8
S O N U N C U FAT E H
nunla da zəhmətkeş əhalinin geniş narazılığına səbəb
olmuşdu...
Bu məlumatı bir qədər təfərrüatı ilə verməkdə
məqsədim var. Dünya şöhrətli hökmdar Nadir şah
barədə bizim ilk ensiklopediyamızda verilmiş bu
arayış o zamanın ideoloji yasaqları şəraitində ya-
zıldığı üçün iki mühüm faktın üstündən bilmərrə
keçilmişdir. Məsələn, bircə kəlmə ilə də olsa qeyd
edilməmişdir ki, Nadir şah ulu babalarından üzü bəri
azərbaycanlıdır, soydaşlarımızın bu gün şimalda-
kından da sıx yaşadıqları Cənubi Azərbaycandandır.
İndi də İranın bu yerlərində Azərbaycan əsilli əhali
böyük əksəriyyəti təşkil edir. Görünür, məqaləni
hazırlayan və buraxan yoldaşlar yanlış olaraq belə
hesab ediblər ki, feodal-patriarxal orta əsr hökmda-
rının sovet Azərbaycanı sakinlərinin də ulu babala-
rından olması faktını ağartmaq bizə əskiklik gətirər.
Çox qəribədir ki, sözü gedən ensiklopediyanın
elə həmin VII cildində XVIII əsrin sonu, XIX əsrin
əvvəllərinin fransız imperatoru Napoleon dövlət xa-
dimi və sərkərdə kimi gen-bol təriflənmiş, «düşmən
qüvvələrini darmadağın etməyi özünün başlıca
vəzifəsi» hesab etməsi, strateji təşəbbüsü həmişə
əlində saxlaması, bir sərkərdə olaraq onun digər
şəxsi keyfiyyətləri sadalanmışdır. Deməli, prinsip-
siz prinsip beləymiş ki, özgə millətlərin, o cümlədən
rus və avropalıların tarixi simalarını istədiyin qədər
təriflə, sovet respublikasının, özəlliklə də türk-
müsəlman xalqlarının tarixini isə saxtalaşdırmaq
olar...
9
N A D İ R Ş A H Ə F Ş A R
Bunu bəlkə də regional bir hadisə, əyalət faktı kimi
qiymətləndirmək istəyənlər tapıla. Lakin Azərbaycan
sovet ensiklopediyasında üstündən sükutla keçilən
digər çox mühüm bir fakt isə mənə elə gəlir ki, qlo-
bal mahiyyət daşıyır. Hamı bilir ki, Nadir şah islam
dininə rəxnə salan, əsrlərcə onu zəiflədən, bu gün
də bədxahlarımızın dəyirmanına su tökən məzhəb
ayrılığına, sünni-şiə ixtilafına qarşı ardıcıl mübarizə
aparmış, bu sahədə çox böyük məhrumiyyətlər yaşa-
yıb ciddi maneələrlə qarşılaşmış, lakin öz imkanları
dairəsində mübarizəsini ardıcıl olaraq davam etdir-
mişdir. Bəlkə də bu problem məhz dinlə bağlı oldu-
ğu üçün dini bəşəriyyətin tiryəki adlandıran Leninin
ardıcılları Nadir şaha və onun nəsillərinə baş ucalığı
gətirən həmin məsələdən də sərf-nəzər etməyi üstün
tutmuşlar. Halbuki Qədim Şərq, özəlliklə də İran və
Türkiyə müsəlmanlarının, tarixin müxtəlif çağların-
da bu iki imperiyanın tərkibində olmuş bir sıra di-
gər xalqların inkişafına ciddi surətdə mane olan bu
islamdaxili problemin aradan qaldırılması məqsədilə
dövlət səviyyəsində təşəbbüs göstərib bu yolda ardı-
cıl mübarizə apardığı üçün Nadir şahı rəhmətlərlə
yad edib ona heykəl qoymaq lazımdır. H.Mirələmov
öz romanında baş qəhrəmanın bu yolda ardıcıl fəa-
liyyətinə haqlı olaraq geniş yer vermiş, bu sahədəki
əndişələrini rəğbətlə təsvir etmişdir.
* * *
«Sonuncu fateh» tarixi romandır, roman-xro
ni-
kadır. Bu əsərdə böyük sərkərdənin həyatının əsas
10
S O N U N C U FAT E H
məqamları, doğulub boya-başa çatdığı mühit, ailəsi,
yeniyetməlik və gənclik zamanları, Buxaradakı əsirlik
illəri, hərbi qulluq çağları, hakimiyyətə yetişməsi,
ölkəsinin yadelli işğalçılardan təmizlənməsi uğrunda
qətiyyətli mübarizəsi, mühüm hərbi yürüşləri, ölkənin
ərazisini genişləndirmək, dövlətin təhlükəsizliyini və
qüvvətini təmin etmək məqsədilə apardığı irimiqyaslı
müharibələr özünün ardıcıl bədii təsvirini tapmışdır.
Bu münasibətlə yazıçı çox geniş araşdırmalar apar-
mış, tarixi mənbələri ətraflı öyrənmişdir. Bu mənbələr
arasında məşhur İran tarixçisi Məhəmməd Hüseyn
Qüddusinin «Nadir şah» monoqrafiyası da var. Hə-
min monoqrafiya tanınmış şərqşünas Məmmədəli
Mü səddiq tərəfindən Azərbaycan dilinə tərcümə olu-
nub, 1999-cu ildə Bakıda nəşr edilmişdir. Qüddusinin
əsəri də öz növbəsində sərkərdənin həyatına və hərbi
yürüşlərinə dair müxtəlif dillərdə yazılmış bir neçə
tədqiqatda, o cümlədən də Nadir şahın şəxsi mün-
şisi (mirzəsi) Mirzə Mehdi Xəzaninin öz hökmdarı
barədə tərtib etdiyi «Nadirin tarixi» kitabında yazı-
lanlara əsaslanmışdır. Beləliklə də öz əsərini yazmaq
üçün H.Mirələmovun əlində yetərincə tarixi material
olmuşdur. Bununla belə «Sonuncu fateh» tarix kitabı
yox, özünə məxsus süjet və kompozisiyası, obraz və
xarakterləri olan, təcrübəli ədibin təravətli bədii təsvir
vasitələri ilə süslənən maraqlı bir tarixi romandır.
Roman lap ilk səhifələrindən oxucunu gərgin ha-
disələr burulğanına salır. Biz ekspozisiyada Nadirin
uşaqlıq çağlarında otardığı ilxını xilas etdiyi zaman
təbiətin şahə qalxdığını görür, 12-13 yaşlı Nadirin
11
N A D İ R Ş A H Ə F Ş A R
qorx mazlığının, böyük igidlik və fərasətinin şahi-
di oluruq. Hakimiyyətinin sonlarına doğru səltənəti
bü rümüş separatizmin hökmdarın daxili aləmində
yaratdığı böyük həyəcanları, bir-birini təqib edən,
bəzən də biri-digərinə zidd olan fıkir və duyğular
se li, təlatümlü hallar canlı təhkiyə əsasında lövhə-
lövhə gözlərimiz qarşısından keçir.
Epik janrda yazıçı sənətkarlığının özünü göstər di-
yi ən universal müstəvi, əlbəttə, bədii obrazlar, xarak-
terlərdir. H.Mirələmovun romanındakı əsas obrazlar
arasında ən çox yer verilib yadda qalanı, təbiidir ki,
Nadir şahın özüdür. Elə buradaca yada salıram ki, Na-
dir şahın taleyi Azərbaycan ədəbiyyatını XIX əsrin lap
sonlarından başlayaraq maraqlandırmışdır. Bu obrazı
Azərbaycan dramaturgiyasına ilk dəfə görkəmli yazı-
çı və ictimai xadim Nəriman Nərimanov (1870–1925)
gətirmişdir. Bu əsərin əvvəlində Nadir vaxtaşırı uzaq-
yaxın obalara hücum edib qətl-qarətlə məşğul olan bir
quldur kimi təqdim olunur. Əsərdə işarə var ki, guya
onun atası da quldur olmuşdur. Dayısı Cavad növbəti
qarətdən təzə qayıtmış Nadiri danlayır, ona öyüd verib
deyir ki, quldurluqdan, bu «yaman peşədən» əl çəkib
öz gücünü, istedadını vətən və millət yolunda sərf etsin,
yad əllərdə qalmış ata-baba torpaqlarını düşmənlərdən
azad etsin. Guya bu nəsihət Nadiri ayıldır və o, öz
qüvvət və məharətini elin-obanın azadlığı və rifahı
işinə yönəldir. Əsərin növbəti, doqquzuncu gəlişində
Nadir də öz yeniyetmə oğlu Rzaquluya nəsihət edir
ki, quldurluq pis işdir, öz gələcək fəaliyyətini xalqın
rifahına həsr etsin, qılıncını vətənin istiqlalı uğrun-
Dostları ilə paylaş: |