Sosiologiya cəMİYYƏt haqqinda elmdiR



Yüklə 1,19 Mb.
səhifə7/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   2   3   4   5   6   7   8   9   10   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023



















M Ö V Z U 2


SOSİOLOJİ FİKRİNİN İNKİŞAF İSTİQAMƏTLƏRİ


Plan:
1. Sosiologiyanın yaranması.
2. Müasir sosioloji paradiqmalar.
3. Azərbaycanqda sosial fikir tarixi.


Ə D Ə B İ Y Y A T:

Э.Гидденс Социология, Москва, 1999.


С.С.Фролов Социология, Москва, 1999.
Л.М.Куликов Основы социологии и политологии, Москва, 1999.
А.И.Кравченко Основы социологии, Москва, 1998.
R.Quliyev Sosiologiya, Bakı, 1995.
M.Əfəndiyev, A.Şirinov Sosiologiyanın nəzəri problemləri, Bakı, 2001.


  1. Sosiologiyanın yaranması

«Sosiologiya»nın bir elm gənc olmasına baxmayaraq öz çoxşaxəliliyi ilə seçilir. Dəqiq elmlərdən fərqli olaraq sosiologiyanı ümumi qəbul edilmiş nəzəriyyə ilə izah etmək mümkün deyil. Ona görə ki, bu elm insan davranışını tədqiq edir və bu üzdən də sosioloqlar sosial proseslərin izahına müxtəlif yönümdən yanaşır, qiymət verir, dəyişdirilmə yollarını göstərirlər. Keçən mühazirəmizdə sosioloji fikir tarixindən xüsusi mövzumuzun olacağını söyləmişdim. Sosioloji problemlər bəşəriyyət yarandığından bəri mövcud olduğundan qədim dövrlərdən bu günə qədər müxtəlif mütəfəkkirlərin baxışlarında, nəzəriyyələrində sosial proseslər təhlil və izah edilmişdir və bundan sonra da ediləcəkdir.
Buna əsasən sosioloqlar tarixi baxımdan sosiologiyanın yaranmasını 3 dövrə ayırırlar: qədim (Platon, Aristotel); yeni (Makiavelli, hobbs və s.); müasir (Kont, Marks, Dyürkqeym, Veber və s.)
Qədim dövrün sosiologiyasını sosial fəlsəfə adlandırırlar. Bu dövrün nümayəndələri olan Aristotel və Platon əsasən adət – ənənələri, insanların qarşılıqlı münasibətlərini öyrənib, cəmiyyətin təkmilləşdirilməsi haqqında konsepsiyalar hazırlayıblar. O zaman cəmiyyət və dövlət sözləri sinonim şəklində işlədilirdi. Platon özünün «Dövlət» əsərində stratifikasiya nəzəriyyəsini işləyərək, cəmiyyəti 3 sinfə yuxarı (idarə edənlər), orta (hərbiçilər) və aşağı (kəndlilər) bölürdü. O deyirdi ki, dövləti idarə edənlərə müəyyən məhdudiyyətlər qoyulmalıdır. Məs – 50 yaşından sonra, təhsilli, ciddi və s. Aristotel isə daha çox üstünlüyü orta sinfə verirmişdi ,belə ki, nə qədər orta sinfin vəziyyəti yaxşı olar və onlar sayca çoxluq təşkil edərsə, onda dövlət daha yaxşı idarə olunar.
Yeni dövrün ilk mütəfəkkirlərindən sayılan Nikolo Makiavelli (1469 – 1527) Aristotel və Platondan bəhrələnərək cəmiyyət və dövlət haqqında nəzəriyyələr işləyib hazırlamışdır. Onun «Hökmdar» əsərində dövlətin strukturundan deyil, onu idarə edən siyasi liderdən bəhs edilir. Makiavellinin fikrincə hökmdar insanların davranış qanunlarını bilərsə, uğur qazanar.
Tomas hobbsun (1588 – 1679) xidmətlərindən bəhs edərkən qeyd etmək lazımdır ki, o ictimai müqavilə nəzəriyyəsini işləmişdir. Bu da öz növbəsində vətəndaş cəmiyyətinin əsasını qoymuşdur. Vətəndaş cəmiyyəti – inkişafın yüksək mərhələsi olub, ictimai müqavilə və hüquqi qanunlara əsaslanır.
Müasir dövr: Müasir dövr bir qədər əvvəlki dövrlərdən fərqlənir. Belə ki, bu zaman Avropa ölkələri kapitalizm mərhələsinə keçid ərəfəsindədir. Bu dövrün görkəmli mütəfəkkirlərindən O.Kont və K.Marks kapitalizmin ilkin, E.Dyürkqeym və M.Veber isə sonrakı mərhələlərində yaşayıb yaratdıqları üçün aralarında bəzi fərqlər vardır.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə