Sosiologiya cəMİYYƏt haqqinda elmdiR



Yüklə 1,19 Mb.
səhifə2/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   2   3   4   5   6   7   8   9   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

Sosiologiya latınca sosietas cəmiyyət və yunanca loqos söz, təlim sözlərinin birləşməsindən əmələ gəlib, hərfən cəmiyyət haqqında təlim deməkdir. Sosiologiya sözü elmə ilk dəfə fransız alimi Oqyust Kont tərəfindən (1798 – 1857) gətirilmişdir.
SOSİOLOGİYA - tarixən müəyyən sosial sistemlərin fəaliyyətinin və inkişafının sosial qanunauyğunluqları, habelə bu qanunauyğunluqların şəxsiyyətlərin, sosial qrupların, birliklərin, siniflərin, xalqların fəaliyyətində təzahür formaları və mexanizmləri haqqında elmdir.
Sosiologiyanın tədqiqat obyekti (obyekt – reallığın seçilmiş bir hissəsidir) cəmiyyətdir. Başqa sözlə o, sosial topluları, sosial qrupları, təbəqələri, sinifləri, ərazi və etnik birlikləri, yəni insanların sabit birgəyaşayışlarını tədqiq edir. Sosial topluların daxilində və onların arasında müxtəlif növ əlaqələr yaranır (iqtisadi, siyasi, sosial, ideoloji, psixoloji və s.). Sosiologiyanı onların arasında baş verən insani münasibətlər, sosial hadisə və proseslər maraqlandırır.
Bildiyimiz kimi bütün elmlər bir-birindən predmetlərinə (elmin predmeti həmin obyektə aid olan prosesləri, əlaqə və münasibətləri əhatə edir) görə fərqlənir. Sosiologiyanın predmetini sosial münasibətlər, yəni insanların bir-birinə onların həyat fəaliyyəti şəraiti və amilləri ilə cəmiyyətdəki mövqe və rolları ilə şərtləndərilmiş münasibətləri təşkil edir.
Sosiologiya bir elm kimi müxtəlif xarakterli vəzifələri yerinə yetirir. Bu vəzifələrin xarakteri nəzəri və tətbiqi sosiologiyanı fərqləndirməyə əsas verir. Belə fərqləndirmə şərti xarakter daşıyır, çünki nəzəri sosiologiya praktik vəzifələrin, tətbiqi sosiologiya isə nəzəri vəzifələrin həllindən kənarda qala bilməz. Nəzəri sosiologiya sosial gerçəklik barəsində biliklərin formalaşması, sosial inkişaf proseslərinin izahı və dərk olunması, sosioloji tədqiqatların metodologiyası və metodlarının işlənib hazırlanması ilə bağlı olan elmi problemləri həll edir. Tətbiqi sosiologiya konkret şəraitdə sosial dəyişikliklərin həyata keçirilməsinə istiqamətlənmiş, elmi cəhətdən kifayət qədər əsaslandırılmış proqznozlar, tövsiyyələr işləyib hazırlayır.
Sosiologiya elminin strukturunda ümumi və müxtəlif xüsusi sosioloji nəzəriyyələri də ayırırlar. Ümumi sosiologiya cəmiyyətin bütün sahələri üçün əhəmiyyətli olan biliklərin toplanması və sintezi, sosial əlaqələr, hadisə və proseslər haqqında nəzəriyyələrin yaradılması ilə məşğul olur. Xüsusi sosioloji nəzəriyyələr sosial əlaqə, hadisə və proseslərin cəmiyyətin ayrı-ayrı sahələrində (iqtisadiyyat, siyasət, mədəniyyət və ideologiyanın sosiologiyası), sosial təsisatlarda (ailə, təhsil, elm, dinin və s. sosiologiyası), sosial toplularda (siniflər, peşə kateqoriyaları, gənclər, ərazi birliklərinin və s. sosiologiyası), kütləvi komunikasiya vasitələrində (mətbuat, televiziya, kinonun və s. sosiologiyası) həyata keçirilməsinin spesifikasını, özgünlüyünü öyrənir. Bundan başqa ictimai intizamın pozulması hadisələri (cinayətkarlıq, narkomaniya və s.), miqrasiya və digər demoqrafik münasibətləri öyrənən xüsusi sosioloji nəzəriyyələr də vardır. Şəxsiyyətin sosial mahiyyətini, onun təşəkkülünün sosial mexanizmlərini, cəmiyyətdəki yeri və rolunu öyrənən şəxsiyyətin sosiologiyasını da xüsusi sosioloji nəzəriyyələr sırasına aid etmək olar.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə