Sosiologiya cəMİYYƏt haqqinda elmdiR



Yüklə 1,19 Mb.
səhifə15/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   11   12   13   14   15   16   17   18   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

Sosial təşkilatlar – Təşkilat müəyyən ictimai funksiyanı yerinə yetirən institut kimi formalaşan sosial birlikdir. Təşkilat müəyyən sosial qrupları özündə birləşdirərək fəaliyyətin məqsədlərini istiqamətini təşkil edir və ona nəzarət edir.. Cəmiyyətin sosial təşkilatı müəyyən iqtisadi, sosial, siyasi və ideoloji məqsədlərə çatmaq üçün yaradılır. Sosial təşkilatın ünsürlərinə sosial mövqelər sistemi və rolları, norma və dəyərlər daxildir. Sosial təşkilatların xüsusiyyəti hər şeydən əvvəl onların müəyyən iyerarxiyaya malik olmasıdır. Bundan başqa təşkilatlar müəyyən məqsədli sistemlərdir. Onlar cəmiyyət tərəfindən hər hansı bir xüsusi vəzifəni yerinə yetirmək üçün yaradılır. Təşkilatın məqsədi həm kənardan verilə bilər, həm də onun daxilində işlənə bilər. Sosioloqlar formal və qeyri-formal təşkilatları bir-birindən ayırırlar. Qəti şəkildə müəyyənləşdirilmiş bütün sosial rollardan, formal təsisatlardan, formal sanksiyalar sistemindən, bir sözlə, hüquqi yolla müəyyənləşdirilmiş göstəriş və kodekslərin formalaşdırılmış sistemindən yaranan birlik formal təşkilatdır. Qeyri-formal təşkilat dedikdə isə biz gündəlik qarşılıqlı əlaqələrin gedişində spontan surətdə meydana çıxan sosial rollar, qeyri-formal təsisatlar və qeyri-formal sanksiyalar başa düşürük.
Sosial təsisatlar – Cəmiyyətin sosial təşkili çərçivəsində sosial əlaqə və münasibətlərin müəyyən davamlılığını təmin edən spesifik birlik sahələri sosial təsisat adlanır. Onlar həm xarici-formal struktur nöqteyi-nəzərdən, həm də daxili fəaliyyətinə görə xarakterizə oluna bilər.
Sosial yarımsistemlər arasında sərhəd qoymaq şərti xarakter daşıyır. Sosial sistemin bu və ya digər meyar əsasında ayrılması sosioloji tədqiqatın vəzifəsi ilə müəyyən edilir. Eyni sosial sistem eyni dərəcədə həm sosial qrup, həm sosial təsisat, həm də sosial təşkilat ola bilər.
Sosiologiyada cəmiyyətə determinist yanaşma funksional yanaşma ilə tamalanır. Funksional nəzəriyyəyə görə cəmiyyətin yarımsistemləri arasında təkcə məqsədli əlaqələr deyil, funksional asılılıq vardır. Bu ideyanın əsasını ingilis sosioloqu Q.Spenser (1820-1903) və amerikalı sosioloqlar A.Radklif-Braun, R.Merton, T.Parsons qoymuşlar. Funksional yanaşmanın əsas prinsipləri nədən ibarətdir: onlar da cəmiyyətə bütöv bir sistem kimi baxaraq, onun yarımsistemlərinin olduğunu qeyd edirlər (iqtisadi, siyasi, hərbi, dini və s.). Ancaq bu yarımsistemlərin hər biri müəyyən konkret funksiya yerinə yetirir. Bu funksiyalar hər hansı bir tələbatı ödəyərək cəmiyyətin davamlılığını təmin edir.
T.Parsons cəmiyyətin bütöv sisteminin mövcudluğunun təminatının əsas funksional tələbatının izahını belə göstərir: 1) uyğunlaşma; 2) istiqamətləndirmə; 3) birləşmə; 4)təkrar istehsal.
Bu funksiyalar da öz növbəsində yarımsistemlərin (uyğunlaşma iqtisadi yarımsistemin, istiqamətləndirmə siyasi yarımsistemin, birləşmə hüquq və adət-ənənələrin, təkrar istehsal isə dinin, sosiallaşmanın, ailə və təhsilin) təminatçısı rolunu oynayırlar. Determinist və funksional nəzəriyyələrin fərqi ondadır ki, determinist yanaşmaya görə bir (iqtisadi) yarımsistem əsas götürülür, funksionalzmdə isə əksinə hər bir yarımsistemin funksiyaları cəmiyyət üçün eyni dərəcədə vacib hesab edilir.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə