55
N A D İ R Ş A H Ə F Ş A R
uşaq yenə də titrəyirdi. Bəlkə də əməlli-başlı soyuq-
lamışdı...
Bir azdan İmamqulu kişi balaca Nadirin əllərin-
dən tutub ayağa qaldırdı:
– Alataş
1
etdin özünü. Dur, kəhərə min, oğlum,
azarlayarsan...
Balaca Nadir sol ayağını üzəngiyə qoyub, atın beli-
nə qalxdı. Atası eniş qurtarana kimi atın yüyənindən
tutub, pay-piyada getdi. Uşağı yuxu aparmasın deyə
hərdən oradan-buradan söhbət edirdi:
– Bala, bir gün dəvədən soruşdular ki, ey Allahın
heyvanı, eniş yaxşıdır, yoxsa yoxuş? Dəvə də cavab
verdi ki, əgər belində yük varsa, lənət olsun ikisinə
də!
İmamqulu kişi bunu deyib, yorğunluqdan taqət-
siz halda atın üstündə oturmuş oğluna baxdı. Sonra
söhbətinə da vam etdi:
– Hə, ay bala, burası da var ki, atalar demişkən, in-
san əməyi, peyğəmbər ətəyi… İnşallah, bir azdan evi-
mizə çatarıq, isti süd içərsən, ananın bişirdiyi əvəlikli
umacdan, ya da lobyalı əriştədən yeyib, rahat yorğan-
döşəkdə yatarsan, yorğunluğun çıxar. İnşallah, saba-
ha yaxşılaşarsan...
Onlar – ata-bala ilxının arxasınca düşüb ağır-ağır
enişin axırına yaxınlaşırdılar. Lap arxadan gələn itlər
ləhləyə-ləhləyə qulaqlarını şəkləyib, ora-bura boyla-
nırdılar.
At üstə oturan balaca Nadiri yuxu aparırdı. Ancaq
o özünü güclə də olsa, saxlayırdı.
1
Alataş – əldən düşmək, hədsiz yorulmaq mənasındadır.
56
S O N U N C U FAT E H
Pələnglə Bəbirin müşayiəti ilə ilxı ağır-ağır kələ-
kötür cığırla Xorasanın ucsuz-bucaqsız yarımsəhra-
larına doğru irəliləyirdi.
İlxı tox idi və artıq parçalanıb dağılan buludların
arxasından bərq vuran qürub günəşinin tünd qırmızı
şəfəqləri altında başlarını yüngülcə tərpədə-tərpədə
irəliləyirdi.
Atın yəhərində mürgüləyən bu balaca oğlan bu
gün taleyin imtahanından üzüağ çıxmışdı; sabah
bu əhvalatın bütün Xabuşan mahalına necə yayıla-
cağı, özündən böyük-kiçik uşaqların ona həsədlə
baxacaqları, kişilərin sübh çağı öz atlarını gətirib,
ilxıya qatarkən onu nəvazişlə qucaqlayıb şəninə tə-
rif yağdıra-yağdıra alnından, üzündən öpəcəkləri
ba rədə şirin düşüncələrə qərq olmuşdu. Düşüncələr,
xəyallar öz yerində, amma onun öyünməyə haqqı da
vardı: həmyaşıdlarından fərqli olaraq, o, mədrəsəyə
– molla yanına getməsə də, həyat məktəbində – gü-
ləşdə, at çapmaqda, ox atmaqda, alver işlərində çox-
larından fərasətli idi. Balaca Nadir əvvəllər dönə-
dönə atası ilə, sonralar isə özündən kiçik qardaşı
İb rahimlə Məşhədi-müqəddəsə gedib, ilxılarındakı
atlardan satmış, qiymət və pul məsələlərini həll et-
mişdi. Bazarın yaşlı qəssab və un, şəkər, sabun satan-
ları bu balaca oğlanın diribaşlığından təəccüblənərək
haqq-hesabı həmişə düz aparırdılar. Həmyaşıdlarına
gəldikdə isə, nəinki kənddəki tay-tuşları, hətta Məş-
həddəki yaşca ondan böyük oğlanlar da onun ba-
şına yığışardılar və heç kimin onun bir sözünü iki
eləməyə cürəti çatmazdı, əksinə, kənddə dirədöymə,
57
N A D İ R Ş A H Ə F Ş A R
çiling ağac, əlməndə oyunları zamanı hamı çalışardı
ki, onun dəstəsində olsun. O öz çevikliyi ilə də hamı-
nı valeh edərdi…
On iki yaşlı Nadirin itlərin köməyi ilə ilxını uçuru-
ma tökülməkdən xilas etməsi görünməmiş hadisə idi.
Axşamüstü bu əhvalat ildırım sürətilə hər yana yayıl-
dı. Kənd ağsaqqalları dəstə-dəstə Nadirgilə gəlir di-
lər. Hərə ona bir şey bağışlayırdı. Biri məxmər köy-
nək, biri naxışlı başmaq, biri qırmızı çəkmə, biri ilməli
yun corab, qoyun-quzusu çox olanlar quzu, hətta
xalça və qızıl sikkə hədiyyə edənlər də vardı. Arvad-
lar da halva, qoğal, paxlava və başqa şirniyyatlardan
pay gətirirdilər. Zarafat deyil, onun sayəsində, bütün
kənd əhlinin atları xilas olmuşdu.
Birdən həyətdə səs-küy eşidildi. Hamı çölə çıx-
dı. Gələn kor qocaya el içində hamı sehrkar Həsənəli
baba deyirdi. O evə gircək:
– Hanı o uşaq? – dedi və əllərini irəli uzatdı.
İmamqulu kişi balaca Nadiri ona sarı apardı. Göz -
lərindən yuxu tökülsə də, o, sehrkar qocanın qaba-
ğında şax dayandı. Hamı səssiz-səmirsiz, hələ indiyə
kimi bir sözü də yalan çıxmayan sehrkar Həsənəli nin
nə deyəcəyini gözləyirdi. O, əlləri ilə nəsə axtarır mış
kimi uşağın üzünü, sonra isə başını və alnını xeyli sı-
ğalladıqdan sonra:
– Hamınız çıxın, – dedi. – Burada təkcə İmamqu lu
kişi qalsın.
Evdəkilər bir-bir çölə çıxdılar. Yorğunluqdan, az
qala, gözləri yumulan balaca Nadir bu əhvalatın nə
vaxt qurtaracağını səbirsizliklə gözləyirdi. Nəhayət,
58
S O N U N C U FAT E H
torpaq döşəməli otaqda balaca Nadir, atası və sehrkar
Həsənəli qaldı.
Sehrkar Həsənəli dedi:
– İmamqulu kişi, vay halına, sənin bu oğluna cəmi
Xorasan azlıq edəcək.
O an İmamqulu kişi alnını ovuşdurub, fikrə qərq
oldu və gədikdə gördüyü yuxunu xatırlayıb, gah
oğluna, gah da sehrkar Həsənəliyə baxdı. Ürəyin-
də: «Bəlkə bu kişi bayaq uşağın dağa-daşa səda sa-
lan «Mən şah olacağam!» kəlməsini eşidib, başılovlu
özünü bizə yetirib?! İndi bittə-bittə hər nə var öy-
rənmək istəyəcək...». Sehrkar Həsənəli isə daxma nın
bir küncünə çəkilib sanki öz-özünə:
– Bu uşaqda bağlı düyünləri açan iradə var… –
deyib dodağının altında mızıldandı. – Amma gərək
yaxşı günlərində belə, ruzigarın pis gərdişini unut-
masın! Yəni bəxti gətirsə də, gətirməsə də, bədbəxtliyi
yaddan çıxarmasın…– Sonra səsini qaldırıb ucadan:
– Hə, hə, bimürvət fələyin qəhrini, xoşbəxt ikən
bədbəxtliyi gərək yaddan çıxarmasın!
İmamqulu kişi əllərini göyə qaldırdı:
– İlahi, səndən gözlərimə nur istəmirəm, oğulları-
ma ağıl ver, güc-qüvvət ver, onları bütün bəlalardan
hifz elə! İlahi, nəzərini, kəramətini onların üstündən
əskik eləmə!..
XƏYALLARIN QAPISINDA
…Bu çağacan Allah onu çox bəlalardan hifz elə-
mişdi. Ata-anasının xeyir-duaları müstəcəb olmuş-
Dostları ilə paylaş: |