Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə20/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   16   17   18   19   20   21   22   23   ...   245

62

– Hə… özü də gümüş medalla… indi bildim, Həsən Məlikov… 

Çox gözəl. Mənim Azərbaycandan iki general dostum var. Onlar 

Qafqazda çar ordusunun ən sayılıb-seçilən general larıdır. İsmayıl 

bəy Qurtqaşınlı, bir də Nikolay Nikolayeviç

3



İkinci  general  Fərəc  bəy  idi,  Rusiyada  onu  Nikolay 

Nikolayeviç kimi təqdim edirdilər. Həsən bəy rektora Fərəc bəyin 

qohumu olması haqda heç nə demədi.

– Ümidvaram, sən də onlar kimi böyük şəxsiyyət olacaqsan, – 

deyib Solovyov onun əlini sıxdı. 

– Mən həyatımı elmə bağlamağa qərar vermişəm. İnanıram 

ki,  sizin  kimi  dahi  alimlərin,  qayğıkeş  müəllimlərin  əhatəsində 

mən tutduğum yolun cəfakeş yolçusu kimi geriyə – Qafqaza əliboş 

qayıtmayacam, – Həsən inamla rektora cavab verdi.

–  Əlbəttə,  belə  olmalıdır!  Bir  şey  soruşum,  sənin  vali deyn-

lərindən hansınınsa rus qarışığı olubmu?

–  Xeyr,  cənab  rektor,  mənim  atam  da,  anam  da  azərbay-

canlıdır. Atam yerli-köklü Zərdab bəylərindəndir. 

–  Amma  sənin  rus  dilində  tələffüzün  o  qədər  səlisdir  ki, 

təəccübümü gizlədə bilmədim.

– Mənim hətta gimnaziya təhsili olmayan bacım da, qardaşım 

da evdə rus dilini öyrəniblər. Atam ordu qvardiyasında praporşik 

olduğu üçün bizi də savadlı görmək istəyirdi, bizə xüsusi müəllimlər 

tuturdu. 

Solovyov  ayaqüstü  söhbət  zamanı  qarşısındakı  oğlanın 

natiqliyinə heyran qalmışdı, elə ilk andan onun istedadını və parlaq 

gələcəyini kəşf etmişdi.

* * *

Həsən  bəy  get-gedə  Moskvanın  havasına,  insanlarına  öy-



rəşərək hər gün təhsilini təkmilləşdirməyə çalışırdı. Dərs yükünün 

3

  Nikolay  Nikolayeviç  (Fərəc  bəy  Ağayev)  –  (1811-1891)  –  çar  ordusu nun  

general-leytenantı. Qırx ilə yaxın orduda xidmət edən Fərəc bəy Ağayev  1882-ci 

ildə istefaya çıxıb. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə cəmiy yətində çalışıb.




63

ağırlığı, içindəki fərqli düşüncələr bəzən səhərəcən onu yatmağa 

qoymurdu. Universitetdə oğlanlarla qızların birgə təhsil almaları, 

fikir  mübadiləsi  etmələri  onun  çox  xoşuna  gəlirdi.  Hər  dəfə 

dərindən köks ötürərək “görəsən, bizim ölkəmizdə belə bir təhsil 

ocağı nə zaman olacaq?” düşünürdü. Rusca səlis danışması dərs-

lərinə  başladığı  gündən  onun  köməyinə  çatırdı.  İstər  fakültənin 

ictimai  həyatında,  istər  dərsdə,  istərsə  də  universitetin  ümumi 

tədbirlərində  nümayiş  etdirdiyi  fəallıq  onu  qısa  vaxtda  bütün 

universitetə  tanıtmışdı.  Dostları  hərdən  Həsənlə  zarafat  edib 

deyirdilər  ki,  xəbərin  varmı,  ədəbiyyat  fakültəsinin  qızları  sənin 

gözlərinin  qeyri-adiliyini,  bu  gözlərin  sənin  danışığınla,  davra-

nışınla  həmahəng  olduğunu  müzakirə  edirlər.  Deməli,  sənin 

gözlərinin “xatası” çıxacaq. Həsən onunla zarafat edən dostlarına 

heç nə deməsə də, bütün digər gənclər kimi qızların onunla belə 

maraqlanmalarından, əlbəttə, xoşlanırdı. 

Bəzən bəzi qızlar dərs arası tənəffüslərdə bir-biri ilə söhbət 

edərkən  yaxınlıqdakı  Həsəni  də  danışdırmaq  istəyirdilər.  Lyuba 

adlı od-alov parçası bir qız dil-dil ötərək elə hey Həsənin ağzından 

bir söz almaq istəyirdi:

–  Bu  doğrudurmu,  sizin  qızları  görmədən-bilmədən  kiməsə 

ərə  verirlər?  Sizin  kişilərin  çox  arvad  alması,  onları  bir  evdə 

saxlaması doğrudurmu? 

Həsən  tam  doğru  olmayan,  ancaq  müəyyən  qədər  də  həqi-

qətə yaxın bu suallara aydınlıq gətirməyə çalışardı. Hər suala öz 

ailələrinin timsalında cavab verər, fikirlərini geniş izah edərdi:

–  Bizim Azərbaycan  ailələrində  sevgi  çox  yüksək  məqamda 

durur.  Heç  bir  ailə  başçısı  o  yüksək  məqamı  tapdalaya  bilməz. 

Babam nənəmi, atam anamı görüb, bir-birini sevib evləniblər. Qar-

daşım da, bacım da sevib ailə qurublar. Sizin sualınızdakı müəyyən 

məsələlərin də bu və ya digər formada öz əsaslı səbəbləri var. Amma 

ailələrimizin  minilliklərlə  qoruduğu  bu  ənənələr  sağlam  təməl 

üzərində qurulduğu üçün bizdə xəyanətə, aldanışa, yalana heç zaman 

rast gəlinməz, boşanmalar min ailədən birində olar, ya olmaz…

Tələbələr onu maraqla dinləyər, Şərq ailəsinin dəyərlə rindən 

xəbər tutardılar. Qızlar da həmin Lyubaya sataşardılar:




64

–  Sən,  deyəsən,  bu  Həsənə  vurulmusan? Yoxsa  əvvəlcədən 

onların həyat tərzini öyrənmək istəməkdə xeyir ola?

– Yox, yox! Həsən azərbaycanlıların bəy sinfindəndir. Məni 

alar  aparar,  sonra  da  üstümə  üç-dörd  müsəlman  qız  alar,  onda 

mənim halım necə olar?

Hamı gülüşürdü:

Həsən  yenə  bu  zarafatları  hazırcavablığı  və  yumoru  ilə 

bəzəyərdi:

– Yox, Lyuba, sən yenə tək olmaq istəyirsən, üç-dörd azər-

baycanlı qızın içində bir rus qızı olaraq seçilməyə can atırsan. Gəl 

belə edək, olmaz ki, mən üç-dörd rus qızı alım, siz mənə təhsil 

işlərimi  qurmağa  kömək  edəsiniz?  Evimizdəkiləri  də  razı  salım 

deyə, bir yerli azərbaycanlı qızı alaram. Danışdıqmı?

Hamı gülərdi.

Qızlar  həmişə  qayğılı  görünən  Həsənin  zarafatından  həzz 

alaraq bu yaraşıqlı tələbə dostlarının incə yumorunu kəşf edirdilər.

Həsən bütün tədbirlərdə dilli-dilavərliyi, tutarlı faktlara əsas-

lanan  çıxışları  ilə  həm  müəllimlərini,  həm  də  dostlarını  heyran 

qoyurdu. Bu qabiliyyətinə görə fakültə dekanı professor Aleksandr 

Yuriyeviç Davıdov onu “filosof natiq” adlandırırdı.

O,  Həsənə  hər  zaman  üstüörtülü  formada  “xatalı  uşaqlara” 

qoşulmamağı da məsləhət görürdü. 

Həsənin Moskvaya gəlişi Rusiyanın “çalxalanan” dövrü idi. 

Şəhərlərdə  hərdən  yaşanan  üsyanlar,  etirazlar,  tətillər  emosional 

əhval-ruhiyyəli  tələbələrin  düşüncəsinə  daha  tez  təsir  göstərir, 

onların bəzilərini millət, xalq adına mübarizələrə qalxmağa sövq 

edirdi.  Həsən  bəysə  öz  düşüncəsilə  hərəkət  edir,  milli  mübarizə 

yollarının ən işıqlısının təhsildən keçdiyini dərindən dərk edərək 

daha əhatəli bilik toplamağa, mümkün olan hər şeyi öyrənməyə 

çalışırdı. 

Təhsil  illərində  Pleşeyevin

4

  dərnəyində  iştirak  etməyi  ona 



azadlığı  tərənnüm  edən  şeirləri  dinləməyə  şərait  yaratmaqla 

4

 Aleksey Nikolayeviç Pleşeyev (1825-1893) – şair, tərcüməçi, ədəbi tənqidçi, 

pedaqoq



Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə