74
Rus demokratlar ilə tanışlıq
Pleşeyevin dərnəyində Həsən bəy rus cəmiyyətindəki inqi labçı
demokrat yazıçıların, ictimai xadimlərin fikirləri ilə get dik cə daha
dərindən tanış olur, bütün mütərəqqi yeniliklərə Azər baycanda da
ehtiyac olduğunu düşünürdü…
Uşaqlıqdan gücsüzün tərəfində olmaq, ədalətli qərar çı-
xarmaq xasiyyəti bu gün aldığı bilik və formalaşmış dünyagörüşü
onun içində böyük arzuların oyanmasına səbəb olmuşdu. Bütün
elm və təhsil sahələrindəki tərəqqini Azərbaycanda tətbiq etmək,
məmləkətin inkişafı üçün öz gücünü, bacarığını sərf etmək, bu
işə lazımi töhfə vermək arzusu ilə yaşayırdı Həsən. Biliklərini gə-
ləcəkdə xeyirli fəaliyyətə çevirmək ideyası onu hər gün daha çox
öyrənməyə sövq edirdi. Müəllimi, dostu, təhsil aldığı fakültənin
dekanı Davıdov ona istədiyi kitabları tapmaqda kömək edirdi.
Professor Davıdov bazar günlərinin birində Həsənə onunla
birlikdə universitetin rektoru Solovyovun evinə getməyi təklif etdi.
Həsən əvvəl tərəddüd etsə də, zəngin kitabxana haqqında söhbət
təzələnəndə getməyə razılaşdı.
Professor Solovyov onları çox mehribanlıqla qarşıladı.
– Xoş gördük, Aleksey Yuriyeviç! Xoş gəldiniz, sənin getdikcə
gəncləşməyinin səbəbi indi bəlli oldu. Demək, gənclərlə oturub-
durmaqla həm də özün gəncləşirsən.
– Siz beləmi düşünürsünüz? Onda sizi də tanış edəcəyəm ki,
siz də gəncləşəsiniz. Bu cavan oğlanla, Həsən Məlikovla sizi tanış
etmişdim.
– Mənim tələbələrimin hər biri haqqında geniş məlumatım
var. Həsən haqqında da. İndiyəcən deməyib ki, o, çar ordusunun
məşhur generalı, mənim dostum Nikolay Nikolayeviçin yaxın
qohumudur. Mən bunu sonralar öyrəndim. Tiflis gimnaziyasının
direktoru bu yaxınlarda onların gimnaziyasından gələn tələbələrlə
bağlı söhbətində Həsən haqqında geniş danışaraq bildirdi ki,
onun yaxın qohumu Nikolay Nikolayeviç – general Ağayev çar
ordusundakı ən nüfuzlu generallardan biridir. Elə o vaxt mən də
75
onunla dost olduğumu dedim. Sonra da öyrəndim ki, mənim qızım
Verayla Həsən Pleşeyevin dərnəyinə birgə gedirlər.
Həsən Fərəc bəylə son söhbətini bir də xatırladı: “Sən
Moskvada sevgi məsələlərində ehtiyatlı olmalısan. Bəzən səni
özlərinə bağlamaq üçün hər şeydən istifadə edəcəklər”.
Açığı, o bu görüşdən də, söhbətdən də bir az şübhələnməyə
başladı. Sonra da içindəki düşüncələrinə rişxəndlə gülümsəyərək:
“Yox bir, guya mən tapılmaz və keçilməz bir tikəyəm, gör nə qədər
bəsit düşünürəm”, – özünü məzəmmət etdi.
Bu dünyada insan əsəbləri üçün şübhələr qədər zərərli heç nə
yoxdur. İnsanı üzür, üzür, məsələ aydınlaşıb nəticə bəlli olun ca
min-min döngələrdən keçirərək, fikirlər insanı haralara apar mır?
Bu gün Həsən təxmini həmin halda idi.
Birdən Vera içəri daxil oldu. Əvvəl atası ilə, Aleksey Yuriye-
viçlə, sonrasa Həsənlə çox səmimi və mehriban görüşdü və dedi:
– Səni atamın kitabxanası ilə tanış etməyin əsl məqamıdır.
Həsən yerdən otağın tavanına dəyən, dörd divarı əhatə edən
rəflərdəki kitabları seyr edə-edə donub qalmışdı: “Mən bütün
bunları oxusam, beş universitet bitirmiş adam mənimlə bacarmaz”.
– Sız bu kitabları oxumusunuz? – Həsən Veradan soruşdu.
