736
yov bizim qəzetə dövlət senzoru təyin olundu.
– Nə xoş xəbər, sağ ol, ay Hacı! Məni əməlli-başlı sevindirdin!
Biz ziyalılar sənin borcunu necə ödəyəcəyik?
– Canım, nə borc, nə filan. Sadəcə, həyatsevər ruslara rast
gəldiyinə görə bizim “Həyat”ın işləri düzəldi. Görünür, bəx ti-
ayaq üstəymiş, – Hacı müəmmalı-müəmmalı gülümsədi, çar mə-
murlarının rüşvətsevərliyinə örtülü işarə vurdu.
Bir neçə gün sonra Həsən bəy “Həyat”ın ilk nömrəsini əlinə
alanda sevincdən gözləri yaşardı. Qəzetin əsas devizi belə idi:
“Biz Rusiyanın təbəəsində yaşayan müsəlmanlar olaraq, dövlətin
iqtisadi, siyasi dəstəyi ilə, dinc şəraitdə, bütün xalqlar və dini
cərəyanlarla birlikdə bərabər şəkildə tərəqqi etmək istəyirik”.
Qəzetin baş yazısında bu mövzunu bir qədər də inkişaf et-
di rərək, müəllif göstərirdi ki, biz müsəlmanıq, bununla fəxr edi-
rik. Müsəlmanlar ölkə ərazisində yaşayan bütün digər din qar-
daş larımızın tərəqqisini arzu edir, onlarla bir arada, mehriban
qon şuluq şəraitində yaşamağa hazırıq. Dünyanın hansı guşəsində
yaşamasından asılı olmayaraq bütün xalqlar, din əhli bir-birinə
dost, qardaş olmalıdır, bir-birinin inkişafını, tərəqqisini, yüksəlişini
arzu etməlidir.
Məqalədə dini təfsirdən sonra müəllif milli mənsubiyyət
məsələsinə toxunaraq yazırdı: “Biz azərbaycanlılar həm də türkük,
buna görə də hər yerdə bütün xalqlara və bütün türklərə inkişaf,
tərəqqi, xoşbəxtlik arzu edirik”.
Bu fikirlərlə tanış olan Həsən bəy qəlbində yeni fikirli redaksiya
heyətinə dönə-dönə əhsən söyləyərək, qəzetin gələcəyinə ümidi
artdı.
Həsən bəy doktorun dediklərini etmək şərtilə, səhhəti yol
verdikcə “Həyat” qəzetilə yaxından əməkdaşlıq edirdi. O, qəzetin
vacib bir təbliğat vasitəsi olduğunu, şüurlarda böyük dəyişikliklər
yarada biləcəyini, insanların gündəlik həyatına ciddi təsir göstər-
mə sini nəzərə alaraq onun səhifələrində ara-sıra məqalələrlə
çıxış edir, öz müdrik və yaddaqalan tövsiyələrini verirdi. Həmin
yazılardan birində o yazırdı:
“Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz.
737
Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tapmadığından,
teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman
qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar
açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq.
Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim
yerlərdəki qonşularımız elmi təhsil edib günü-gündən irəli gedir,
bizim əlimizdə olan mülki-malımıza sahib olurlar və bir az vaxtdan
sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü
kirəkeşlik edəcəyik.
Belədə, nə qayırmalı? Hər kəsi çağırıram, gəlməyir, göstərirəm,
görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb
çağırmaqdan, onlara deməkdən başqa qeyri-əlac yoxdur. Olmaz
ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki,
bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə
ildən sonra o su tökülməkdən o bərk daş mirur ilə əriyib deşilir,
habelə söz də, ələlxüsus doğru söz, mirur ilə qanmazın başını
deşib onun beyninə əsər edər. Mən onları necə görüm və görmək
mümkündürmü? Hər kəs öz qara sandığının üstündə oturub onun
içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Amma
ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına
düşüb yox olduğunu görməyir və görmək də istəməyir.
