Sosiologiya cəMİYYƏt haqqinda elmdiR


Sosial proses anlayışının məzmununun tamamlanmasına istiqamətlənən digər inkişaf göstəricisi



Yüklə 1,19 Mb.
səhifə45/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   40   41   42   43   44   45   46   47   48
sosiologiya mühazirə mətnlıəri.2023

Sosial proses anlayışının məzmununun tamamlanmasına istiqamətlənən digər inkişaf göstəricisi SİYASİ PROSESDİR. Sosial subyektlərin siyasi fəaliyyətinin müxtəlif növləri və bunların qarşılıqlı münasibətləri siyasi proseslərin təzahürünü şərtləndirir. Siyasi proses siyasi sistemin hərəkətini, dinamikasını və təkamülünü üzə çıxarır.
Siyasi proses sosial və siyasi strukturların və münasibətlərin qarşılıqlı münasibətlərini açıqlamaqla belə bir cəhətə diqqət yetirir ki, cəmiyyət öz başlıca siyasi təsisatını (dövləti) hansı yolla və hansı səviyyədə formalaşdırır
Hər bir konkret sosial siyasi sistem öz spesifik siyasi prosesləri ilə səciyyələnir. Lakin elə siyasi proseslər vardır ki, praktiki olaraq daim bütün siyasi sistemlərə nüfuz edir. Bunlara aşağıdakıları aid etmək olar:

  • Vətəndaşların bu və ya digər siyasi tədbirlərdə iştirakı prosesi;

  • Cəmiyyətin siyasi inkişafı prosesi;

  • Siyasi dəyişikliklər prosesi;

  • Siyasi sosiallaşma prosesi.

Beləliklə, əsaslandırılmış şəkildə qeyd etmək olar ki, siyasi proses bütün subyektlərin fəaliyyətinin məcmusu olmaq etibarilə cəmiyyətin siyasi sisteminin formalaşması, dəyişilməsi, yenidən qurulması və fəaliyyəi ilə bağlıdır.
Əgər siyasi prosesin predmet-məzmun aspekti münasibətlərin siyasi formasının digər ictimai hadisələrlə qovuşmasının xüsusiyyətləri vasitəsilə başa düşülürsə, onun ontoloji əlamətləri xeyli dərəcədə təsəvvürlərin məkan-zaman ölçüsü ilə müəyyənləşdirilir. Vahid bütöv siyasi proses 4 başlıca mərhələdən ibarətdir:

  1. Siyasi sistemin tərkibinin təşkili.

  2. Siyasi sistemin komponentlərinin və əlamətlərinin təkrar istehsalı.

  3. Siyasi idarəetmə qərarlarının qəbulu və icrası.

  4. Siyasi sistemin fəaliyyətinin və inkişafının istiqamətinə nəzarət.

Bir halda ki, konkret siyasi sistem mövcuddur, deməli siyasi prosesin bütün mərhələləri bir-birini qarşılıqlı surətdə şərtləndirir və siyasi həyatı qaydaya salır. Qarşılıqlı şərtlənən bu mərhələlər siyasi prosesin hərəkətinin dairəviliyini səciyyələndirir.
Siyasi prosesin konkret məzmunu siyasi sistemin xüsusiyyətləri və mövcud siyasi rejimlə müəyyən olunur. Siyasi proses sosial vakuumda (boşluqda) deyil, məhz sosial mühitdə təzahür edən çoxlu obyektiv və subyektiv xarakterli hadisələrin təsiri altında baş verir. İqtisadi, sosial, ideoloji, mədəni, psixoloji və digər amillər şüurlu surətdə təşkil və idarə olunan hərəkətlər və münasibətlər sahəsini məhdudlaşdırır. Xarakterinə görə qlobal və xüsusi səpkidə mövcud olan real siyasi proseslər hakimiyyətin cəmiyyəti idarəetməsi və ona rəhbərliyi kimi çıxış edir.


  1. Yüklə 1,19 Mb.

    Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə