Sosiologiya cəMİYYƏt haqqinda elmdiR


Sosial qanun və kateqoriyalar



Yüklə 1,19 Mb.
səhifə5/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   2   3   4   5   6   7   8   9   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

3. Sosial qanun və kateqoriyalar


Məlumdur ki, qanun hadisələrin daxili, mühüm və sabit əlaqəsi və ya münasibəti olub, onların nizamlı dəyişilməsini şərtləndirir. Qanunları bilmək əsasında prosesin cərəyanını irəlicədən etibarlı surətdə müəyyənləşdirmək mümkündür.
Sosial qanunlar sosial hadisələrin, proseslərin mühüm, zəruri və ümumi əlaqələrini ifadə edir, fərdlərin, qrupların, birliklərin fəaliyyətində təzahür edir, onlar arasındakı rəngarəng münasibətləri müəyyənləşdirir. İnsanlar bu qanunları dərk edərək, öz həyat fəaliyyəti şərtlərini dəyişdirir, yeniləşdirir. Sosial qanunların fəaliyyət mexanizmini aşkara çıxarmaq, onları hərtərəfli tədqiq etmək çox mürəkkəb işdir, lakin vacib vəzifədir.
Qanunlar özünün təsir müddətinə görə - ümumi və spesifik - qanunlara bölünür. Ümumi qanunlar bütün ictimai sistemlərdə fəaliyyət göstərir, spesifik qanunlar isə bir və ya bir neçə ictimai sistemlərlə məhdudlaşır.
İfadə olunma üsuluna görə qanunlar - dinamik və statik - qanunlara bölünür. Dinamik qanunlar sosial dəyişikliklərin istiqamətlərini, amilliri və formalarını müəyyənləşdirir, konkret şəraitdə hadisələrin ardıcıllığı arasında qəti və birmənalı əlaqəni göstərir. Statik qanunlar sosial hadisələri sərti determinasiya etməyib, sosial tamın sabitliyinin saxlanılması şərti daxilində dəyişikliklərin əsas istiqamətlərini əks etdirir.
Dinamik qanunlar: səbəbiyyat və funksional qanunlara bölünür. (səbəbiyyat dinamik qanunları sosial hadisələrin inkişafının sərt determinasiya olunmuş əlaqələrini göstərir; funksional dinamik qanunlar isə sosial hadisələr arasında emprik surətdə müşahidə və ciddi surətdə təkrar olunan qarşılıqlı asılılıqları əks etdirir).
Statik qanunlar isə, inkişaf və fəaliyyət qanunlarına bölünür: (inkişaf statik qanunlar, məs – əhalinin maddi və mənəvi təlabatlarının inkişafı; fəaliyyət statik qanunlar, məs - əmək kollektivinin formal və qeyri-formal strukturunun vəhdəti, ailədə rol funksiyasının paylanması).
Sosial qanunlar əlaqə formasına görə də fərqlənir. Bu halda qanunları 5 kateqoriyaya ayırmaq olar:

  1. Sosial və ya onlarla bağlı hadisələrin invariant (dəyişməyən) birgə mövcudluğunu əks etdirən qanunlar. Məsələn, totalitar idarə sisteminə əsaslanan hər bir cəmiyyətdə gizli müxalifət mövcuddur.

  2. İnkişaf təmayüllərini əks etdirən qanunlar. İnkişaf yalnız o zaman baş verir ki, eyni bir obyektin iki ardıcıl surətdə götürülmüş halı bərpa olunmaz mühüm dəyişikliklərə uğramış olsun, yəni bir keyfiyyətli strukturdan digər keyfiyyətli struktura keçid baş versin (Məsələn, ziyalılar arasında keyfiyyət dəyişmələri onların bütün sosial münasibətlərə təsirinin artmasını şərtləndirir, cəmiyyətdəki rolunu qüvvətləndirir.

  3. Sosial hadisələr arasında funksional asılılığı müəyyənləşdirən qanunlar. Əgər inkişaf qanunları sosial obyektin bir keyfiyyətdən digərinə keçməsini şərtləndirirsə, funksional qanunlar bu keçmə üçün ilkin şərait və zəmin yaradır. (Məsələn – insanlar siyasi praktikada, cəmiyyət işlərinin idarəsində nə qədər fəal iştirak etsələr, onların siyasi mədəniyyəti nəticə etibarilə bir o qədər yüksək olar).

  4. Sosial hadisələr arasında səbəbiyyat əlaqəsini müəyyən edən qanunlar. Funksional və səbəbiyyat əlaqələrini müəyyən edən qanunların fərqlənməsi heç də o demək deyildir ki, funksional səbəbiyyatın növü ola bilməz. Funksional əlaqə səbəbiyyatı ifadə edə də bilər, etməyə də bilər. Bu anlayışlar bir-birinə qismən uyğun gəlir.

  5. Sosial hadisələr arasında əlaqə ehtimalını müəyyən edən qanunlar. (Məsələn, kənd gəncləri arasında qanunun pozulması ehtimalı onların şəhərə göçməsi ilə əlaqədar olaraq artır).

Sosial gerçəkliyin mahiyyətini dərk etmək prosesi yalnız sosial qanunların üzə çıxarılmasını deyil, sosial kateqoriyaların müəyyənləşdirilməsini tələb edir. ( Kateqoriya – yunan sözü olub, göstəriş, şəhadətnamə deməkdir).
Məlum olduğu kimi kateqoriyalar idrakın tarixi inkişafı gedişində, ictimai praktika prosesində formalaşır. Bunların əsasında insanın predmet fəaliyyəti üsullarının, ünsiyyət vasitələrinin inkişafı dayanır. Sosial kateqoriyalar sosiologiyanın əsas və ən ümumi, obyektiv gerçəkliyi ümumiləşdirilmiş halda, onu təşəkkül, inkişaf və bərqərar olma prosesində götürərək əks etdirən anlayışlarıdır.
Sosial kateqoriyaların müəyyən spesifikası vardır:
Onlar cəmiyyəti bütövlükdə deyil, onun konkret komponentlərini əks etdirir. Onlar yalnız sosiologiyada işlənən spesifik kateqoriyalardır. Sosial kateqoriyaların zənginləşməsi empirik tədqiqatların daha əsaslı aparılmasına kömək edir.
Sosial kateqoriyaları şərti olaraq metodoloji və prosedur kateqoriyalara bölmək olar. Metodoloji kateqoriyalar öz növbəsində 4 qrupa ayrılır:
a) sosial əlaqələri açan kateqoriyalar – sosial fakt, sosial hərəkatlar, sosial münasibətlər, sosial nəzarət, sosial təsisatlar və s.;
b) sosial topluları açan kateqoriyalar – sosial birlik, qlobal cəmiyyət, sinif, millət, sosial qrup və s.;
v) sosial prosesləri əks etdirən kateqoriyalar – sosial yerdəyişmələr, sosial fəallıq, təhsil və s.;
q) sosial inkişafı açan kateqoriyalar – sosial dəyişiklik, başqalaşma, artma, hərəkat və s.
Prosedur kateqoriyalara səhra işləri və informasiyanın işlənməsi zamanı fəaliyyət göstərən kateqoriyalar aiddir (bir çox növü olan tədqiqat texnikası, müxtəlif üsulları olan sosioloji ölçmə, anlayışların empirik təfsilatı və s.)

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə