Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə235/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   231   232   233   234   235   236   237   238   ...   245

726

Mart  ayının  əvvəli  olmasına  baxmayaraq,  Bakıda  əməlli-

başlı soyuq idi. Həsən bəy kresloda əyləşərək, axşamdan yağmağa 

başlayan lopa-lopa qara baxırdı. Moskvada oxuduğu illəri, həmin 

soyuq,  qarlı  günləri  xatırladı  birdən.  Son  zamanlar  o,  tez-tez 

uşaqlığında, gəncliyində yaşadığı maraqlı və qeyri-adi hadisələri 

yuxuda görərdi. Bu yuxularında o elə hey yol gedərdi, əşyalarını 

toplayaraq, nəyisə, kimisə axtarardı, bəzən də ucadan kimisə bir 

az tələsməyə çağırardı. Gözünü açanda özünü o qədər yorğun hiss 

edərdi ki, sanki bütün gecəni, doğrudan da, ayaqüstə keçirmişdi.

Hənifə xanım başında qar dənəcikləri içəri girəndə Həsən bəy 

hələ də yuxularının təsirində idi. O, Hənifə xanımı görüncə dedi:

– Hənifə, sən bu gün neçənci dəfədir məktəbdən evə qayı dır-

san, evin tikilsin, elə bil evdə uşaq qoyub getmisən. Bu gün sənə 

nə olub belə? 

– İnan, Həsən, bu gün sənsiz əlim iş tutmur. Məktəbə çatar-

çatmaz evdə nəyisə unutmuş kimi geriyə qayıtmaq istəyirəm. Həm 

də düşünürəm, bu nə qardı belə çiçəkləmiş ağacların üstünə yağdı, 

bu yazıqlar necə olacaq indi? 

– Mənə görə niyə narahatsan, mən uşaq-zad deyiləm ki. O ki 

qaldı qarın yağmağına, narahat olma, şaxta olmayacaq. Yazda nə 

qədər qar yağsa da, fəslin ömrünü pozmağa gücü yetməz. 

 Bu gün bizim şahidi olduğumuz vaxtsız qar haqqında maraqlı 

bir  əfsanə  var.  Həmin  əfsanəyə  görə,  mart  ayının  sonuna  yaxın 

kənddə  bir  gecə  möhkəm  qar  yağır.  Qoca,  kimsəsiz  bir  qarının 

keçilərinin  yemi  bitdiyindən  qonşuluqda  yaşayan  Mərd  adlı  bir 

adamdan borc yem istəyir. Mərd bəhanələr gətirərək qarıya yem 

vermir. Bu hadisə Allaha xoş getmir deyə, onun kəramətiylə birdən 

hava açılır, ətraf nura boyanır, qarının keçiləri çölə çıxaraq, otlayıb 

qarınlarını doyururlar. Bir neçə gün içərisində ağaclar çiçəkləyir, 

ətraf  yaşıl  don  geyinir.  Mərd  baxır  ki,  onun  qışdan  qalan  otları 

xarab olacaq, onları kimə gəldi satır. Bir neçə gün sonra yenidən 

vaxtsız qar yağır, bu dəfə Mərdin qoyun-quzusu ac qalır. Beləliklə, 

qarının keçiləri qışdan salamat çıxır, Mərdin heyvanlarısa acından 

ölür. Qarı öz keçilərindən birinin boynuna: 



727

Yaza çıxdı oğlağım,

Mərd gözünə barmağım.

– yazdıraraq qonşusu Mərdə göndərir. Mərd, qarının hədiy yə-

sin dən əməlli-başlı pərt olur, əməlindən peşmanlıq keçirir, düşünür 

ki, Xudaya, mənim adım Mərd ola-ola bir bağ ota qıymadım, amma 

bu qarı mərdlik göstərərək öz keçilərindən birini mənə bağışladı. 

Hənifə,  bayaqdan  qara  baxa-baxa  uşaqlığımı  xatırlayıram. 

Biz  uşaq  vaxtı  bayram  çərşənbələrində  söylədiyim  “Qarı-Mərd” 

əfsanəsini  danışıb,  nəğmə  kimi  oxuyardıq.  Mart  mənim  həmişə 

çox  sevdiyim  ay  olub.  Mənə  elə  gəlir,  bu  il  bizim  bütün  azar-

bezar da yazın bitməsilə sovuşub gedəcək. Elə mənim xəstəliyim, 

narahatlıqlarım da.

Hənifə  xanım  Həsən  bəyin  əyləşdiyi  mizin  yanında  yerdən 

oturaraq ayaqlarını ovuşdururdu. Keçən gecə Həsən bəyin hərarəti 

yenə yüksəlmişdi. Yuxuda sayaqlayaraq Mehralını, Midhəti ça ğı-

rırdı. İki gün idi, bu hal gecələr təkrarlanırdı.

Həsən bəy başını dik qaldıraraq bir anlığa Hənifə xanımın üzü-

nə baxdı, sonra yenə başını aşağı salaraq kövrək-kövrək söhbətinə 

davam etdi:

– Hənifə, bu gecə çox qəribə bir yuxu görmüşəm. 

– Nə yuxudur elə?

–  Vallah,  ağıla  sığmayan  bir  yuxuydu.  Gördüm,  Mehralı, 

Midhət, Əlimərdan, Əhməd, Əli bəy və mən digər dostlarımızla 

birlikdə Kürün ətrafında məclis qurmuşuq. Birdən güclü külək ha-

mımızı pərən-pərən salır. Sonra leysan yağış yağır, bizim hərəmiz 

bir yerdən ağac kimi cücəririk, böyüməyə başlayırıq. Əlimərdan 

qış qırır  ki,  əl-ələ  tutun.  Mən  heç  vaxt  Kür  qırağında  belə  külək 

görməmişdim. Hamını ətrafıma toplayaraq bizim evə tərəf qaçmağa 

başladım. Yolun izləri itmişdi, toz-torpaq gözümüzü tutmuşdu, yan-

yörədə heç nə görünmürdü. Biz birtəhər evin alaqapısına çatırıq, 

alaqapıdan  keçib  evə  doğru  irəliləyirik.  Bu  an  Kürün  dalğaları 

yüksələrək həyətimizə dolur, yolumuzu kəsir. Gördüm, anam mavi, 

qırmızı, yaşıl kəlağayılarını bayraq kimi evin bütün tərəflərindən 

asıb bizə yol göstərir. Biz rəngli kərəyağılara istiqamət alaraq evi 



728

tapıb içəri giririk. Evə çatanda mən Midhəti, Mehralını, Əlimərdanı 

səsləyirəm, amma tapa bilmirəm. Qışqırırdım ki, Allahım, onları 

xilas elə, bəlkə, onlar Kürdə batdılar…

Hənifə xanım onun sözünü kəsərək dedi:

– Allah xeyir eləsin, darıxma, yuxudur da. Su aydınlıqdır, sənin 

də gecə hərarətin var idi, odur ki, bu su, sənin hərarətini endirib, 

yuxun düşərli olub. Özün də tərin içindəydin, sayıqlayırdın. 

–  Mən  nədənsə  son  dövrlərdə  yuxularımın  hamısını  elə 

Zərdabda görürəm, – Həsən bəy bildirdi.

–  Bir yerin ağrımır ki?

– Yox, amma ürəyim çox sıxılır, çox da darıxıram. Həm də 

hər şey elə bil məni kövrəldir. Daha tez-tez keçənləri xatırlayıram. 

Bilirəm, keçən dəfəki iflic beynimi əməlli-başlı zədələyib. Allah 

Ambarsumova  lənət  eləsin.  Onun  məni  pulla  satın  almaq  istəyi 

mənə Bakıdakı fevral hadisələri qədər ciddi təsir elədi.

– Görən, bu Əlimərdan niyə gəlib çıxmadı?

– Neyləyirdin Əlimərdanı?

– Hacı ilə görüşəcəkdi. “Həyat” adlı bir qəzet açmaq istəyirlər. 

Onu müzakirə etməliydilər. 

 Bir az keçmişdi, Əlimərdan bəy gəldi. 

Qızı Saranı qucağından yerə qoyaraq dedi:

– Hər vaxtınız xeyir! Qış elə bil təzədən qayıdıb…

Hənifə xanım:

–  Elədir,  amma  Həsən  deyir,  qorxulu  deyil,  “çillə-beçə”lər 

başlayanda belə qısa çovğunlar olur. 

Sara qaça-qaça babasının qucağına dırmaşdı. 

– Baba, gəldim mənə nağıl danışasan. 

– Eləmi, gözəlim, nənəm, körpəm. Elə indicə sənə gözəl-gözəl 

nağıllar danışacam. Biri vardı, biri yoxdu.

Əlimərdan bəy tez etiraz etdi:

– Sara, baba xəstədir, onu yorma, – dedi.

– Mərdan, Sara nənəmlə işin olmasın, – Həsən bəy də etiraz 

edib nağılı davam etdirdi. 

– Biri vardı, biri yoxdu, Sara adlı gözəl bir qız vardı. Onun 

Həsən  adlı  babası,  Hənifə  adlı  da  nənəsi  vardı.  Onların  iri  bir 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə