Sosiologiya cəMİYYƏt haqqinda elmdiR



Yüklə 1,19 Mb.
səhifə48/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   40   41   42   43   44   45   46   47   48
sosiologiya mühazirə mətnlıəri.2023

Layihələşdirmə gerçəkliyin qabaqcadan əks etdirilməsi formalarından biri olmaq etibarilə spessifik metodlar vasitəsilə nəzərdə tutulan obyektin, hadisənin nümunəsinin yaradılması prosesidir. Başqa sözlə gələcək fəaliyyətin mənzərəsini, vəziyyətini araşdırmaqdır. Sosial layihələşdirmə sosial problemlərin elmi gəhətdən həll olunması vasitəsidir.Sosial layihələşdirmə insanların fəaliyyətinin bütün tərəflərinə xidmət edir və onun bir sıra növləri mövcuddur: yeni istehsalın, şəhərlərin, mədəniyyətin obyektlərinin layihələşdirilməsi. Sosial layihənin xarakteri də çoxcəhətlidir. O. təkamül xarakterili və yeni mahiyyətli dəyişikliklərlə səciyyələnir. Hər bir layihə 3 başlıca məsələni həll edir: kim layihələşdirəcək, nəyi layihələşdirəcək, necə təşkil edəcək. Bu məsələlərin həlli isə ictimai tələbatın ödənilməsi ilə əlaqədardır.
Texnologiya sosial idarəetmənin texnologiyasının məzmununu, sosial təşkilatların fəaliyyətinin səmərəliliyini yüksəldir. Sosial texnologiya vasitəsilə əmək kollektivi təşkil edilir. Sosial texnologiyanın əsas vəzifələri aşağıdakılardır: kadr siyasəti, kadrların ixtisaslarının artırılması,sosial mobilliyin təmin edilməsi, işçilərin stimullaşdırılması, əlaqələrin genişlənməsi, münaqişələrin həll edilməsi.
Sosial proqnozlaşdırma 20 əsrin 20-30-cu illərində yaranmışdır. Proqnozlaşdırma proqnozların işlənib hazırlanmasıdır. O, bu və ya digər prolsesin inkişaf meylini və perspektivini, onların keçmiş və indiki vəziyyətinə dair göstəricilərin təhlili əsasında müəyyənləşdirilməsidir. Ümumiyyətlə sosial proqnozlaşdırma resurslardan, vaxtdan, sosial qüvvələrdən çıxış edərək inkişaf variantını müəyyənləşdirmək və daha münasib, optimal olanını seçmək, onların reallaşdırılmasını təmin etməkdir.
Sosial idarəetmə gerçəklikdə baş verən real hadisə və halların, proseslərin vəziyyətini dürüst, vicdanlı təhlil etməyi və bundan xalqın, cəmiyyətin ümumi mənafeyi üçün düzgün nəticələr çıxarmağı tələb edir.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə