733
zülm edib ki, ayağımın altında nə qədər əzsəm ürəyim soyumaz.
Qonaqlar gülüşdülər.
Həsən bəy:
– Mənə nə qədər zülm etsələr də, sizin hər biriniz oxuyub Vətə nə
qayıtdıqca canımdan o əzabları çıxardınız. İndi onu de mək istəyirəm
ki, hər hansı yolla maneçilik etsələr də, qurultayı keçirməlisiniz.
Səhəri gün Əlimərdan bəy, Şəmsi Əsədullayev, Əhməd
Ağayev, Fərrux Vəzirov və başqa azərbaycanlı ziyalılar Rusiya
müsəlmanlarının ümumi qurultayında iştirak etmək üçün Nijni
Novqoroda yola düşdülər.
Axşam İsmayıl bəy Qaspıralı, Yusif Akcura, Rəşid bəy
İbrahimov, Musa Bigeyev
171
, Fateh Kərimi, Səid Girey Alkin,
Abdulla Apanay, Molla Əli Yanşevin “Germaniya” restoranında
qurultayın izin və təşkilat məsələsini müzakirə etdilər. Bəlli oldu
ki, imperator dəftərxanası müsəlmanların ümumi qurultayının
keçirilməsi iznini ləğv edib.
– Bir şey düşünmək lazımdır, – İsmayıl bəy Qaspıralı qayğılı
halda dilləndi.
Əlimərdan bəy:
– İsmayıl bəy, sizə bir şey desəm, inanarsınızmı? Həsən bəy
uzaqgörənliklə belə ola biləcəyini də nəzərə almağımızı demişdi.
Hər halda, sabah bir də müraciət edək, görək nə olur.
İsmayıl bəy:
– O Həsən bəydir, ustaddır. O, hər şeyi bilər.
Rusiya hökuməti izin verməməkdə israrlı idi.
Əlimərdan bəy:
– İsmayıl bəy, dostum, heç kədərlənmə, mənim ehtiyat bir
planım var. Bir gəmi kirayələyək, gəzinti adıyla çay boyu üzə-üzə
həm qurultayımızı keçirərik, həm səyahət edərik.
Sözləşdikləri kimi qurultay nümayəndələri 15 avqust 1905-
ci ildə Makarya limanından “Gustav Struve” gəmisilə Oka çayı
172
171
Musa Bigeyev – Ümumrusiya Mərkəzi bürosunun, müsəlmanların mərkəzi
icra komitəsinin üzvü, dövrünün tanınmış ziyalısı
172
Oka
–
Rusiyanın Avropa hissəsində çay, Volqa çayının ən iri qolu
734
boyu üzərək çox işgüzar bir şəraitdə on üç saat ərzində Rusiya
Müsəlmanlarının I Qurultayını keçirməyə başladılar.
Quran oxunduqdan sonra İsmayıl bəy Qaspıralı qurultayı açıq
elan etdi: “Tarix yazmaq, ümmətə və millətə öz qəhrəmanlığını
sübut etmək həmişə böyük cəsarət tələb edib. Bugünkü tarixi
yaradanlar dövrümüzün ən cəsarətli adamlarıdır, min illər keçəcək,
tarixçilər bu haqda yazaraq bizləri yeni nəsillərə tanıdacaqdır”.
Çıxış edənlər dini həmrəyliyin olmadığı yerdə müsəlmanların
həmişə bəlalarla üzləşəcəklərini, haqlarının pozulacağını söylədilər.
Sonralar Əlimərdan bəy bu qurultay haqqında: “Nə qurultay
canım, biz sular padşahına qonaq getmişdik,” – deyə zarafat edərdi.
Bütün Bakı ziyalıları, o cümlədən Həsən bəy l Rusiya Ümum-
mü səlman qurultayının nümayəndələrini səbirsizliklə gözləyirdi.
Əlimərdan bəy həmişə üç-beş günlüyünə bir yerə gedəndə
Pərisoltan uşaqları – Ələkbəri, Saranı və Rəşidi də götürərək ata sı-
gi lə gələrdi. Həsən bəy belə günləri nəvələrilə keçirərək əsl bayram
edərdi.
Hənifə xanım da hiss edirdi ki, Həsən bəy nəvələrilə özünü
çox xoşbəxt və rahat hiss edir. O, öz uşaqlarına göstərdiyi ciddiliyi
Ələkbərə, Saraya, Rəşidə qarşı göstərə bilmirdi. Həsən bəy onlarla
uşaq kimi oynayırdı. Bir gün Sara onun “Kaspi” üçün yazdığı mə-
qa lənin üzərində at, it şəkli çəkmişdi. Hiss olunurdu ki, Həsən bəy
hirs lənib, amma Saraya bir söz deməyə ürəyi gəlmir. Deyir ki, Sara,
qızım söz ver ki, bir də belə etməyəcəksən... Sara da ona cavab verir
ki, baba sən söz ver ki, bir də belə etməyəcəksən. “Yazıq Həsən,
gəl indi bu balaca şeytanla bacar görüm, necə bacarırsan,” – deyib
gülərdi.
Əlimərdan bəy və dostları Bakıya avqustun iyirmisi gecəyarısı
gəlib çıxdılar. Səhər tezdən bütün nümayəndələr yenə Həsən
bəy gilə yığışdılar. Olub-keçənləri bütün təfsilatı ilə Həsən bəyə
danışdılar.
Həsən bəy:
– Sizə çox ümid bəsləyirdim, şükürlər olsun! Bilirdim ki,
oradasınızsa, deməli, hər şey qaydasında olacaq. Dünən Hacı
Zey nalabdinlə bu qurultay haqqında söhbət edirdik. Hacı deyir,
735
mənfur ermənilərlə olan məsələdə Vorontsov-Daşkovun Bakıya
gəlişinə ilk növbədə Əlimərdan bəyin Tiflisə səfəri və onunla orada
apardığı söhbət təsir göstərib. Onun fikrinə görə, Bakı kəndlərinin
köçürülməsi ilə bağlı erməni sənayeçilərinin müraciətlərinin ləğv
edilməsi də birbaşa Əlimərdan bəyin xidməti hesab olunmalıdır.
Əlimərdan bəy:
– Bilirsiniz də, Bakı kəndlilərindən ibarət “Zemstvo”nun
173
yaranmasından sonra ermənilərin köpü xeyli alınıb. Elə bil yasa
batıblar.
Həsən bəy:
– Əlbəttə, güc birlikdədir. İndi Bakı kəndliləri onlarla bağlı
hər şeyi özləri müzakirə edib birgə fəaliyyət göstərirlər.
* * *
Həsən bəyin səhhətində yaranmış narahatlığa görə müayinə
etmək məqsədiylə Bakıya dəvət olunmuş doktor şənbə günü
gəldi. O, xəstənin sonrakı ömrünün əsas şərti olaraq bütün gərgin
və stresli iş-gücdən ayrılaraq sakit bir şəraitdə dincəlməyi, təbiət
qoynuna çəkilərək qalan ömrünü rahat yaşamağını tövsiyə etdi.
Bir müddət evdəkilər onu doktorun ciddi tövsiyələrinə əməl
etməyə məcbur edə bildilərsə də, səhhəti yavaş-yavaş düzəldikcə
Həsən bəy yenə də fəal yaradıcılığa başladı.
İyun ayının 6-da “Həyat” qəzetinin açılışı münasibətilə ziyafət
keçirilirdi. Ziyafətdə Quberniya qazısının sədri, Bakı milyonçuları,
tacirlər, yerli və Tiflisdən gəlmiş ziyalılar iştirak edirdi. Ziyalılar
Hacı Zeynalabdin bəyə qəzetə göstərdiyi maliyyə dəstəyinə görə
təşəkkür etdilər.
Mərasimdə Hacı, Həsən bəyə yaxınlaşaraq onu salamladı,
sevincək bir xoş xəbər verdi:
– Həsən bəy, bilirsənmi, “Həyat”ın dövlət senzoru kim oldu?
– Yox.
– Hər ikimizin dostu. Quberniya idarəsinin katibi Ataman bə -
173
Zemstvo – 1864-1919-cu illərdə Rusiyada yerli idarəetmələrin seçki orqanı
Dostları ilə paylaş: |