Belədə, qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki,
kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman
mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın.
Hər ildə on qəzet oxuyandan biri oxuduğunu qansa, onların qədəri
ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu
axmağa qoymurdu rəxnə tapar və su mirur ilə bəndi uçurub aparar.
Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost görən doğru
yolun doğru olmağı aşkar olar”.
Həsən bəyin həmin dövrdə “Həyat” qəzetində “Cəmiyyəti-
xeyriyyə binası”, “Bakıda müsəlman teatrının binası”, “Dil və din”,
“Bizim nəğmələrimiz”, “Açıq məktub” kimi yazı və məqalələri
dərc olundu.
“Həyat” qəzeti və Həsən bəyin orada dərc olunan yazıları
tez-tez çayçılarda, yeməkxanalarda ucadan oxunurdu ki, bu da
738
çoxlarının, xüsusilə, dövlət məmurlarının xoşuna gəlmirdi.
Həsən bəyin altı yanvarda, beşinci nömrədə çıxan “Dil və din”
məqaləsini bir gənc “Çanaqqala” restoranında ucadan oxuyurdu:
“Zəmanəmiz elm zamanıdır və elm təhsil etmək hər tayfaya
vacibdir ki, zindəganlıq davasında, heç olmasa, özünü saxlaya
bilsin və belə elm təhsil etmək ilə tərəqqi edib irəli gedən hər tayfa
gərək iki şeyi bərk saxlasın ki, bu şeylər hər tayfanın dirəkləri hesab
olunurlar və onların tayfa olmağına səbəbdirlər. Bu şeylərin birisi
dil və birisi din və məzhəbdir. Elə ki bunların birisi əldən getdi,
tayfanın beli sınan kimidir. İkisi də gedəndə tayfa qeyri tayfalara
qarışır, yox olur. Çünki dil və məzhəb tayfanın ruhu kimidir.
Necə ki, ruh çıxanda bədəndən bircə nəş, yəni cəmdək qalır və bu
cəmdək mürur ilə cürüyüb yox olur, habelə dilsiz və məzhəbsiz
tayfa da gərək mürur ilə yox olsun. Pəs, hər tayfa elm təhsil edən
vaxtda gərək öz dilində və öz din və məzhəbində tərəqqi eləsin ki,
dünyada qala bilsin. Onlarsız tayfa olmaz.
Bu axır zamanacan biz Rusiyaya tabe olan müsəlmanların
işi çox yaman idi. Bir tərəfdən zindəganlıq davası ilbəil ki, şiddət
edirdi və bir tərəfdən də elm təhsil etmək yolu bağlanmış idi.
Çünki bizim öz milləti məktəbxanalarımız yox idi ki, orada öz
dilimizdə, öz məzhəbimizdə elm təhsil etmək olaydı və dövlət
tərəfindən açılan məktəblərdə rus keşişlərindən missionerlik
edənlərin məsləhəti ilə bizim dilimizi və adabi-şəriəti
174
oxutmağı
qadağan etmişdilər. Odur ki, bu məktəblərə gedən müsəlman çox
az idi və olmayan kimi idi, həqiqət, o zaman biz müsəlmanlar üçün
çox yaman keçirdi.
Bir tərəfdən zindəganlıq davası və bir tərəfdən dövlət tərə fin-
dən açılan məktəbxanalara gedib dil və məzhəbdən əl çəkməklə
zindəganlıq davasından qaçıb qurtarmaq olmaz. Ondan xilas olmaq
istəyən gərək dünyadan əl çəkib çəkilib bir guşədə otursun, bu da
ki, olmaz və olmayanda onun var-yoxu mürur ilə əldən çıxacaq.
Elm təhsil etmək ilə ondan ağıllı olanlar onları cürbəcür hiylə,
fəndlər ilə onun əlindən alıb, onu tez və ya gec müflis və ya möhtac
174
Şəriət ədəbləri (qaydaları)
Dostları ilə paylaş: |