51
N A D İ R Ş A H Ə F Ş A R
bir neçə dəfə çaxdı və leysan yağmağa başladı. Başla-
dı, nə başladı!
İmamqulu kişi bərk narahat idi. Allaha yalvarırdı
ki, «Ya rəbbim, rəhm elə on iki yaşlı bu uşağa, böyük
bir ilxını tələfatdan qurtarmaq üçün güc ver!..»
Nadir artıq atasının nə dediyini eşitmirdi:
– Bəbir, Pələng! – deyə qaça-qaça var səsi ilə onları
çağırırdı.
İtlər onun səsinin əks-səda verdiyi səmtə cumdu-
lar. İlxı bölünmüşdü. Hər bölük bir uçurumun qıra-
ğında dayanmışdı.
Gördüyü mənzərədən dəhşətə gələn İmamqulu
kişi nə edəcəyini bilmədi:
– Gör başımıza nə bəla gəldi?!
Sonra o, başını qaldırıb, əllərini göyə tərəf açdı:
– Ey Allah, ey yoxsulların, məzlumların pənahı
Allah. – dedi. – Özün köməyə gəl! Ey ərhəmərrahi-
min, məni el içində məyusi-məbud eləmə!..
Yağış yağmağına, İmamqulu kişi də Allaha yal-
var-yaxar etməyinə ara vermirdi:
– Mənə deyən gərək, axı, sənin bu dağda-dərə-
də nə işin vardı ki, indi durub Xıdır İlyası da imdada
çağırasan…
Balaca Nadir isə bu zaman yüyürərək, çığıra-çığıra
Pələnglə Bəbirin köməyi ilə ilxını sağdan-soldan qa-
baqlayıb, enişaşağı, gəldikləri yeganə dar cığıra tərəf
aparmağa çalışırdı.
Göylər isə hikkəsindən çatlayırdı. Qara buludla-
rın qoynunda yatmış sehrli qüvvənin, elə bil, tilsimi
sınmışdı. Qorxunc gurultu kəsmək bilmirdi; bir yan-
52
S O N U N C U FAT E H
dan gözqamaşdıran şimşək çaxır, bir yandan da ley-
san göz açmağa imkan vermirdi. Pələnglə Bəbir sanki
vəziyyətin nə yerdə olduğunu əməlli-başlı bilirdilər
və hərəsi bir tərəfdən hürə-hürə ilxının ağzını yeganə
dar cığırla enişə sarı döndərirdilər.
Ən böyük çətinlik bunda idi ki, ilxı sanki heç nə
görmürdü, təşviş içində başını qaldırıb hara gəldi
gedirdi və vurnuxa-vurnuxa şimşəklərdən, göylərin
gurultusundan qaçıb birtəhər canını qurtarmağa ça-
lışırdı. Bu cür «canqurtarma» onları bir fəlakətdən
uzaqlaşdırsa da, başqa bir fəlakətin ağuşuna – uçuru-
ma ata bilərdi. Pələnglə Bəbir qabaq cərgələri uçuru-
mun ağzında saxlasa da, arxadan gələn yüzlərlə at on-
ları itələyib, dibi görünməyən uçuruma tökə bilərdi.
Əlində zoğal çomağı, əyni-başı başdan-başa su
içində olan on iki yaşlı balaca Nadir isə yorulmaq nə
olduğunu bilmədən, güllə kimi özünü yenə də ilxının
gah sağına, gah da soluna vururdu.
Xoşbəxtlikdən hələ gündüz idi. Qara buludlar gü -
nəşin üzünü örtsə də, işığını tam qaraltmamışdı. Göy
gurultusu bir qədər ara versə də, şimşək və yağış
kəsmək bilmirdi. Qəribədi ki, İmamqulu kişi bərk tə -
laş keçirsə də, balaca Nadir özünü tox tuturdu. Atlar
tədricən ipə-sapa yatıb, onun iradəsinə tabe olurdular.
Balaca Nadir zil səsi ilə o qədər qışqırmışdı ki!..
Onun yerinə kim olsaydı, yəqin səsi çoxdan batmışdı.
Təhlükə tam sovuşmamışdı. İlxının ağzını bir yerə
yığmaq müşkül iş idi. Bir tərəfini kəsəndə, o biri tərəfə
qaçırdı. Tərs kimi, hər iki tərəf də dibi görünməyən
uçurum idi. Əgər qabaq cərgə aşağı yuvarlansaydı,
53
N A D İ R Ş A H Ə F Ş A R
arxadan gələnlərin qabağını almaq mümkün olmaya-
caqdı.
Balaca Nadir özünü atların qabağına atıb, amiranə
səslə:
– Dayan! – deyib qışqırırdı. – Göydəmir hara
gedirsən? Qaşqa dur, geri qayıt! – Qəribədir ki, ilxı da
ipə-sapa yatıb dururdu. Ürkmüş at istənilən an onu
ayaqları altına alıb, bir göz qırpımında çığnaya bilərdi.
Uca boyu, amiranə səsi, bir də Pələnglə Bəbirin zəhmi
ilxının canındakı qorxunu səngidə bildi...
Balaca Nadirin keyfi durulmuşdu. Fikirləşdi ki,
əgər özümə güvənib, yüzə yaxın şüursuz atı istədiyim
səmtə yönəldə bildimsə, onda, şüurlu insanları niyə
idarə edə bilməyim? İstəsəm ətrafıma bundan qat-qat
çox insan yığa bilmərəmmi?.. Axı atam elə indicə yu-
xuda şah olduğumu görməmişdimi?
Ən qəribəsi bu idi ki, elə bil, bu müdhiş leysan ilə
tale onu sınağa çəkmişdi: «Sənmi şah olacaqsan?..»
Budur, on iki yaşlı oğlan ilxını böyük fəlakətin pən-
cəsindən qurtarmışdı. Bundan sonra hansı gözlənil məz
hadisə, ya da hansı bir canlı məxluq onun iradəsinə ram
olmazdı? Analar bu cür oğulu hər zaman doğmur!
– Doğrudur, – deyə balaca Nadir düşündü, –
bu gün ilxını atamla birlikdə Qaraçəmən gədiyinə
gətirmək lə düz iş görməmişik. Gərək qardaşlarımdan,
əmim uşaqlarından birini də köməkçi götürəydik.
Və gələn dəfə, əlbəttə, belə etməməliyik.
Amma yox, bəlkə də tale onu, onun əzmini və
iradəsini sınağa çəkmək üçün bu qəfil leysanı gön-
dərmişdi…
54
S O N U N C U FAT E H
Taqətdən tamam düşsə də, bütün əzaları ilə hiss
edirdi ki, qorxu üzərində qələbə çalmışdır! Artıq ilxı
da əldən düşüb sakitləşmişdi – dar cığırla, yavaş-
yavaş aşağıya – düzənliyə tərəf üz tutmuşdu. Amma
qorxu-ürkü yazıq heyvanların canından hələ də çıx-
mamışdı, – hərdən ağız-ağıza verib astadan kiş nə yir-
dilər, sanki tədricən özlərinə gəlir, ipə-sapa yatırdılar.
Göylər də, elə bil, çətin sınağını başa çatdırıb susmuş-
du, yağış da səngimişdi.
Balaca Nadirin bədəni elə tir-tir əsirdi ki, dişləri
bir-birinə dəyirdi. Amma bu, yağmurlu havanın gə-
tirdiyi soyuqdan daha çox, bayaqdan yay kimi yı ğı-
lıb-açılan bədənində heyin-hərəkətin tamam tükə-
nib-çəkilməsindən irəli gəlirdi. Bir az dincini alandan
sonra əzaları yəqin ki, əvvəlki halına dönəcəkdi. O,
sadəcə, su istəyirdi. Çünki ürəyi yanırdı. Dili-doda-
ğı qurumuşdu. Amma ən yaxındakı bulağa getməyə
ayaqlarında taqət, ürəyində gir qalmamışdı.
İmamqulu kişi hələ də həyəcan içindəydi, oğlu-
nun əldən-ayaqdan düşdüyünü hiss edib, ona yaxın-
laşdı. Nadir atasına dedi:
– Dədə, bir az su ver!
– Bu saat, bu saat, mənim balam.
İmamqulu kişi atın tərkinə aşırdığı heybədən
götürdüyü dolçanı yaxınlıqdakı bulaqdan su ilə dol-
duraraq titrək əlləri ilə oğluna sarı addımladı. Dol-
çanı ona uzatdı. Balaca Nadir suyu birnəfəsə içdi.
Atası gördü ki, uşaq heç özündə deyil. Dizlərinin
taqəti tükənib, yorğun gözləri süzülüb gedir. Tez
onu soyundurub, öz quru paltarına bürüdü. Amma
Dostları ilə paylaş: |