– Hamısını? Yox, nə danışırsan. Bu qədər kitabı oxumaq olar!?
Rəflərdə antik ədəbiyyat nümunələrindən dünya ədəbiy yatının
ən nadir inciləri vardı.
Şərq ədəbiyyatı, Qərb ədəbiyyatı, Amerika, Hind və Çin
ədəbiyyatına aid kitablar ardıcıllıqla elə səliqəli düzülmüşdü ki,
Həsənin əlini kitablara toxundurmağa heyfi gəlirdi. O biri otaqda
olan rəflərdəsə bir dənə də olsun bədii ədəbiyyat nümunəsi yox idi.
Bütövlükdə bu otaq rus və dünya tarixinə aid qalın-qalın kitablarla
dolu idi. Həsən üzünü rektora tutaraq dedi:
– Cənab Solovyov, mən Vissarion Qriqoryeviç Belinskinin
5
Qoqola yazdığı məşhur məktubları oxumaq istərdim.
– Ohoo, sən bir az yavaş. Nikolay Palkin
6
bunu duysaydı,
5
Vissarion Qriqoryeviç Belinski (1811-1848) – rus inqilabçı demokratı, ədəbi
tənqidçi, publisist
6
I Nikolay – Palkin ləqəbli rus imperatoru (1825-1855)
76
yəqin səni Sibirə sürgün edərdi. Vera sonradan səni həmin mək tub-
larla tanış edər. Amma, cavan oğlan, onu deməliyəm ki, sən həmin
məktubları ancaq burada oxuya bilərsən. Həm də onu deyim, bu
məktublar Veranın xətti ilə üzü köçürülmüş nüsxə lərdir.
Vera məktubları Həsənə göstərdi, lakin hələlik oxumağa
vermədi.
Solovyovun kitabxanasına növbəti gəlişində Vera rəfiqəsilə
dərs hazırlayırdı. O, Belinskinin məktublarını Həsənə verib onu
kitabxanada tək buraxdı. Həsən bir qıraqda oturaraq bu məktub-
ları elə tələsik və acgözlüklə oxuyurdu, sanki kimsə onu qovurdu.
Məktubu oxuduqca o, içindəki arzuları ilə birgə vətənində hər
gün rastlaşdığı faciələrlə elə bil üz-üzə dayanmışdı, oxuduğu bu
məktublardan gələcək fəaliyyətinə işıqlı yol axtarırdı. Nədən və
haradan başlamağın yolları, maneələri dəf etməyin çətin və asan
məqamları Həsəni çox-çox uzaqlara aparmışdı. Onun üçün Moskva
universitetinin keçmiş məzunu, mütəfəkkir, filosof, publisist, ədəbi
tənqidçi, yazıçı, Qərb fəlsəfəsinin dərin bilicisi, ən nəhayət, iradəli
mübariz insan – Belinski gələcək fəaliyyətində örnək olacaqdı:
“Bir insan bu qədər əhatəli biliyə və fəaliyyətə necə vaxt tapa
bilib? Çox qısa ömür yaşamaqla bu qədər işləri necə çatdıra bilib?
Otuz yeddi yaşda böyük bir ziyalı təbəqəsinin işini həyata keçirib”.
Həsən Belinskinin Qoqola yazdığı məktublardan xalqın
mübarizəsinin, ictimai quruluşun bəlalarını dəf etməyin yollarını
kəşf etdi sanki. “Mənim düşüncələrim və arzularım bu evin in san-
larının daşıdıqları amal və əqidəylə, deyəsən, elə eynidir. Fik rim cə,
bu ailə ilə mən səmimi münasibətlərimi, dostluğumu və ya xınlığımı
davam etdirə bilərəm,” – düşünərkən birdən Vera içəri girdi:
– Deyəsən, məktublar səni çox yordu.
– Yox, yormadı, əksinə, çox düşündürdü. Mənim millətim,
xalqım daha çox əziyyət çəkir. Vissarion Qriqoryeviçin bu ittiham-
naməsindən bütün xalqlar nəticə çıxarmalıdır. Təhsil və mədəni
inkişaf mübarizəsi öz işini görməsə, kor-koranə atılan addımlardan
bir nəticə olmayacaq, – Həsən bəy söylədi.
Vera onun üzünə baxanda Həsənin gözlərini elə kədərli gördü
ki, heç xəstələnəndə o belə üzülmüş təsir bağışlamamışdı. Həsən
Dostları ilə paylaş: |