Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə25/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   21   22   23   24   25   26   27   28   ...   245

77

başını  qaldıranda  baxışları  qızın  gözlərinə  tuşlandı.  İçinə  dolan 

“dəniz gözlərin ilğımında” yenə özünü itirdi və tez də özünü ələ 

alaraq mütaliədən söz saldı:

–  Mən  öyrənəndə  ki,  Gertsen  mənim  təhsil  aldığım  fa kül-

təni bitirib, çox sevindim, deyəsən, bu fakültədə təhsil almağım 

mənə də çox şeylər verəcək. Məsələn, fizika, riyaziyyat elmi, təbiət 

elmlərinin riyazi məntiqi Gertsenə dərindən düşünüb cəmiyyətdəki 

nöqsanları hamıya daha çevik çatdırmağın yolunu diktə edib, o da 

mətbu  orqan  yaratmaqla,  “Kolokol”  məcmuəsini  çap  etdirməklə 

bu  işə  başlayıb.  Bəlkə,  ellikcə  maariflənmənin  yolu,  doğrudan 

da,  mətbuatdır.  Düşünürəm,  mən  də  bu  yolu  seçərdim,  hər  şeyə 

maarifçilikdən başlardım.

–  Sən  böyük  ideallarla  yaşayırsan,  Həsən,  düşünürəm,  biz 

gələcəkdə sənin yanında olsaq da, olmasaq da, gördüyün böyük 

işlərlə fəxr edəcəyik, xoş sədalarını eşitdikcə qürur duyacağıq.

– Vera, tələbəlik dostları ailə üzvləri qədər adama əziz olur, bir-

birinin uğurlarıyla daim sevinir. Mən inanıram, bizim dostlu ğumuz 

da belə dərin və sağlam olacaq, getdikcə inkişaf edib böyüyəcək. 

Vera donub qalmışdı. Bu qartal baxışlı qafqazlı balası onun 

qarşısında  əlçatmaz  zirvə  kimi  dayanmışdı.  “Dost  söhbətini  sal-

maqla, görünür, mənə çatdırır ki, bizim münasibətlərin sərhədini o 

özü müəyyənləşdirəcək,” – Veranın ağlından keçdi. 

Bu  zaman  professor  Solovyov  qapıda  göründü.  Vera  və 

Həsənlə  hal-əhval  tutdu,  onların  kitab  oxumasına  sevinərək, 

Həsənə müraciətlə: 

–  Hə,  demək,  belə  şərtləşdik,  sənə  bu  kitabxanadan  daimi 

istifadəyə  icazə  verirəm,  amma  kitablar  yalnız  burada  oxunsun. 

Razılaşdıqmı?

– Mütaliədən söhbət gedəndə mən hər şeyə razıyam.

Solovyov qaşlarını çataraq dilləndi:

– Gərək ki, sizin peyğəmbəriniz belə deyirdi: “Elm Çində olsa 

belə, onu əldə etməyə gedin”, yaxud “mənə bir hərf öyrədənə qul 

olaram”.


– Bəli, cənab Solovyov, siz bunları çox gözəl qeyd etdiniz, – 

Həsən özünün mənsub olduğu islam dinindən rektorun məlumatlı 




78

olmasına, hətta hədis söyləməsinə təəccüb etdi.

–  Mənim  sənə  tövsiyə  edəcəyim  kitablar  illərlə  topladığım 

xəzinəmin ən qiymətli nümunələridir. Unutma! Sən zamanını və 

vaxtını  gərəkli  olan  elmləri  öyrənməyə  sərf  et.  Gələcək  fəaliy-

yətində onlar sənə məsləhət verən dost və sirdaş olacaqlar. Necə 

deyərlər,  bədii  həzzi  oxu  prosesindən  dərhal  sonra  unudulan 

mütaliədən uzaq ol. Xeyirli və faydalı mütaliədən sən elə xəzinə 

toplayacaqsan, bütün bəylik sərvətin əlindən çıxsa, o biliklər sənə 

həyatın boyu havadar olacaq, dadına çatacaq.

Həsən qarşısındakı bu müdrik insanı elə diqqətlə dinləyirdi, 

sanki  belə  öyüd-nəsihəti  bir  də  heç  zaman  eşitməyəcəkdi. 

Solovyovun nəsihətlərini həm də böyük tarixçi ailmin nəsihətləri 

kimi  dinləyirdi.  Bu  müdrik  insan  tək  Moskva  Universitetinin 

rektoru  deyildi,  həm  də  “Rusiyanın  tarixi”  adlı  iyirmi  doqquz 

cildlik möhtəşəm tarixi kitabların müəllifi, görkəmli alim idi.

Solovyov  tarixi  qanunauyğunluqları  düzgün  izah  edərək 

dövlətçiliyi,  dövlət  hakimiyyətini  əsərlərində  ön  plana  çəkirdi. 

Həsən  digər  böyük  rus  tarixçisi  Karamzinin

7

  subyektiv  baxış la-



rına qarşı çıxan və öz əsərlərində rus tarixinin yeni şərhini verən 

Solovyovun  kitablarını  oxumaqda  davam  edirdi.  Oxuduqca  qəl-

bində onun xarakterdən irəli gələn “üstün olmaq”, “hakim olmaq” 

ideyalarının altından xətt çəkirdi. Həsən yaşının, təfəkkürünün elə 

inkişaf mərhələsini yaşayırdı ki, onu hər şey maraqlandırırdı, hər 

şeyi düzgün dəyərləndirməyi çoxundan yaxşı bacarırdı. 

Solovyov  Həsənə  Azərbaycan  ədəbiyyatı,  tarixi  haqqında 

daha çox məlumatlar əldə etmək istədiyini söylədi. 

–  Məsələn,  Şeyx  Nizami  haqqında  az-çox  məlumatım  var. 

Amma daha çox öyrənmək yaxşı olardı. Bir də Şah İsmayıl Xətai 

haqqında müəyyən şeylər oxumuşam. Mən tarixçi olduğum üçün 

onu daha çox İran, fars dövlətinin şahı kimi tanıyıram. Bəllidir, o 

həm də böyük şair olub. Özü də Azərbaycan dilində yazıb-yaradıb. 

7

 Nikolay Mixailoviç Karamzin (1766-1826) – rus tarixçisi, yazıçısı, şairi. 12 

cildlik “Rus dövlətinin tarixi” kitabını – Romanovların tarixinə qədər (1613) – 

yazıb.



79

–  Sergey  Mixayloviç,  Şah  İsmayıl  Xətai  fars  dövlətinin 

yox,  Səfəvilər  dövlətinin  banisi  olub.  Bu  dövlət  öz  tərkibində 

həm azərbaycanlıları, həm də farsları birləşdirib. On üç yaşında 

hakimiyyətə gəlməsinə baxmayaraq, avropalılardan əvvəl, Şərqdə 

ilk mərkəzləşmiş dövlətlərdən birini qurmağı bacarıb.

– Bəs niyə Osmanlı sultanıyla döyüşdə asanlıqla məğlub oldu?

– Şah İsmayıl da türk idi, yoldaş Solovyov. Hər iki tərəf siyasi 

oyunların qurbanı olaraq bu döyüşə təhrik edilmişdilər.

–  Sən  bunları  hardan  öyrənmisən,  Həsən?  Məncə,  sizə 

öyrədilən tarix proqramında bunlara yer ayrılmır.

Həsən  yenə  Fərəc  bəyin  söhbətlərini  xatırladı:  “Gərək  belə 

mövzularda ehtiyatlı olam”.

–  Mənim  tarix  elmini  öyrənməyə  marağım  çox  böyükdür. 

Harda əlimə nə keçsə, oxuyuram. Yəqin, bizi dostlaşdıran da elə ilk 

növbədə tarixə olan böyük marağımızdır, – Həsən söhbəti dəyişdi.

O,  axşam düşməsini bəhanə edərək yüksək ədəb-ərkanla izin 

istədi: 


– İcazəniz olarsa, mən getmək istərdim.

– Buyur, amma səni yenə gözləyəcəm.

Həsən  tarixi  mülahizələrilə  Solovyovu  valeh  etmişdi:  “Bu 

qafqazlılar elmə və hərbə maraq göstərəndə onlardan çox dəyərli 

mütəxəssislər çıxır. Bunlar üçün orta hədd yoxdur. Ya əla, ya da 

heç nə…”


  –  Həsən  məhz  belə  yüksək  göstəriciləri  olan  tələbələr dən-

dir, – Həsən gedəndən sonra Verayla onu müzakirə etdi. – Gərək 

bu oğlanı qoruyaq. Özü də qorxu-hürkü bilmədən hər şeyə bir başa 

münasibət bildirir. Onu gərək Moskvanın “xatalı” dər nəklərindən 

çəkindirək.  Bu  əqidə  və  arzu  ilə  o,  özünü  dünyanı  dəyişdirə 

biləcək gücdə hiss edir. Amma içindəki azad fikirliliyi, heç nədən 

çəkinməməyi ona həmişə müəyyən çətinliklər yaradacaq. Mənim 

ona çox heyfim gəlir…

Atasının  Həsən  haqqındakı  yüksək  fikirləri  Veraya  elə  bir 

güc  verdi,  o  öz  sevgisinin  mütləq  qalib  gələcəyinə  bir  qədər  də 

inanmağa  başladı.  Onların  münasibətləri  qeyri-adi  sirli  məna 

aldığından hər ikisi tərəddüd və təsdiq qarşısında çaşıb qalmışdı. 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə