669
N A D İ R Ş A H Ə F Ş A R
Sui-qəsdin təşkilatçıları Nadir şahın özü ilə gəz-
dirdiyi varidatını zəbt edib, sonra hərəmlərinin ça -
dırlarına soxuldular, onların üst-başlarındakı, bo yun-
boğazlarındakı qiymətli əşyaları aldılar. Son ra Nadir
şaha yaxın olan üç nazirin çadır larını ələk-vələk elə-
dilər, yalnız Həsənəli bəy Müəy yir ül mə ma likə rəhm
edib, digərlərini qəd dar ca sı na qətlə ye tirdilər.
Çox çəkmədi ki, Nadir şahın ən çox etibar etdi-
yi gözətçilərdən ibarət süvari alayının başçısı, əfqan
sərkərdəsi Əhməd xan Əbdal öz dəstəsilə sui-qəsdçi
əfşarların üstünə hücum etdi. Düşərgədə olan özbək
döyüşçüləri də əfqanlara qoşuldular. Qoçu bəy Əfşar
əlinin işarəsilə onları saxladı. Və onunla Əhməd xan
Əbdal arasında bir xeyli mübahisə oldu. Lakin bu
mübahisə heç bir fayda vermədi, qızılbaşların sayca
çox olmasına baxmayaraq, əfqanlar döyüşə-döyüşə
Cukinin çadırına soxuldular.
Nadir şahın başı kəsilmiş bədənini görəndə, əlləri
yanlarına düşdü. Daha bundan sonra yanıb-yaxılmaq
faydasız idi. Döyüşə-döyüşə geri çəkilən Əhməd xan
Əbdal zabitlərinə:
– Qəndəhara dönürük! – deyə əmr etdi.
Yolda Nadir şahın düşərgəsinə sarı Pəncabdan
gələn xəzinə yüklü karvanın qabağını kəsdilər.
Karvanbaşının Nadir şahın ölümündən xəbəri
yox idi.
Əhməd xan Əbdal xəzinəni ələ keçirib, öz alayı ilə
Qəndəhara yollandı...
670
S O N U N C U FAT E H
EPİLOQ
adir şah Əfşarın həyatına son qoyan həmin
dəhşətli gecə belə qəmli və acınacaqlı mən-
zərə ilə başa çatdı, amma ölkədə qanlı qır-
ğınlar, faciələr bitib-tükənmək bilmədi.
Əliqulu xanın göndərdiyi qoşun Kəlat
qalasını mü hasirəyə aldı.
Nadir şahın ölüm xəbərini eşidən kimi oğlanları
Nəsurulla xan, İmamqulu xan, on dörd yaşlı nəvəsi
Şahruh Mirzə ata minib, Mərvə sarı getdilər. Amma
çox çəkmədi ki, onların üçünü də tutub, Kəlat qalası-
na gətirdilər.
Əliqulu xanın göstərişi ilə Şahruh Mirzə ana tə-
rəfdən Səfəvi sülaləsindən olduğu üçün sağ-sa lamat
Məşhəddəki Ərk qalasına aparıldı. Yerdə qalanları,
Nadir şahın böyük oğlu Rzaqulu xan başda olmaq la,
ailəlikcə Kəlatda qətlə yetirildilər. Südəmər uşaqla-
ra, Nadir şahın hamilə arvadlarına belə rəhm olun-
madı.
671
N A D İ R Ş A H Ə F Ş A R
Nadir şahın nəşi Məşhəd şəhərinə gətirilib, sağlı-
ğında öz adına tikdirdiyi Bala-Xiyabandakı sərdabə-
də torpağa tapşırıldı.
Qızılbaş tayfaları, hətta əfşarlar, az qala, tanrı de-
yib, səcdə etdikləri belə bir adamın qətlini çox sakit
qarşıladılar. Çünki dildə-ağızda gəzən söhbətlərdə
onun insan başlarından düzəltdirdiyi qalalardan
bəhs olunurdu.
Kəlatda olan ləl-cəvahiratı, milyonlarca nəqd
pu lu Məşhədə gətizdirən Əliqulu xan isə, Nadir şahın
ölümündən on altı gün sonra Əli şah kimi taxta çıxıb,
özünə Adil ləqəbini götürdü.
Əli şah öz adına məsciddə xütbə oxutdurub, zərb-
xanada sikkə kəsdirdi. Sikkənin üzərinə bu sözlər
yazılmışdı: «Allahın əmri ilə Əlinin adına kəsilmiş
şahlıq sikkəsi işə düşdü». Və əslində, çökməkdə və
dağılmaqda olan böyük səltənətin hər yerində, istər-
istəməz, baş vermiş dəyişikliklə barışmalı oldular.
Nadir şahın əsas qatillərindən biri Saleh xan Qırx-
lı bir müddət sonra aldığı həmin xəncər yarasından
öldü. Ancaq onun Kəlat xəzinəsindəki payı uşaqla-
rına çatdı. Sui-qəsddə iştirak etmiş Məhəmmədqulu
xana Əli şah əvvəllər ehtiram göstərsə də, sonra onu
gözdən düşmüş adam kimi Nadir şahın arvadları-
nın ixtiyarına verdi. Qadınlar bir göz qırpımında
Şahənşahın intiqamını alıb, onu tikə-tikə doğradı-
lar.
Bundan sonra əsas vaxtını eyş-işrətdə keçirən
Əli şah özündən kiçik qardaşı İbrahim xanı (Bu adı
ona Nadir şah vermişdi), mərkəzi İsfahan olmaqla,
672
S O N U N C U FAT E H
Azərbaycanla İraqa hakim təyin etdi. O, – yəni Əli
şah, Nadir şahın xəzinəsini ağılsızcasına dağıtdı,
böyük varidatı, yerli-yersiz, istədiyi adamlara pay-
ladı.
İstanbuldan dönəndən sonra məşhur «Tarixi-Na-
dir» əsərini tamamlayan Mirzə Mehdi şahid olduqla-
rını belə dilə gətirirdi: «O, xam gümüşü bişmiş şəl ğəm
yerinə, cəvahiratı saxsı və daş yerinə xərc etdi».
Əli şahın hakimiyyəti on bir ay sürdü. Qarda-
şı İbrahim xan özünü şah elan edəndən sonra onun
gözlərini çıxartdırdı.
Təbrizdə tam ixtiyar sahibi olan Əmiraslan xan
Əfşarla əvvəllər xoş rəftar etdi, onu öz tərəfinə çəkdi,
sonra da öldürtdü.
Bu zaman Xorasandakı tayfa başçıları şahzadə
Şahruh Mirzəni Ərk qalasından çıxarıb, şah elan et-
dilər. O həm Nadir şahın, həm də Şah Sultan Hüseyn
Səfəvinin nəvəsi olsa da, əvvəlcə taxt-tac dan imtina
etdi. Tə rəf darları İmam Rza tür
bə sinin həyətində
böyük məclis qurub, and içib, öz aralarında əhd-
peyman bağladılar ki, çundan sonra Şahruh Mirzəyə
biət edəcəklər 1161-ci il şəvval ayının 9-da
1
Şahruh
Mirzə Məşhəddə taxt-tacın varisi kimi şahlığı qəbul
etdi.
İki ay sonra İbrahim xan Təbrizdə Şahruh Mirzənin
əleyhinə çıxdı və özü şahlıq taxtına oturdu. O da Adil
şah ləqəbi götürmüş qardaşı Əliqulu xan kimi dövlət
malını hərraca qoyub, istədiyi adamlara payladı, ya-
ramaz şəxslərə vəzifə verib irəli çəkdi.
1
2 oktyabr 1748-ci ildə.
673
N A D İ R Ş A H Ə F Ş A R
İbrahim xan, Mehdi xan Əfşarı Təbrizdə vali qo-
yub, kor qardaşı Əliqulu xanı da götürüb qoşunla Xo-
rasana yollandı.
Nadir şahın zamanında Məşhəd şəhərində vəqf
əmlakının başçısı təyin olunmuş Mir Seyid Mə həm-
məd Qumda təmir işləri gördürürdü. Qum sa
kin-
lərinin köməyi ilə o, şəhərin darvazalarını İbrahim xa-
nın üzünə bağladı. Çox çəkmədi ki, Şahruhun adam-
ları İbrahim xanın ölüsünü kor qardaşı ilə birlikdə
Məşhədə gətirdilər.
Kor Əliqulu xanın aqibəti də bir vaxt Nadir şa-
hın arvadlarının əlinə keçmiş Məhəmmədqulu xanın
aqibəti kimi oldu. Qadınlar ondan Kəlatda qətl etdir-
diyi uşaqlarının intiqamını aldılar.
Şahruhun göstərişi ilə Əliqulu xanla İbrahim xa-
nın oğul övladları gələcəkdə şahlıq iddiası etməsinlər
deyə dar ağacından asıldılar. Gənc şahın qəlbini rəh-
mə gətirmək üçün keşikçibaşı Səadətqulu xan Qırx-
lı, cəlladbaşı Qurbanəli xan, bir də Şahruhun qohu-
mu Sə fiqulu xan Qırxlı xahiş-minnət etdilər. Şahruh
Kəlat qalasında Əliqulu xanın əmri ilə qardaşlarının,
əmisi uşaqlarının körpə boğazına əski basıb boğdur-
duğu anları xatırladı. Amma yenə də ürəyi yumşaldı,
qərarından daşınanda isə artıq gec idi: onlardan üçü
boğulmuşdu, yalnız Həsən mirzə ilə Hüseyn mirzənin
bəxti gətirmişdi, onla rı yarımcan halda ipdən xilas
etmək mümkün olmuşdu.
Çox çəkmədi ki, Xorasan əmirləri birləşib, Şah-
ruhu taxtdan saldılar. Bundan sui-istifadə edən
düşmənləri onun gözlərini çıxartdırıb, soyuq zindana
674
S O N U N C U FAT E H
saldılar. Yerinə Şah Süleyman Səfinin qız nəvəsi Mirzə
Davud oğlu Mir Seyid Məhəmməd Sədrini gətirdilər.
O 26 yanvar 1749-cu ildə taxta çıxıb, özünü İkinci Sü-
leyman şah adlandırdı.
Beləcə, bir neçə ay ötüb-keçdi. Günlərin bir günü
Şahruhun arvadı – Mirzə xan Sultan Cəlayirin qızı bü-
tün cəlayirlər tayfasından olan əmirlərə namə yazıb
bildirdi ki, ərinin gözlərinin çıxarılması yalandır.
Məşhəd hakimi Yusufəli xan Cəlayir, qardaşı Ba-
zal xan başda olmaqla, iki min atlı ilə Süleyman şa-
hın sarayının qarşısında dayandı. Yusifəli xan bildirdi
ki, şahın fərmanı ilə cəlayirlilərin atlı qoşunu hərbi
keçidə hazırdır.
Vəkil Əmir Ələm xan Xəzimə Süleyman şahın hü-
zuruna gəlib ərz etdi:
– Yusifəli xanın bu bəyanatından xəyanət qoxu-
su gəlir! Bədbəxtçilikdən bütün əmirlər sizin tap-
şırığınızla əmir Mehrab xanın cənazəsinin dəfnilə
məşğuldurlar.
Atlı dəstəsi Caharbağ darvazasından içəri soxulub,
Süleyman şahın mühafizəçilərini darmadağın etdilər.
Xeyli təlafatdan sonra Süleyman şahın tərəfdarları
silahı yerə qoyub, təslim oldular. Seyid Məhəmmədi
taxtdan salıb, gözlərini çıxartdılar.
Şahruh yenə taxta çıxdı. Tərəfdarları onun kor ol-
duğunu bilsələr də, daha iş-işdən keçmişdi…
Nadir şahın ölümündən sonra Azərbaycan xan-
lıqlara parçalandı, Azərbaycanda və İranda şahlıq tacı
uğrunda çoxlu savaşlar oldu, qanlar töküldü. Taxta
çıxan da oldu, taxtdan enən də! Amma olanların heç
675
N A D İ R Ş A H Ə F Ş A R
birinin hökmranlığını Nadir şahın hökmranlığı ilə
müqayisə etmək olmazdı.
Küləklər yüz il, bəlkə də iki yüz il sonra azər-
baycanlı şairin qəmli səsini diyarbadiyar ellərə yaya-
caqdı:
«Dəxi görməz cahan əhli Nadir şah Əfşarı dünya-
da...»
Nadir şahın Kəlatda hind memarlarına tikdirdi-
yi xəzinədə saxladığı zəngin ləl-cəvahirat, qızıl pul-
lar ucsuz-bucaqsız səltənəti kimi tezliklə dağıldı.
Əfşarlar səltənətinin yerində gələcəkdə İran adlanan
bir müsəlman dövləti qaldı.
Bir müddətdən sonra başqa bir türk mənşəli
sərkərdə – Ağa Məhəmməd şah Qacar, Nadir şahın
nəşini Məşhəddəki sərdabədən çıxarıb, Tehrana apar-
dı – öz sarayının astanasında basdırdı ki, hər dəfə
içəriyə girib çıxanda, ayaqları altında qalıb tapdan-
sın… Bununla o, babası Fətəli xan Qacarın intiqamı-
nı aldığını düşündü. Amma tale ona da öz əcəli ilə
ölməyi nəsib etmədi. Nadir şahın ölümündən əlli il
sonra Şərq dünyasında öz qılıncı ilə ad-san qazanmış
Ağa Məhəmməd şah Qacarın da həyatına sui-qəsd
olundu.
Aradan bir neçə qərinə ötüb keçdi…
Nadir şah Əfşar əbədi olaraq sevimli Məşhəd şə-
hərinə «qayıtdı», bu dəfə tunc atının belində – əzəmətli
bir heykəl kimi…
İndi Asiyanın sonuncu böyük fatehi bahar gü-
nəşinin al şəfəqləri altında bərq vuran həmin əzəmət li
hey kəlindən həsrətlə keçmişə – ölkədən-ölkəyə yürüş
676
S O N U N C U FAT E H
etdiyi günlərə boylanır... Və qərinələrin o üzündən
gələn gur səsi sanki bahar rüzgarlarına qoşulur:
«Mən xaqan deyiləm ki, xalqa himayədarlıq edim,
Allah deyiləm ki, rəhmli, mərhəmətli olum, peyğəm-
bər deyiləm ki, xilas yolunu göstərim... Mən Böyük
Qüdrət Sahibinin qəzəbli çağında yaratdığı adi ada-
mam ki, sağlığımda olduğu kimi, öləndən sonra da
RUHUM özümə saray bildiyim atımın yəhərındə otu-
rub, yenə bu günahkar dünyanı gəzib dolaşır...».
Bakı şəhəri,
2007 – 2011
677
N A D İ R Ş A H Ə F Ş A R
MÜNDƏRİCAT
Birinci kitab
On söz ........................................................................................5
Proloq
............................................................................... 30
Birinci hissə
Sünbüllü tac ............................................................................44
Xəyallar qarşısında .................................................................58
Ana öyüdü ..............................................................................62
Əsirlik ......................................................................................69
Sevgi ilə nifrət arasında .........................................................89
Qaçış .......................................................................................100
İkinci hissə
İlk qələbənin sevinci ............................................................116
Taledən qaçmaq olmaz ........................................................122
Qara bulud ............................................................................136
Pyotrla görüş .........................................................................144
Böyük birliyə gedən yol ......................................................155
Köhlən kəhər yüyrək olar ...................................................174
Təhmasib Mirzənin məğlub sərdarı ..................................186
Şahın xidmətində .................................................................200
Təhmasibqulu xan Məşhədi azad edir ..............................213
Çuğulluq ................................................................................222
678
S O N U N C U FAT E H
İkinci kitab
Birinci hissə
İslam qalası............................................................................252
Heratın alınması ...................................................................266
Hərəmxanada qətl ................................................................274
Paytaxt ...................................................................................310
Osmanlı qoşunu ilə ilk savaş ..............................................337
Qəndəhardan gələn bəla .....................................................355
Məğlub şah
.................................................................... 363
İkinci hissə
Nadir xan qəzəblənir ...........................................................373
Təhmasib şahın devrilməsi .................................................376
Üçüncü şah Abbas ................................................................387
Nadirdən Osmanlı paşasına bayram sovqatı ...................397
Tapal Osman paşanın ölümü..............................................409
Bağdad müqaviləsi ..............................................................413
İlk donanma ..........................................................................418
Müjdə .....................................................................................420
Şirvan və Dağıstana yürüş ..................................................429
Gəncə müqaviləsi .................................................................434
Qarsın mühasirəsi ................................................................438
İstanbulda böyük çaxnaşma ...............................................442
Üç ay Tiflisdə ........................................................................446
Üçüncü kitab
Birinci hissə
Muğan qurultayı ..................................................................456
Tacqoyma mərasimi .............................................................484
679
N A D İ R Ş A H Ə F Ş A R
Vəliəhd ...................................................................................494
Hindistanın fəthi ..................................................................504
Sözümü Cahanabadda deyəcəyəm ...................................515
Qiyam .....................................................................................541
İki şah qohum olsa ...............................................................550
İkinci hissə
Nadir şahın ölüm xəbəri .....................................................555
Başın tacı ağıldı.....................................................................561
Türküstan yürüşü ................................................................568
Hiyləgər tacir ........................................................................584
Baş tutmayan sui-qəsd ........................................................588
“İran–Xərab” .........................................................................595
Nəcəfdə yeni məzhəbi-məclis ............................................613
Uydurma Sam Mirzə ...........................................................615
Daha bir sui-qəsd .................................................................622
Sülh naminə güzəşt ..............................................................626
Xəyanət ..................................................................................629
Qətl gecəsinə gedən yol.......................................................657
Başsız qalmış tac ...................................................................660
Epiloq .....................................................................................671
Dostları ilə paylaş: |