65
yanaşı, həm də fransız utopik sosialistlərinin və maarifçilərinin
fikirlərilə də tanış edirdi. Həsən ədəbiyyat həvəskarı kimi bu
dərnəkdə davamlı iştirak edir, xəyallarının aşıb-daşan sərhədlərini
keçərək Azərbaycanı başdan-başa savadlılar, təhsillilər ölkəsi kimi
təsəvvür etməyə çalışırdı. Dərnəkdə professor Pleşeyev onu gözəl
şeirlər yazan Vera Solovyova adlı qızla da tanış etmişdi.
Həsən başını yüngülcə tərpətməklə salam verib təşəkkürünü
Vera Solovyovaya bildirmək istəyərkən qız əlini Həsənə uzatmış:
– Xoş gördük, tanışlığımıza çox şadam, – demişdi.
Həsən də nəzakətlə onun əlini sıxaraq:
– Xoş gördük! Mən Həsən Məlikovam. Birinci kurs tələbəsi,
– söyləmişdi.
– Bilirəm, sizi bu universitetdə hamı tanıyır. Azərbay can-
dan bu fakültədə ilk tələbəsiniz, universitetə imtahansız qəbul
olmusunuz, həm də fakültənin əlaçı tələbəsisiniz.
– Ooo, mənim haqqımda bu qədər bilməyiniz məni bir az
utandırdı, həm də təəccübləndirdi.
Onların ilk tanışlığı belə başlanmışdı. Vera digər rus qızları
kimi sarışın deyildi. Onun şabalıdı uzun saçları, yaşıl, dənizi xa-
tır ladan iri gözləri, şux qaməti, ağ üzünü bəzəyən uzun kirpikləri
sifətində əsrarəngiz gözəllik yaradırdı. Bu cazibədarlığın önündə
hər “ağıl sahibiyəm” deyən kişinin tab gətirməsi böyük hünər tələb
edirdi.
– Mən böyük məmnuniyyətlə sizin şeirlərinizi oxuyardım.
Yəqin, sevgidən də yazırsınız? – Həsən soruşdu.
– Bəs siz hansı mövzuda yazırsınız? – qız gülə-gülə Həsənin
sualına sualla cavab verdi.
– Təəssüf ki, mənə Allah şeir yazmaq qabiliyyəti verməyib.
Mən dinləyici, şeir həvəskarı kimi bu dərnəkdə iştirak edirəm.
Solovyova Həsəni elə süzürdü ki, Həsən bu cazibədar baxış-
lardan məst olmuşdu. Bu qeyri-adi, lakin həddən artıq xoş hisslərin
dumanlı təəssüratı altında birdən Fərəc bəyin doğma, mərhəm,
həm də sərt sifəti göründü. Onun son öyüd-nəsihəti güclü dalğa
kimi Həsənin beynindən keçərək hər şeyi alt-üst etdi. “Bax, Həsən,
sənin həyatında nələr baş verəcəksə, onun ilk bü növ rəsi bu gün
66
qoyulur, hər şeyi ağılla ölç-biç, gələcək peşman lığa yol vermək
olmaz”.
Həsənlə Veranın görüşləri universitetin müxtəlif tədbir lə rində
getdikcə artmaqda idi. Son günlərdə bir-birilə daha tez-tez üz-üzə
gələn bu gənclərin hərəkətinə, üz cizgilərinə azca diqqət yetirən
hər kəs onların bir-birinə biganə olmadığını duya bilərdi. Veranın
Həsənə ürəkdən vurulmasını, getdikcə daha dərindən bağlanmasını
universitetdə, demək olar, hər kəs bilirdi.
Büruzə verməsə də, Həsənin də Veraya biganə olmadığı hər
dəfə onunla rastlaşarkən baxışlarından sezilirdi. Lakin hər dəfə
Fərəc bəyin onun qarşısında xəyalən zühur etməsi bütün coşqun
hissləri soyudurdu. Əslində, Fərəc bəy Həsənə birmənalı “sevmə”
demirdi, lakin özünü və ailəsini misal çəkərək, onu duyğular
aləminin sevgi dumanından ayıldır, gerçək həyata qaytarırdı.
Günlərin birində Həsən universitetdən çıxaraq Kuropotkin
küçəsində kirayənişin yaşadığı mənzilinə doğru irəliləyirdi. Mə-
həbbətə “təslim olan” dostlarına o, tez-tez zarafatla söylədiyi: “Siz
iki sahədə təhsil alırsınız,” – sözlərini xatırlayaraq, onu get dikcə
“ovsunlayan” Vera haqqında düşündü. “Keçib gedər,” – öz-özünə
təsəlli verirdi. “Bu qız mənim yoluma haradan çıxdı? Bu sevgi deyil
ki, mən nə düşünürəm?! Çalışacağam bir də onunla görüşməyim.
Yazıq Fərəc dayım…” Həsən düşünərək, hara get di yinin fərqində
deyildi. O, mənzilinin yerləşdiyi küçəni çoxdan keçmişdi. Birdən
özünə gəlib geri qayıtdı: “Sən ancaq təhsil üçün burdasan,
eşidirsənmi, Həsən!” – O qayıdaraq yaşadığı evin önündə dayandı,
açarını axtarmağa başladı. Açar yox idi. Çantasının, açarının audito-
riyada qaldığını xatırladı. Elə bil yuxudan ayıldı. Hər şeyi 32-ci
otaqda, Vera ilə söhbət etdiyi yerdə unutduğu yadına düşdü.
Həsən auditoriyaya girəndə bir neçə qız onun çantasının
yanında dayanıb nədənsə danışıb-gülürdülər. Həsənə elə gəldi,
hamı ondan danışır və ona gülür. Amma onların hərəsi öz alə mində
idi, Həsənin çantasının burada qalmasının fərqində deyildilər.
Həsən ikinci kərə evə dönəndə başdan-ayağa islanmışdı,
ayaqqabısına su dolduğundan tir-tir əsirdi. Paltarlarını dəyişə-
dəyişə: “Diqqətsizliyin səni bu günə saldı, bir də belə şeylər etmə,
67
təmkinini itirmə, bu qədər yollara sərf etdiyin zamanı nələr oxumaq
olardı,” – deyə özünü danladı.
Həsən içinin səsinə qulaq asmağı, müstəqil, doğru qərar
çıxarmağı uşaqlığından özünə təlqin etsə də, son günlər Vera ilə
baş verən hadisələrin qarşısında onun hissləri və ağlı tərəddüd
içində çabalayırdı.
Ürəkbulanması olduğundan gecə yemək yemədən yatağa
uzandı. Gecə səhərəcən dəfələrlə anasının: “Həsən, ay Həsən, dur
bu suyu iç, qızdırman düşsün,” – sözlərini eşidib ayıldı, titrətmə
içində yatmağa çalışdı.
Həsən oyanan kimi saata baxdı. Bir anda günün hansı vədəsi,
saatın neçə olmasını öyrənməyə çalışdı. Əlindəki zəncirli saata
baxanda: “Vay, mənə nə olub, dərsdən qaldım,” – deyib ayağa
qalxmaq istədi, müvazinətini itirdi. Yenidən yatağa uzandı. Nələrin
baş verdiyini xatırlamağa çalışdı. Hər şey yavaş-yavaş yadına
düşdü. Hava qaralmağa başlayanda qapı döyüldü, birtəhər ayağa
qalxıb qapını açdı, dostu gürcü Mixael idi:
– Həsən, hardasan, hamı səni axtarır, dedik, başında mütləq
bir iş var. Yoxsa, durub-durub, sən elə-belə dərsdən qalmazsan.
Demək, xəstəymişsən. Bir şey yemisənmi?
– Yox, heç nə istəmirəm, dünəndən ürəyim bulanır, baş
ağrısından gözümü açammıram.
– Mən qayıdıram, universitetin tibb məntəqəsinin həkimini
çağıracam, gəlib sənə baxsın.
Mixael bayıra çıxarkən saatına baxdı, gec idi. Saat altıdan
sonra heç kimi tapa bilməyəcəkdi. Soraqlaşa-soraqlaşa öyrəndi ki,
onlarla eyni fakültədə oxuyan Sergey tibb məntəqəsində çalışan
həkimin qohumudur.
Onlar Sergeylə birgə həkimi götürüb geri qayıdanda artıq
gecə yarı idi. Mixael qapını döymədən içəri girəndə Həsən huşsuz
halda uzanmışdı. Müayinədən sonra həkim: “Mütləq xəstəxanaya
aparmaq lazımdır. Ən azı dörd-beş gün ciddi müalicə almasa,
xəstəlik ağır fəsadlar verə bilər,” – dedi.
– Biz mütləq sabah fakültə dekanlığına, rektor Solovyova da
məlumat verməliyik. – Mixael deyəndə həkim:
Dostları ilə paylaş: |