını uğurla başa vurub cəmiyyətimizdə gərəkli mütəxəssislər
kimi çalışacaq, öz şəhər və kəndlərinizə geri dönəndə doğma
universitetimizi layiqincə təmsil edəcəksiniz.
Həsən bəy ömrü boyu rektor Solovyovun bu çıxışını unut-
ma yacaqdı. O, elə ilk dərs günlərindən başlayaraq müəllimlərin
etimadını, tələbə-müəllim çevrəsinin dostluğunu qazanmaqda idi.
Onunla Tiflisdən Moskvaya gələn altı tələbə dostları içərisində
Həsəni artıq çox adam tanıyırdı. “Müsəlman tələbə” deyə ona
ikinci ad da qoymuşdular. Bir gün fakültə dekanı Davıdov onu
rektor S.M.Solovyova təqdim edərək demişdi:
– Sergey Mixayloviç, siz fakültəmizin qafqazlı tələbəsi
Həsənlə şəxsən tanışsınızmı? Bu oğlanı hər zaman universitetin
kitabxanasında görmək olar. Hətta keçdiyi fənlərə aid olmayan
kitabları belə mütaliə edir.
Solovyov çox səmimiyyətlə ona təqdim olunan bu cavan
oğlana münasibətini zarafatla belə bildirmişdi:
– Bu qafqazlılar ya oxumur, oxuyanda da elə oxuyurlar ki,
hamını heyrətə salırlar. Görünür, bu cavan oğlan ikincilərdəndir.
Rektor Həsən bəyə özü haqqında danışmağı xahiş edir:
– Cənab rektor, mən – Həsən Məlikov Azərbaycandanam.
Əvvəl Azərbaycanda, Şamaxıda, sonra Tiflis şəhərində rus gim-
naziyasını bitirmişəm.
2
Sergey Mixayloviç Solovyov (1820-1879) – tarixçi, MDU-nun rektoru (1871-
1877)
Dostları ilə paylaş: |