729
sandıqları vardı, içi də gəlinciklə doluydu.
Sara babasından eşitdiyi nağılları sonra özü atasına söyləyirdi,
amma özü bildiyi kimi.
Həsən bəy də gülürdü:
– Gözəlim, sən ki bu nağılı məndən daha maraqlı söyləyirsən.
Bəlkə, arxasını da elə özün davam etdirəsən. Danış görüm, ardını
danış.
– Sandığın içindən yol gedirdi, – Sara, doğrudan da, nağılı da-
vam etməyə başladı. – Mən də, babam da az getdik, üz getdik, dərə-
təpə düz getdik, iynə boyda yol gedib çatdıq qayadan saçlarından
asılan şahzadənin yanına. Babam divi öldürdü, qızı da xilas elədi.
O qız, sən demə, babanın nənəsi, balası, Sara xanım imiş…
Həsən bəyin kefi açılmışdı.
– Səni sağ ol, ay Əlimərdan, mənim dərmanımı niyə indiyə
qədər belə gecikdirmisən? Bax, qızdırmam da artıq yoxdu.
Evdə hamının əhvalı gözəl idi. Sara nağıl istəyə-istəyə özü
nağıl danışırdı, nağıl uydururdu. Bu nağılların içində babası, nə-
nəsi, ata-anası və balaca Rəşid var idi.
730
1905-ci il, “Həyat” qəzeti nəşrə başlayır
Əlimərdan bəy Əhməd bəylə birlikdə “Həyat” qəzetinin re-
dak siyasından birbaşa Həsən bəygilə gəldi.
Həmişəki kimi, yenə bu gün azərbaycanlı ziyalılar Həsən bəyin
evində toplaşacaqdı. Həsən bəyin evindəki müzakirələrdən sonra
şam yeməyi mütləq idi: “Mən də yeməmişəm, sizi gözləyirdim,”
– deyərdi. Bu gün də Həsən bəy əziz qonaqlarını səbirsizliklə
gözləyirdi, Hənifə xanım yenə də tədarük görmüşdü.
Həsən bəy bugünkü yığıncağa hamıdan qabaq təşrif buyurdu.
Əlimərdan bəy, Əli bəy və Əhməd bəylə salamlaşandan sonra ilk
sualı bu oldu:
– Uşaqlar, bizim “Həyat”ın məsələsi nə oldu?
Əlimərdan bəy:
– Həsən bəy, hər şey yaxşı gedir. Allah bizim Hacını səxavət
və qeyrətlə qoşa yaradıb. Sağ olsun, tapşırdı bu gün bütün maliyyə
məsələsini həll etsinlər.
Qəzetin məsul redaktorları bilirsənmi kim olacaq? Bizim
Əhməd bəylə dostun Əli bəy Hüseynzadə. Bir-iki həftəyə digər
sənədlərin də tamamlanması başa çatacaq. İyunun 6-da qəzetin ilk
nömrəsini çapdan çıxaracağıq.
Əli bəy:
– Həsən bəy, amma biz sizsiz heç nəyə qərar verməyəcəyik,
inşallah, sağalan kimi redaksiyamıza gələrsiniz. Orada sizə ayrıca
bir otaq da ayıracağıq.
Həsən bəy:
– Uşaqlar, iki ay öncə sizdən eşitdiyim “Şərqi-rus”un bağlanma
xəbəri məni çox məyus etmişdi, indisə yenə sizdən eşitdiyim bu
sevindirici xəbər kefimi açdı.
Əlimərdan bəy:
– Ədalətlə danışsaq, o zaman insafsızlar Məhəmməd ağaya
böyük zərbə vurdular.
Həsən bəy:
– O zərbə təkcə Məhəmməd Ağaya deyil, sizə, bütün azər-
731
bay canlı ziyalılara vuruldu. Ən təəssüfedici hal isə odur ki, ona
qarşı mübarizədə çar-erməni qüvvələri sizin kimi oxumuş azər-
baycanlılardan – səndən, Əhməd bəydən və başqalarından da fəal
istifadə etdilər. Dünən Məhəmməd ağanı vurub səhnədən çıxardılar,
sabah başqa birimizi, o biri günsə növbəylə digərlərimizi – səni,
məni və başqalarını vuracaqlar. Bu haqsızlıq bütün azərbaycanlılara,
müsəlmanlara qarşı edilir.
Əlimərdan, Əhməd, siz hələ cavansınız, bəzi məqamlara da fikir
vermirsiniz. Məndən sizə məsləhət, unutmayın, siz azərbaycanlı
ziyalılar bir-birinizi şəxsi xarakterlərinizə görə sevməyə bilərsiniz,
birinizin sözü başqa birisinin boğazından keçməyə bilər, amma
ümu mi məsələlərdə həmrəy olmalısınız, kənar hücumlardan birgə
qorunmalısınız. Müxtəlif yollarla mübarizədən uzaqlaşdırılan hər
bir azərbaycanlı ziyalı, sonda bizim xəzinəmizdən gedir. Onun ye ri-
ni doldurmaq üçün millətə on illərlə vaxt lazım olacaq. Odur ki, ilk
növbədə biz ziyalılarımızın arasında birlik, həmrəylik yarat malıyıq.
– Doğrudur, çox doğru buyurursunuz! – Əlimərdan bəy artıq
heç bir əlavə etmədən söhbəti bitirməyə çalışdı.
Əli bəy Həsən bəyə heyranlıqla qulaq asırdı. Onun solğun
bənizinə baxaraq ürəyində düşünürdü: “Heyif səndən, Həsən bəy!
Dahilərin fikirləri, təəssüf ki, dövründə doğru qəbul olunmur”.
Əhməd bəy də başı ilə Həsən bəyin fikirlərilə razı olduğunu
təsdiq edib, bu mövzunu bağlamağa çalışdı.
Həsən bəy:
– Barı elə edin ki, yeni yaratdığınız qəzet əsl milli tribunaya,
ziyalılarımızın həmrəylik meydanına çevrilsin. Çalışın, bütün
Ru siya müsəlmanlarını da cəlb edib, qəzeti ümummüsəlman və
ümumtürk dünyasının milli həmrəylik meydanına çevirəsiniz. Ən
fəal ziyalı müsəlmanların və ziyalı türklərin imzalarını bu qəzetdə
təbliğ edib insanlara tanıdın.
Əlimərdən bəy:
– Görək də, Rusiya müsəlmanlarının bu qurultayını da keçirək,
sonra sizin və ziyalılarımızın köməyilə dediklərinizi edərik.
Həsən bəy:
– Mənə ömür vəfa etsə, canla-başla sizə kömək edərəm.
732
Əlimərdən bəy:
– Həsən bəy, belə ümidsiz-ümidsiz danışmayın. Sizin tale yi-
nizdə hələ nəinki təkcə bizə yardım etmək imkanı, həmçinin bundan
sonra da yeni-yeni qəzet və məktəb kimi xalqa lazım fəaliyyət
missiyası durur. İnşallah, biz o günləri görəcəyik! Dostun Hacı
Zeynalabdin Peterburqdan sənin üçün məxsusi doktor çağırtdırıb,
şənbə günü Bakıda olacaq. İnşallah, dərindən yoxlanıb müalicə
alarsınız. Hər şey Allahın izniylə keçib gedər.
Bir azdan hamı toplaşmışdı. Qonaqlar Hənifə xanımın hazır-
la dığı şam yeməyindən dadandan sonra Həsən bəyin iş otağına,
“toplantı zalı”na keçdilər. Masanın üstündə Həsən bəyin bəzi
tövsiyə və qeydləri yazılmış vərəq vardı. Bu ayın ortasında Rusiya
Müsəlmanlarının I Qurultayında Azərbaycan nümayəndələrinin
üstünlüyü və təşkilatçılığı hiss olunmalı idi. Bugünkü yığıncağın
mövzusu da elə bu idi.
Həsən bəy bir daha hamını gözdən keçirib sözə başladı:
– Uşaqlar, mənim babam çox müdrik kişiydi. Hər dəfə atama,
əmimə, qardaşlarına bir tövsiyə edəndə deyərdi, özünüz məndən
də ağıllısınız, məncə, tək qərar qəbul etsəydiniz, elə yenə mənim
kimi edərdiniz.
Mən qurultayla bağlı bütün tövsiyələrimi bu vərəqdə qeyd
etmişəm. Qoy Əlimərdan oxusun, sonra müzakirə edin Amma ola
bilər, qurultayın keçirilməsinə hökumət izin verməsin.
Əlimərdan bəy:
– Elə şey olarmı?
– Olar. Bu hökumətdən hər şey gözləyin. Mən bir vaxtlar
bu hökumətdən o qədər çəkmişəm, bizim kəndli Cabbar kişinin
məsələsi olmasın, az qalıram yerimdə tullanım.
Bizim Zərdabda bir Cabbar əmi vardı. Babamla yanaşı
əkin yerinin sahibiydi. İmkanı olsa da, heç kimə pul verməsin
deyə, cütü də özü sürərdi, əkini də özü əkərdi. Bir gün ona tabe
olmayan tənbəl öküz o qədər onu bezdirir, hirsindən dözə bilmir,
öküzün başını kəsir. Sonra dərisindən özünə, ailəsinə çarıq tikdirir.
Qonşular görür, Cabbar kişi çarığı geyib tullanıb-düşür. Soruşurlar,
ay Cabbar, nə olub? Deyir, siz bilmirsiniz, bu ala öküz mənə o qədər
Dostları ilə paylaş: |