71
əvəzini artıqlamasıyla çıxaram. Ancaq onda münasibətlərimiz daha
çox dərinləşə bilər. Göstərdiyim hər bir qayğını, elədiyim balaca
yaxşılığı Vera sevgiylə bağlaya bilər”.
– Sizdə soyuqdəyməyə qarşı qadınlar daha çox nə bişirir lər?
– Tiflisdə sulu xəngələ çoxlu bibər əlavə edərək soyuq-
dəymənin birdəfəlik anasını ağladırlar, yaxud əvəlikli əriştə
bişirilir, – Mixael Həsəni qabaqladı.
– Həsən, bəs sizin mətbəxdə belə hallarda nə bişirirlər?
– Məsələn, mənim nənəm, anam ya cincilimli umac, ya da
əvəliklə əriştə bişirərdi. Hələ bizim Zərdabda belə vaxtlarda an caq
kələm dovğası deyilən bir yemək də bişirirlər, soyuqdəymədə onun
doktorların mənə vurduqları iynə-dərman qədər təsiri var. Sizin
borşa bənzəyir, ancaq kələm, göyərti, qatıqdan hazırlanmış ayranla
bişirilir. Deyəsən, Vera, bizim məişətimiz sizin üçün çox maraqlıdır.
– Hə, bizim evdə Qafqaz xalqlarının həyatına aid kitablar var.
Atam da, anam da sevə-sevə bu kitabları oxuyur. Hətta onlar sizin
mədəniyyət və incəsənət nümunələriylə maraqlanırlar. İstəsəniz,
mən sizi bir dəfə atamın kitabxanasıyla tanış edərəm, amma
sağalandan sonra…
– Əlbəttə, böyük məmnuniyyətlə… Bizim ailəmizdə də il lərlə
babamın, atamın Şərqin ən böyük dahilərinin əsərlərinin üzü nü
məşhur xəttatlara köçürdüb topladıqları zəngin kitablar var.
– Çox maraqlı gəldi mənə, – Vera dilləndi.
– Bir yay tətilində Həsənlə gedib görərsən, – Mixael Həsəni
cırnatmaq üçün dedi.
Bir azdan Vera ayağa qalxdı:
– Yaxşı, mən gedirəm, sağ olun, Həsən, sən bir də xəstələnmə!
– Çox gec oldu, qoy sizi ötürək…
– Yox, yox, mən nənəmin yanında qalacam, ora elə sizin
pəncərədən görünür.
– Mən sizi ötürüb tez qayıdaram, – gürcü balası təkid etdi.
– Olar. Siz narahat olacaqsınızsa, olar….
– Əlbəttə… Sizin kimi gözəl bir qız gecə vaxtı tək yola çıxarsa,
narahatlıqdan çox, sayğısızlıq olar.
72
Həsən Mixaelin son sözündən cırnadı: “Onun gözəlliyinin
sənə nə dəxli”.
Mixael çox tez geri qayıtdı. İçəri girən kimi dedi:
– Mən sənə nə demişdim? Bu qız bir könüldən min könülə
sənə vurulub. Sənə görə əldən-ayaqdan gedir. Sənə göstərdiyi
bugünkü qayğını heç təzə evlənənlər də bir-birinə göstərə bilmir.
Bu qızı Allah sənə hədiyyə göndərib. Atası da o boyda uni versitetin
rektoru Solovyov ola.
– Onun atasından mənə nə. Mən Moskvaya evlənməyəmi
gəlmişəm, yoxsa təhsil almağa? Boşla bu fikirləri, nə öz vaxtını al,
nə də mənim.
– Həsən, Vera səndən danışanda yaşıl gözləri elə parıldayır,
elə bil ləpələnən dənizdi.
Həsən evdə ona qayğıkeşlik göstərib yanında qalan dostu
Mixaelə yatmağa yer göstərdi. Özünü elə yorğun hiss edirdi,
sanki Zərdabdan Moskvaya piyada gəlmişdi. Ayaqları da, beli də
ağrıyırdı. Uşaqlığında ayaqlarının ağrıdığından şikayət edəndə
anası tez onun boğazına baxar, nanə-limon qabığını dəmləyib
içirdər, həm də qar-qara elətdirərdi. Bütün bunları düşünə-düşünə
birdən ailəsi və Zərdab üçün bərk darıxdı.
Yuxu onu tez tutdu. Köhnə yuxusuna bu dəfə yeni çalarlar
qatılmışdı. Suyun üzü ilə Zərdab yoluna çıxmağa çalışırdı. Uzaq-
dan, yolun digər başında dayanan Veranı gördü. Onun yaşıl göz-
ləri Kürlə həmahəng ləpələndikcə, sanki Həsəni suyun üstündə
yırğalayırdı. O, müvazinətini itirməmək üçün özünü güclə sax-
layırdı… – Mən üzmürəm, yeriyirəm, əvvəl mən daha rahat
addımlayırdım, indi nədən müvazinətimi itirirəm? Hələ yanan
şama və bal qoyulan məcməyiyə çatmalıyam. Vera da yolun o
başında məni gözləyir. Bu qızın Zərdabda nə işi?
Qəfil oyandı, yuxu olduğunu dərk edincə çox sevindi. On-
dan sonra səhərə qədər yata bilmədi. Gecələrin uzunluğunun nisbi
olduğunu ilk dəfə idi hiss edirdi. Kimin üçün adi sayılan gecə
bəzən sabahı gözləyən narahat adama bir il qədər uzun olurmuş.
O, dostunu oyatdı:
– Dur, dərsə yubanırıq.
73
– Sən də gedirsən? Həkim sənə yataqda olmağı məsləhət
gördü…
– Mən kənd uşağıyam, hər soyuqdəymədən bu qədər yatsam,
onda gərək Moskva camaatı mənə qulluq eləsin. Tez ol, bir tikə
səhər yeməyi yeyək, yubanırıq.
Masanın üstündə Veranın dünən gətirdiyi çovdar çörəyinin
iyi otağa yayılmışdı. Şamaxı dağlarının çiçəklərinin ətrini özündə
saxlayan bal da, yovşan ətri verən pendir də, həyətlərindəki tutdan
bişirilmiş bəkməz də hər səhər Həsənə evlərindəki səhər yeməyini
xatırladırdı. Etirazına baxmayaraq, anası bu kənd nemətlərini
oğluna özü ilə gətirməyi vacib bilmişdi.
– Bəh-bəh, lap evimizdəki səhər süfrəsinə bənzədi, bircə
xaçapurisi çatmır, – şən ovqatla Mixael dedi.
– Tətilə altıca ay qalıb, iştahanı saxla Tiflisə qayıdana…
Onlar Həsənin mənzilindən çıxanda hava çox soyuq idi.
Mixael çoxdan istədiyi bir məsələni elə indicə Həsənə deyib
onun ağzını aramaq istədi.
– Həsən, mən də köçüb səninlə qalsam, necə olar? Bura
universitetə yaxındır. Həm də rahatdır.
– Yox, dostum, mən bəzən səhərəcən yatmayıb oxuyuram,
sən mənim yanımda narahat olarsan. Amma ürəyin istədiyi vaxt
hərdən gəlib qala bilərsən…
Universitetə daxil olan kimi dostları onları əhatəyə aldılar:
– Həsən, sənə nə olmuşdu? Biz bu gün sənin yanına gəlməyə
hazırlaşırdıq.
– Mən də sizə zəhmət vermək istəmədim, – zarafatla dedi.
Dostları ilə paylaş: |