Sonuncu ensiklopediya Layout qxd



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə11/142
tarix15.03.2018
ölçüsü5,04 Kb.
#31914
1   ...   7   8   9   10   11   12   13   14   ...   142

beyətidir.  Bununla onlar, müsəlmanları
Məkkəyə ziyarətə buraxmayan bütpərəstlərə
qarşı son damla qanlarına qədər vuruşmaq
əzmində olduqlarını bildirmişdirlər. Bu
hadisə hicrətin 6-cı ilində baş vermişdir. O
zaman Məhəmməd peyğəmbərin başçılığı al-
tında,  ziyarət məqsədi ilə Məkkəyə doğru
yola çıxmış müsəlmanların yolunu məkkəli
yaraqlılar kəsmişdirlər. Buna görə müsəl-
manlar, Hüdeybiyə adlı bir yerə çəkilərək,
bütpərəstlərlə danışıqlar aparmaq üçün
Məkkəyə  Osman ibn Əffanı göndərmişlər.
Bütpərəstlərin onu öldürdüklərini sanmış
müsəlmanlar peyğəmbərin yanına gəlib bir
ağacın altında ona beyət etdilər. Ancaq, Os-
manın geriyə qayıdışından sonra, müsəlman-
larla bütpərəstlər arasında 10 illik Hüdeybiyə
sülhü bağlanmışdır. 
BEYTÜL-İZZƏT – rəvayətlərə görə Al-
lahın Ramazan ayında Quranı tam olaraq
endirdiyi xüsusi bir yerdirİslam əqidəsinə
görə Beytül-İzzət kainatın yüksək yerində
yerləşən, insan ağlı ilə dərk edilməyən yerdir.
Buradan  Cəbrayıl mələk  ayələri aramla
Məhəmməd peyğəmbərə nazil etmişdir. 
BEYTÜL-MAL – İslam dövlətində xəz-
inənin saxlanıldığı və qorunduğu bir yerdir.
Bu söz ilk dəfə xəlifə Ömərin hakimiyyəti
dövründə istifadə edilməyə başlamışdır.
İslam ordusu yeni torpaqları ələ keçirdikcə
müxtəlif vergilər tətbiq edilirdi. Bu vergi və
müharibələr zamanı əldə edilən qənimətlər
Beytül-Mala toplanırdı. Beytül-Mala gəlirlər
əsasən Zəkat, Üşr, Cizyə, kimi vergilərdən və
savaşlar zamanı əldə edilmiş qənimətdən
toplanırdı.  Zəkat və  üşr vergisindən əldə
edilən gəlirlərin Beytül-Malda xüsusi yeri
var idi. Onlar Quran ayəsində (9: 60) vurğu-
lanan insanlar arasında bölüşdürülürdü. Bun-
lar yoxsullar, miskinlər, zəkatı yığanlar, iman
gətirib hələ kamil mömin olmayanlar, azad
ediləcək kölələr, borcu ödəməyə imkanı ol-
mayan borclular, Allah yolunda cihad edən-
lər və səfərdə olanlardırlar. Qənimətin alın-
ması barədə də Quranda (8: 41) ayə vardır.
Mədənlərdən alınan vergilər yoxsul, yetim və
pulları olmayan yolçulara verilməlidir. Xərac
və cizyədən əldə edilən gəlirlər isə ordunun
saxlanılmasına, sağlamlığın qorunmasına,
təhsilə, eləcə də körpülərin, yolların, kanal-
ların və s. kimi ölkə əhəmiyyətli obyektlərin
inşasına xərclənməlidir. 
BEYTÜL-MƏMUR  –  mələklərin qi-
bləsi, göylərdə mələklərin davamlı olaraq
təvaf etdikləri bir məkandır. Rəvayətlərə
görə, burada hər gün yetmiş min mələk
namaz qılır. Bir dəfə namaz qılana, ikinci
dəfə sıra gəlməz. Beytül-Məmur göyün
üçüncü, altıncı və ya yeddinci qatında yer-
ləşir. Onun oradakı dəyəri Kəbənin Yer
üzündəki dəyəri kimidir.
BƏDƏVİ ƏHMƏD – bax:
BƏDƏVİLƏR.
BƏDƏVİLƏR –  çöl və ya səhrada
yaşayan köçəri ərəblərdir. Onlar əsasən
səhrada və vadidə yaşayırlar. Məhəmməd
peyğəmbərin dövründə  Mədinə ətrafında
yaşayan Müzeynə, Cüheynə və Əsləm kimi
bədəvi ərəb qəbilələri müsəlmanlarla
savaşaraq onların əsasən ticarət karvanlarını
qarət edərək günlərini keçirirdilər. Məhəm-
məd peyğəmbərin səyləri nəticəsində bədəvi
Ərəblər İslamı qəbul etmişdirlər.
BƏDƏVİLİK –  sufi təriqətlərindən
birinin adıdır. Onları “əhmədilər” də ad-
landırırlar. Bu təriqətin adı Əhməd Bədəvi
(675/1276-cı ildə vəfat etmişdir) ilə bağlıdır.
O, Fəsdə (Mərakeşdə) doğulmuşdur. O, öncə
təfsir, hədis və fiqh elmlərini öyrənmiş, sonra
sufi yolunu seçmişdir. Əbdülqədir Gilaninin
və  Əhməd Rifainin məzarlarını  ziyarət et-
mişdir. Onun şeyxi tanınmış sufi Bədrəddin
23
BƏDƏVİLİK


Həsən Məğribi olmuşdur. Əhməd Bədəvi
həyatının çoxunu Misirin  Tanta şəhərində
keçirmişdir. Hal-hazırda onun məzarı həmin
şəhərdə yerləşir. Görkəmli Məmlük Sultanı
Bəybars ona bir alim kimi böyük hörmət bəs-
ləmişdir. Bədəvi təriqətinin kitabları
günümüzə qədər gəlib çatmışdır. 
Bədəvilik şazililikdən sonra Misirdə ən
geniş yayılmış ikinci təriqət olmuşdur. Bu
təriqət ölkənin ictimai həyatında böyük
əhəmiyyətə malik olmuşdur. Ancaq,
Misirdən kənar yerlərdə az yayılmışdır. 
Bədəviliyin mənəvi silsiləsi Əli ibn Əbu
Talibə  uzanır. Bu təriqətin dərvişlərinin
xirqələri və başqa simvolları qırmızı rəngdə
idi. Qırmızı sarğı onların baş örtüyündə də
əks olunurdu. İlk dövrlərdə bu təriqətin zikr-
ləri səssiz olmuş, ancaq sonra onlar zikrlərini
ucadan səsli olaraq oxumuşlar. Sufilər zikr-
lərini ayaq üstə və ya oturaraq trans (vəcd)
halında olaraq edirdilər. Təriqətin ən böyük
bayramı, Əhməd Bədəvinin Zülhiccə ayının
sonuncu həftəsində qeyd edilən doğum
günüdür. 
BƏDİUZZAMAN – bax: NURSİ SƏİD.
BƏDR –  Məkkə ilə Mədinə arasında
yerləşən yerdir. Hicrətin ikinci ilində müsəl-
manlar ilk dəfə məkkəli müşriklərlə Bədrdə
müharibə etmişlər. Tarixdə bu müharibə Bədr
savaşı olaraq bilinir. Bu savaşda müşriklərin
sayca çox olmalarına baxmayaraq müsəl-
manlar qalib gəlmişlər. Bu döyüşün sonrakı
İslam tarixi üçün böyük əhəmiyyəti olmuş-
dur. Bədr döyüşü Quranda  (3: 13) da
anılmışdır. 
BƏHAİLİK – babiliyin dini prinsipləri
üzərində qurulan yeni dinin adıdır. Babilər
hərəkatı yatırılan zaman (1852) Babın
davamçısı Mirzə Hüseyn Əli - Bəhaullah
(“Allahın Cəlalı”) həbs olunmuşdur. Sonra
isə həbsxanadan İraqa sürgün edilən Mirzə
Hüseyn Əli - Bəhaullah Bağdadda 1863-cü
ildə özünü Babın vəd etdiyi “ilahi zühur”
olduğunu bəyan etmiş və ona Tanrıdan yeni
ilahi  vəhyin nazil olduğunu bildirmişdir.
Ədirnədə və Əkkada həbsdə olarkən o,
Avropa hökmdarlarına məktub yazaraq on-
ları yeni dini tanımağa çağırmışdır. 
Bəhaullah Babın təlimini inkişaf etdirmiş,
bəhailiyin əsaslarını “Kitabi-Əqdəs” kita-
bında və başqa yazılarında işıqlandırmışdır.
Lakin, başda Sübhi-Əzəl olmaqla babilərin
kiçik qrupu ona qarşı çıxmışdırlar. 1868-ci
ildən etibarən Bəhaullahı “ilahi zühur” kimi
qəbul edənlər “Bəhai”, onu qəbul etməyənlər
isə “Əzəli” adlanırdılar. Bəhailər Əkka və
Hayfaya, əzəlilər isə Kıbrıs (Kipr) adasına
sürgün olunmuşlar. Bəhailər sonralar Avropa,
Amerika, Afrika və Okeaniya adalarına
yayılır, əzəlilər isə vaxt keçdikcə azalaraq
yox olmuşlar. Babilərdən fərqli olaraq, Ba-
hailər hər cür siyasi mübarizənin, qarşıdur-
manın əleyhinədirlər. Öz ideyalarını dinc
yolla təbliğ etməkdədirlər. Bu gün Bəhailər
öz dini təlimlərini milli, dini, irqi ayrıseçki-
likləri aradan qaldıran humanist dəyərlər sis-
temi kimi dəyərləndirirlər. 
Bəhaullah 40 il məhbus və sürgün həy-
atını yaşadıqdan sonra 1892-ci ildə dünyasını
dəyişmişdir. Ölümündən əvvəl o, böyük oğlu
Əbdül-Bəha Abbası “Əhdin Mərkəzi” təyin
etmişdir. Əbdül-Bəhanın dövründə Bəhailik
artıq dünyanın 37 ölkəsində yayılmışdır.
Əbdül-Bəha 1921-ci ildə ölmüş və onun
vəsiyyətinə uyğun olaraq Bəhailərin rəhbər-
liyi nəvəsi Şövqi Əfəndiyə (1897 – 1957),
1963-cü ildən isə kollegial təsisat olan “Uca
Ədalət Evinə” (UƏE) verilmişdir. UƏE-nin
rəsmi iqamətgahı İsrailin Hayfa şəhərində
yerləşməkdədir.
Bəhailiyə bu gün dünyanın 234
ölkəsində yaşayan 7 milyondan çox insan
inanır. Bu dinin ardıcılları qadın və kişi
bərabərliyinə, dünyanın təbii sərvətləri
üzərində beynəlxalq nəzarətin olmasına,
24
BƏDİUZZAMAN


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə