753
Bakı, 1907-ci il
Müəllimlərin qurutlayındakı qanqaraçılıqdan sonra səhhəti
bir qədər də pozulmuş Həsən bəy qurultaydan bir neçə ay sonra
ilk dəfə idi, iş masasına yaxınlaşırdı. O, masada yenicə nəşrini
dayandırmış “Füyuzat”ın son nömrəsini görüncə qeyri-ixtiyari
məcmuədən baş mühərririn yardımçısı Məhəmməd Hadinin şerini
dodaqaltı söyləməyə başladı:
Varmı bundan yuxarı uçmağa istedadım,
Qabiliyyət pərimə zəxm vurub ustadım.
Oxumaqçün nə qədər dadü-fəğan etdimsə,
Olmadı zərrə əsərbəxş şu istibdadım,
Dağa dersən eşidir, sonra verir əksi-səda,
Daşa dönmüşlərə kar eyləmədi fəryadım.
Olmadan naili didar əməl qəbrə girər,
Eşqi-şirini-ümid ilə yazıq Fərhadın.
Acizəm tərcümeyi-halimi təhrirə, səbəb
Doludur təlxi-həqiqətlə dili-naşadım.
“Heyif “Füyuzat”dan, çox heyif,” – söyləyə-söyləyə otaqda
gəzişən Həsən bəy arzusuna çatmayan uşaq kimi ağlamağa bəhanə
axtarırdı sanki... Onun anadilli mətbuat arzularının ümid yeri idi
“Füyuzat”. Füyuzatçı şair Məhəmməd Hadini də həddən artıq çox
istəyirdi Həsən bəy.
Bu an Hənifə xanım yataqdan qalxmış Həsən bəyin ardınca
onun iş otağına daxil olaraq dedi:
– Həsən, sən yenə iş otağına girdin, indi nə etmək istəyirsən?
Deyəsən, bu dəfə gəmilərin Xəzərdə batıb, malla-qızılla bir yerdə, –
Hənifə xanım zarafata salaraq onuv iş otağından uzaqlaşdırmaq istədi.
– Yox, Hənifə, kaş elə gəmim bataydı, bu dəfə batan mənim
754
son ümidimdir. “Füyuzat”ı deyirəm, o da bağlandı. Mən yataqda
olduğum müddətdə Əli bəyin burada dərc olunan məqaləsini
oxuyurdum. Sən bilirsən də, Əli bəy nə qədər dəyərli ziyalıdır. O,
bizim bəzi təhsilli gənclərdən fərqli olaraq ciddi, hay-küydən uzaq,
dərin savada, istedada malik, özü də irfan düşüncəli bir adamdır.
Gənc türklərin imperiya düşüncələrini aydınlatdığına və onlar
arasında cümhuriyyətçilik ideyaları təbliğ etdiyinə, insanlara öz
milli-vətəndaş haqlarını anlatdığına görə Əbdülhamid
180
rejimi Əli
bəyi təqib etmişdi. Amma zaman keçəcək, türk insanı Əli bəyin
türklük üçün etdiklərini layiqincə qiymətləndirəcək. Onu “Rəsulu-
həqq”
181
adlandıranlar ona layiq olduğu dəyəri verdilər.
Əli bəy indi də nə müddət idi, ideoloji baxışlarını, azərbay can-
lıların gələcəyi ilə bağlı düşüncələrini sistemli şəkildə “Füyuzat”da
dərc etdirirdi. Məncə, bütün vətənpərvər insanlar, milli düşüncəli
gənclərimiz Əli bəyin istedadından bəhrələnməli, ondan öyrən mə-
lidir. Onun gələcək Azərbaycan haqqındakı düşüncələri əsl milli
ideologiyadır, özü də təkcə bizim üçün yox, həm də bütün türklər üçün.
O ki qaldı “Füyuzat”a, o bütün müsəlman-türk dünyası üçün
önəmli bir tribun idi. Xüsusən də, türkçülük üçün.
İndi sən də mənə deyirsən, gəmin batıbmı? Bəli, batıb. Gör
bu “Füyuzat” bağlanmasaydı, gələcəkdə nələr edəcəkdi. Milli mət-
buatımıza yeni bir üslub – romantizm üslubunu gətirmişdi, öz ətrafına
bu ruhda olan istedadlı gəncləri toplayaraq inamla irəliləyirdi.
Hənifə xanım:
– “Füyuzat”da tez-tez məqalələrlə çıxış edən bir neçə imzanı
tanıyıram, onlar “Səadət” cəmiyyətinin açdığı məktəbdə müəllim
işləyirlər. Çox da savadlı, dünyagörüşlü gənclərdirlər.
– Hə, sən yəqin ki, Fərhad Ağazadəni,
182
Terequlov
180
Sultan II Abdulhəmid
–
1876-1908-ci illər Osmanlı imperatoru
181
Əli bəy Hüseynzadəni Abdulla Cövdət bu cür adlandırmışdır. Ona istinadən
başqaları da zaman-zaman Əli bəy haqqında bu ifadəni işlətmişdir. (
Abdulla
Cövdət (1869-1932) – Türkiyədə məşhur həkim, şair və jurnalist. İsveçrədə,
Qahirədə və İstanbulda “İctihad” (“Cəhd”) adlı jurnal nəşr etdirmişdir
)
182
Ağazadə Fərhad Məşədi Rəhim oğlu (təxəllüsü Şərqli) (1880-1931) —
Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu
(1900), əlifba islahatçısı, mətbuat tarixçisi, publisist
755
qardaş larını,
183
Üzeyir və Ceyhun Hacıbəyovları, Mirzə Qədir
İsma yıl zadəni nəzərdə tutursan. Bəli, onlar mütərəqqi düşüncəli,
təhsilli insanlardırlar və həmin məktəb də elə onlara görə qısa
müddətdə inkişaf edərək fərqləndi.
Hənifə xanım:
– Yaxşı, Həsən, bəsdir bu düşüncələrlə özünü yordun. Sənə
nə çox danışmaq, nə də ki düşünmək olar. Bayaqdan az qala mənə
bir dastan danışmısan. Özün də deyirsən yaddaşım korlanıb, bəs
bunları necə yadında saxlamısan?
Həsən bəy zarafatından qalmadı:
– Bunları başımın yox, könlümün yaddaşına yazmışam,
Hənifə. İndi də istəyirəm bir az başımı dincə qoyub ürəyimlə
işləyim. Səncə, necə olar?
– Vallah, yenə eyni şey alınacaq. Səni anan dünyaya millətin
dərdini çəkmək və hamının əvəzindən işləmək üçün gətirib.
İstəyirsən başınla, istəyirsən də ürəyinlə olsun, heç bir fərq etməz.
– Onda gərək dincəlmək, yaddaşı bərpa etmək üçün bəzi
şeyləri də sən düşünəsən.
Hər ikisi bu zarafata ürəkdən güldülər.
* * *
1907-ci ilin mart ayının ikinci çərşənbəsində Əlimərdan bəy
Həsən bəyə baş çəkməyə gəlmişdi.
– Axşamınız xeyir, çərşənbəniz mübarək!
– Səninlə bahəm! – Həsən bəy yerindən dikələrək cavab verdi.
– Bəs uşaqlar hanı?
– Babası, onlar gəlib səs-küy salırlar, sizi narahat etmək istə-
mədim.
– Sən də söz tapdın deməyə. Mənim dərmanım elə bu
uşaqlardır, onları da gətirməmisən.
– Peterburqa gedəcəyəm, bir neçə gün sonra orada Duma
Şurasının toplantısı olacaq. Bizim Bakı Dumasının bir neçə üzvünü
dəvət ediblər. Getməmişdən gəldim yolüstü sizə də baş çəkim, –
183
Hənəfi Terequlov və Əli
Terequlov nəzərdə tutulur.