42
S O N U N C U FAT E H
Nadir şah Kürdan sazişindən
1
sonra Mirzə Meh-
di xanı yaxın dostu Mustafa xanla birlikdə Osman-
lı sarayına elçi göndərmişdi. Sədheyf, indi ondan
uzaqlarda idi. Yəqin ki, Mirzə Mehdi xan şahın bu
an hansı hisslər keçirdiyindən ömrünün sonuna-
can xəbərsiz olacaqdı. Bəlkə də Mirzə Mehdi xan
heç vaxt bilməyəcəkdi ki, yüzdən çox savaş aparan,
zəfərlər qazanan «Qılınc oğlu» indi burada – Xabu-
şanın iki ağaclığında qurduğu düşərgədə ən çətin
sual qarşısında aciz qalıb?.. «Bəlkə də bu, mənim öz
səltənətimdə qurduğum son düşərgə olacaq? Son
düşərgə...»
O, qatı duman kimi içinə çökən hüznlü əndişədən
canını qurtarmaq üçün var gücü ilə nərə çəkmək is-
təyirdi. «Hər nə baş verəcəksə, qoy bu nərədən sonra
baş versin! Uğurum-qismətim xeyirdisə, xeyir, bəd-
dirsə, bəd olsun». Nadir şah ömründə cəmi yeddi
dəfə sövq-təbii nərə çəkmişdi. Hər dəfə də onu buna
vadar edən ilahi qüvvənin şah damarı qədər yaxı-
nında olduğuna, hansısa möcüzənin baş verəcəyinə
inanmışdı...
Döyüşün qızğın çağında onun ucadan eşidilən
qey ri-adi səsi düşməni vahiməyə salardı. Bir dəfə Na-
dir şahın çəkdiyi nərəyə görə öyündüyünü eşidən
Osmanlı sultanı Mahmud paşa Məşhəd sarayına gur
səsi olan bir hambalı elçi göndərir. Nadir şah elçini
qəbul edən gün aralarında kiçik səs yarışması olur.
Hambalın – elçinin səsi daha qayım çıxır, sarayın di-
varlarında əks-səda verir. Nadir şah gülümsünüb de-
1
4 sentyabr 1746-cı ildə imzalanıb.
43
N A D İ R Ş A H Ə F Ş A R
yir: «Mahmud paşaya de ki, məmləkətində sənin kimi
bir kişinin olduğuna ürəkdən sevindim…».
Nadir şah o zaman, doğrudan da, sevinmişdi.
İndisə…
İndisə birdən-birə məyus oldu. Bəlkə Nadir şahın
gücü ilə bərabər nüfuzunu da birə-on qat artıran səsi
korşalmışdı?!. Korşalmış səsin də qınında pas atan qı-
lınc kimi kəsəri olmur. Məmləkətdə üsyana başçılıq
edənləri ürəkləndirən də, görünür, elə bu idi. Nadir
şah bu gün öz zabitəli səsinə, dağı-daşı lərzəyə salan
nərəsinə keçmişdəkindən daha çox ehtiyac duyur-
du...
Boğazını bir neçə dəfə arıtladı və qeyri-ixtiyari
ayağa qalxdı. İndi Nadir şah Aladağa baxa-baxa var
gücü ilə nərə çəkmək istəyirdi; əgər yeniyetmə, ya da
cavanlıq çağındakı kimi nərə çəkə bilsəydi, onda, hər
şey qaydasında olacaqdı… Amma nərə çəkə bilmirdi:
elə bil, o gur səsi içində qeyb olmuşdu. O, ağır qaya
parçası kimi səndələ çökdü, bir anlıq gözlərini yu-
mub, qəlbinin dərinliyinə boylandı.
Nadir şah ilk dəfə yeniyetmə çılğınlığı ilə çəkdiyi
nərənin dağa-daşa əks-səda saldığı günü xatırladı…
44
S O N U N C U FAT E H
SÜNBÜLLÜ TAC
adir şahın yaddaşından silinməyən bu unu-
dulmaz hadisə düz qırx yeddi il əvvəl – yəni
hicri təqvimiylə 1113-cü ildə
1
olmuşdu.
O vaxt on iki yaşlı Nadirin özündən böyüklə-
rin, yaşlıların – ən çox da ağbirçəklərin, ağsaqalla-
rın tez-tez qorabişirən ay dedikləri avqustun axır-
uxu ru idi. Günəş aran yerlərində ot-ələfi qovurğa
kimi qovurmuşdu. Amma kənddən xeyli yuxa-
rıdakı yaylaqlarda yamyaşıl otlaqların otu bahar
təravətini, dadını-şirəsini hələ də itirməmişdi. Ona
görə də İmamqulu kişi ilxını bir neçə gün idi ki,
oğlu Nadirlə sərin, həm də otu bol olan yerə apa-
rırdı. Dərələrə sarıla-sarıla qıjıltı ilə axıb gedən dağ
çayı dili ağzında kösöv kimi yanan atların yanğısını
– su həsrətini söndürürdü.
1
1700-cü ildə.
BİRİNCİ HİSSƏ
45
N A D İ R Ş A H Ə F Ş A R
Quyruq doğmuşdu. İmamqulu kişinin, elə bil, əl-
ayağı üşüyürdü – yapıncısına bürünmüşdü...
On iki yaşlı Nadir göydə qara buludların çaxnaş-
dığını görüb atasına baxdı. Atasının gözləri yaxşı gör-
mürdü, amma havanın qoxusundan onun necə oldu-
ğunu, hətta necə olacağını da bildirirdi.
İlxını kənd-kəsəkdən çox uzaq bir yerə gə tir miş-
dilər. Axşama xeyli qalırdı. İndidən ilxının başını ge -
riyə – kəndə sarı döndərmək olmazdı. Atasının üşü-
məsi, yarğanın qırağında qalın yapıncıya bürünüb
rahatca mürgü vurması, balaca Nadiri qayğılandırsa
da, o, vəfalı itlərinin – Pələnglə Bəbirin arasında daş
üstə oturaraq, gözlərini Qaraçəmən otlağında sakit-
sakit otlayan ilxıya zilləmişdi.
Ətraf, elə bil, çöl otlarının – yonca və çobanyastı-
ğının, quşəppəyinin, zəncir otunun sərgisi idi. Balaca
Nadir, burunlarını bu ətirli çöl çiçəklərinə sürtə-sürtə,
gəzişib şirəli otları qoparan atlara həvəslə baxmaqdan
zövq alırdı. Dərəgöz adlanan bu yaylaq Xorasanın
ən səfalı guşələrindən idi. Buradan Qaraçəmənə – hər
iki tərəfi sıldırım uçurum olan dar bir cığır gedirdi.
Yayda burada havalar tez-tez dəyişirdi və ələlxü-
sus da Çənlibelə bənzəyən bu Qaraçəməndə. Göyün
üzü bəzən gündə iki-üç dəfə tutulub-açılırdı. Burada
nə yazda, nə də yayda qəfil yağışlar əskik olmurdu.
Bu da Dərəgözdə ilboyu ətrafa ətir saçan növbənöv
yoncaların, çəmənlik çıçəklərinin cücərib, boy atma-
sına səbəb olurdu. Ətri ətrafı başına götürən, qara
yoncadan yeyib kökələn Dərəgöz atlarının bazarda
müştərisi həmişə vardı...
Dostları ilə paylaş: |