Sosiologiya cəMİYYƏt haqqinda elmdiR



Yüklə 1,19 Mb.
səhifə44/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   40   41   42   43   44   45   46   47   48
sosiologiya mühazirə mətnlıəri.2023

Assimilyasiya – qarşılıqlı mədəni nüfuz etmə olub, şəxsiyyəti və qrupları ümumi mədəni prosesin iştirakçılarına çevrir və həmişə ikitərəfli proses kimi səciyyələnməklə hər bir qrupun öz mədəniyyətini digər qrupun mədəniyyətinə nüfuz etdirməyə istiqamətlənir.
Amalqamizasiya – bioloji cəhətdən iki və daha artıq etnik qrupun və ya xalqın qarışığıdır. Bu cür qarışıq nəticəsində bir qrup və ya xalq təşəkkül tapır. Məsələn ruslar varyaqların, qərbi slavyanların, tatarların bioloji qarışığı yolu ilə təşəkkül tapıb.
Ümumiyyətlə, bütün proseslər öz aralarında sıx əlaqəyə malikdirlər və demək olar ki, həmişə eyni vaxtda təzahür etməklə qrupun inkişafı və cəmiyyətdə daimi dəyişikliklərin baş verməsi üçün imkan yaradırlar.
Sosial proseslərin məzmununu və mahiyyətini sosiaetal sistemlərin ardıcıl dəyişilməsi təşkil edir və bu sosial dəyişikliklər aşağıdakı formada baş verir:
- cəmiyyətin tərəqqi yolu ilə inkişafına səbəb olan dəyişikliklər;
- təkamül yolu ilə dəyişiklik, yəni sosial prosesin tədricən dəyişməsi;
- inqilabi yol ilə dəyişiklik, yəni sosial proseslərin əsaslı dəyişməsi (bu halda bəzən vətəndaş müharibəsi də baş verir);
- sosial modernləşmə, əsasən reforma yolu ilə cəmiyyətin sosial sistemlərində baş verir;
- sosial dairəvi dəyişiklik, arası kəsilməz inkişaf prosesidir;
- spiralvari dəyişiklik, sosial proseslərdə baş verən dəyişikliklər bir-birilə əlaqəlidir.
«Sosial proses» anlayışı sözün geniş mənasında ictimai həyatın bütün sferalarında təzahür edən prosesləri özündə əks etdirir. İqtisadi, mənəvi-ideoloji və siyasi proseslər məhz bu qəbildəndir. Sosiologiyanın predmeti və obyekti baxımından biz yalnız ideoloji və siyasi proseslərin konkret təhlilinə diqqət yetirək.
MƏNƏVİ-İDEOLOJİ sfera insanlar arasındakı ümumi münasibətlərin xüsusi növüdür. O, elmi ədəbiyyatda ideoloji münasibətlər adlandırılır. İdeoloji proses şübhəsiz, müəyyən mənada «ideologiya» anlayışının məzmununu əks etdirir. İdeologiya latın dilində iki söz birləşməsindən əmələ gəlib, ideya – təsəvvür, loqos – isə elm deməkdir. İdeoloji prosesin əsasını təşkil edən «ideoloji fəaliyyət», «ideoloji münasibətlər», «ideoloji təsir», «ideoloji təsəvvür» kimi komponentlərin sosioloji tədqiqi sosiologiyanın metodlarına əsaslanmalıdır.
İdeoloji prosesin strukturunda ideoloji münasibətlər xüsusi yer tutur. Bu münasibətlər ideoloji fəaliyyət subyektlərinin qarşılıqlı fəaliyyətinin daha kütləvi formasıdır. İdeoloji münasibətlər ideoloji fəaliyyətin və onun nəticələrinin mübadiləsi formasında obyektiv şəkildə mövcuddur. Bununla belə onlar əhalinin ən müxtəlif təbəqələri arasında geniş yayılır və ikitərəfli istiqamət kəsb edir, başqa sözlə bu cəmiyyətdə fasiləsiz surətdə baş verən başlıca iqtisadi, sosial, siyasi və mənəvi proseslərdə insanların qarşılıqlı münasibətlərinin ifadəsidir.
İdeoloji prosesin mövcudluğunu başa düşmək üçün ideoloji fəaliyyətin məzmun və istiqamətinin təhlili mühüm əhəmiyyət kəsb edir. Başqa sözlə ideoloji fəaliyyət ideoloji prosesin normal fəaliyyətini və inkişafını təmin edir. İdeoloji fəaliyyət 2 başlıca fəaliyyət növündən – nəzəri və praktiki fəaliyyətdən ibarətdir.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə