248
S O N U N C U FAT E H
– Şah Təhmasibi sağ-salamat Mazandarana mü-
şayiət edin.
Dərhal bir dəstə atlı Təhmasib Mirzə ilə yola çıx-
dılar. Onlar çapa-çapa gözdən itənəcən Nadir xan
arxalarınca baxdı, sonra başını azca yuxarı qaldırıb,
səssizcə Allaha şükür etdi. Bu son qərarından razı qa-
laraq, düşünürdü:
«And içib, söz verməyim öz yerində, Təhmasib
Mirzə şah oğlu şah olsa belə, kənarda qalıb, əl-ayağıma
dolaşmasa daha yaxşıdır! İndən belə lap əsir kimi acı-
nacaqlı həyat yaşasa dözsün gərək. Gələcək nəsillər
bizi bir-birimizlə apardığımız belə gərəksiz savaşla-
ra, daxili çəkişmələrə görə çox qınayacaqlar… Bəlkə
elə məni də onunla sərt davrandığıma görə ittiham
edəcəklər. Daha bundan başqa mənə bir yol qoyma-
mışdı. Nə edə bilərdim? Böyük birliyimiz üçün lazım
olan ən dəyərli məqamlarda özümüzü əzməyə, ram
etməyə sərf etdiyimiz vaxta görə qoca tarix bizi ələ
salır sanki…».
* * *
«...Qismətə bax, qəzavü-qədərə bax, ilahi, o za-
man mən Şah Təhmasibin qorçubaşısı olanda da Xa-
buşan kürdləri mənə qarşı qiyam etmişdilər, indi şah
olanda da. Məşhəddə gül kimi dövlət sarayımı qoyub,
neçə gündür ki, burada – Fərəhabadda düşərgə salmı-
şam. Buranın harası Fərəhabaddı? Bura əsl qəmxanə
ocağıdı... O zaman bir gündə beş yerdə qiyam yatı-
rırdım. İndi öz qılıncımla qurub yaratdığım Əfşarlar
hakimiyyəti qiyam dəryasında qərq olub...».
249
N A D İ R Ş A H Ə F Ş A R
Çadır çox böyük idi. Taxtın qarşısında oturmaq
üçün səndəllər qoyulmuşdu. Torpaq döşəmənin orta-
sına pələng dərisi salınmışdı. Nadir xanın beyni bir
an da olsun rahatlıq tapmadan elə hey məşğul idi.
Nədənsə, Məlik Mahmudun taleyi və Sənganda şahın
qoşunu ilə apardığı döyüş onun yadından heç çıxmır-
dı.
Məsələ bunda idi ki, o zaman Məlik Mahmudun
Məşhəd kimi bir şəhərdə məscid hücrəsində rahat
yaşamağa səbri çatmırdı. Təhmasib Mirzənin də ora-
dakı möhtəşəm sarayda. Bu iki adamın ayrı-ayrılıqda
ikisi də taxt-tac hərisiydi... Günahlarından keçıb
əfv etsə də Nadir xanı dönə-dönə qurduqları tələyə
salmaq istəmişdilər... Onların son itaətsizlik çağrış-
larına qoşulanların qiyamı da indiki qiyamlardan
fərqlənmirdi. Xorasandakı o zamankı qiyamlar da
çox qorxulu qiyamlar idi, ona görə ki, onun qığılcım-
ları sürətlə ətrafa yayılırdı. Bəs, Nadir xan Əfşar hələ
Heratın, İsfahanın əfqanların, İrəvanın, Naxçıvanın,
Təbrizin osmanlıların, Bakının, Dərbəndin, Gilanın
rusların əlində olduğu o vədələrdə həmin qiyamla-
rın öhdəsindən necə gələ bilirdi? O zaman Təhmasib
Mirzəyə qarşı daha güzəştin mənasız olduğunu gö-
rüb, üsyanları amansızlıqla yatırtdı və Məlik Mah-
mudun onun daim ora-bura şuluqluq salmaq üçün
göndərdiyi elçilərini – əmisi oğlu Məlik İshəqı, kiçik
qardaşı Məlik Məhəmməd Əlini edam etdirdi. Məlik
Mahmudun oğlu Məlik Kəlbəli və qardaşı oğlu Məlik
Lütfəli Nadir xanın qəzəbindən qorxub, İsfahana –
Əşrəf xan Əfqanın yanına qaçdılar.
250
S O N U N C U FAT E H
* * *
…Nadir xan bir də Heratın alınmasından qabaq
Səngan qalasını ələ keçirərkən, bir neçə addımlığında
partlayan top mərmisini gözünün qabağına gətirirdi.
O, ölümün ən dəhşətli nəfəsini o zaman lap yaxınlı-
ğında duymuşdu... Amma elə bil, ilahi bir möcüzə
Nadir xan Əfşarın həyatını gələcəkdə görəcəyi böyük
işlər xatirinə xilas etmişdi...
«Gələcəkdə görəcəyim boyük işlər... Adamın ru-
hunu oxşayan nə gözəl səslənir bu kəlmələr. Gələcək...
Bəlkə bu söz artıq mənim üçün keçmişdə qalıb, yuxu-
dur, xəyaldır elə?».
Nadir xan yenə xəyala daldı, bu dəfə xəyalların
qoynunda iyirmi il əvvələ – Herat üzərinə yürüş
elədiyi günlərə qayıtdı...
ИKИNCИ KИTAB
“Башын таcы – аьылдыр”
Nadir Шah Яfшar
252
S O N U N C U FAT E H
BİRİNCİ HİSSƏ
İSLAM QALASI
ədirqulu kişi həm ucaboy, həm də en-
likürək, cüssəli bir adam idi; əyninə ma-
huddan çuxa geyərdi, saqqalına daima
həna yaxdırardı. Ona görə də uşaqlar ona Qırmızı-
saqqal baba deyərdilər. Xətrini uşaq-böyük – hamı
çox istəyirdi.
Nadir xanın başı əfqanlarla vuruşmaq üçün qoşun
toplamağa qarışmışdı, sərkərdələri könüllülərə hərb
sənətinin sirlərini öyrədirdi. Qılınc döyüşdürür, nizə
ilə hədəfi vurur, at çapırdılar, tüfəngdən atəş açmağı
öyrənirdilər.
– Hə, möhtərəm ağsaqqal, əlli qala vuran top
tədarük etmişik, dörd yüzdən artıq dəvəyə yüklənmış
zənburəklərimiz var. Topxanamıza dörd min topçunu
xidmətə cəlb etmişik... Novruzdan sonra iyirmi min-
lik qoşunla yola düşəcəyik inşallah...
253
N A D İ R Ş A H Ə F Ş A R
– El dediyi mübarək olar inşallah, xan! Aşıq da
gəlib çıxdı, belə gündə. Qış öynəsi demişdim axı,
Tikmədaşlı Xəstə Qasım İmam Rza əleyhissəlamın
hərəminin zyarətinə gələcək. Toyuna yubandı, amma
sazla-sözlə əsgərlərini Herata yürüşqabağı bir ruhlan-
dırsın, gəl görəsən...
Nadir xan Çıraq bəyə səsləndi:
– Çıraq bəy, yaxşı-yaxşı düşün, aşığa layiq xələt se-
çib gətir! – sonra üzünü Qədirqulu kişiyə tutub dedi:
– Əgər məsləhətdirsə, bu xələti aşığa mən özüm
verim.
Qədirqulu kişi də, onun yanında dayanmış Azər
baba da razılıqla bildirdilər:
– Xanın məsləhət bildiyi yaxşı hər nə varsa, xeyir-
lidir.
– Başına dönüm, xan, bu qayğınla sayğın, Allaha
da xoş gedər, bəndəyə də... Allah şanını uca etsin! Səni
bizə çox görməsin...
...El ağsaqqalı Qədirqulu kişi də yaraqlı-yasaqlı
könüllülərin qarşısına çıxıb, sidqi-ürəklə hamısına
xeyir-dua verdi. Təzə-tər bığları çıxan, qəddi-qamətli
gənc əsgərlər ağsaqqalın nəsihətlərinə diqqətlə qulaq
asırdılar. Qocanın xeyir-duası da, öyüd-nəsihətləri də
qələbə əzmi ilə Herata yürüşə hazırlaşan bu cavanla-
rın ürəyinə işıq salırdı:
– Ey cavanlar, bizim Nadir xanın canı nə qədər sağ-
dır, onun ətrafında cəm olun! Belə bir igid qırx ildə bir
meydana gələr… Qoy Xorasanda sürülərimiz otlaqla-
rımızda arxayın otlasın, ceyranlı-cüyürlü çöllərimizdə
yadellilər at oynadıb, şikar etməsin! El gücü, sel
Dostları ilə paylaş: |