Sosiologiya cəMİYYƏt haqqinda elmdiR


Əməkdaşlıq - rəqabət - münaqişə - razılıq



Yüklə 1,19 Mb.
səhifə17/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   13   14   15   16   17   18   19   20   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

Əməkdaşlıq - rəqabət - münaqişə - razılıq.
Əməkdaşlıq – iki və ya daha artıq insanın və qrupların ümumi bir məqsədi həyata keçirmək üçün maddi qüvvələrini, enerjilərini, birliklərini birləşdirəcək hərəkət etmələrikimi başa düşülür. Əməkdaşlıq ümumi bir məqsədə doğru yönəlmiş birgə işə əsaslanan sosial əlaqə formasıdır.
Rəqabət – insanların və ya cəmiyyətin bütün qüvvələrini fəallaşdıraraq, onlara bir-birindən daha üstün müvəffəqiyyətlər əldə etmək üçün onların mövcud qüvvə və imkanlarının inkişafına səbəb olan müsbət bir sosial əlaqə formasıdır.
Münaqişə – tərəflərin bir-birinə zərər vermək istəyindən doğan bir prosesdir. Münaqişə iki və daha çox insanın ya da qrupun bir-birini rədd etmələrini ifadə edən bir əlaqə formasıdır.Bu əlaqənin ən ibtidai və amansız forması müharibədir. Münaqişə sosiologiyanın əsas məsələlərindən biridir. Sosiologiya münaqişələrin yaranma səbəblərini, onun həll edilməsi yollarını, sosial həyata təsirini öürənir. İqtisadi, siyasi, sosial və mənəvisahələrdə yaranan ziddiyyətlər vaxtında həll edilmədikdə münaqişələr baş verir. K.Marksa görə münaqişələr siniflərarası mübarizənin kəskinləşməsi nəticəsində baş verir. R.Dorendorf isə sosial münaqişəni sosial qruplar arası baş verdiyini irəli sürür. Onun fikrinə görə belə münaqişələrin islahatlar yolu iləaradan qaldırılması mümkündür. Milli-etnik zəmində yaranan münaqişələr də geniş yayılmışdır. Etnik münaqişələr əksər hallarda hansısa bir dövlətin daxilində baş verir. Bu da azlıq təşkil edən etnik qrupun azadlığı, müstəqilliyi və ya müəyyən bir status, həmçinin iqtisadi və sosial ədalətsizlik üzündən baş verir.
Millətlərarası münaqişə dedikdə isə eyni zamanda iki müxtəlif səviyyədə bir-biri ilə yanaşı mövcud olan və bir-birini tamalayan reallıqlar başa düşülür. Təcəvüzkar separatçılıq zəminində baş verən münaqişə cəmiyyət üçün daha təhlükəlidir. Onun qarşısının vaxtında alınması sabitliyin yaranmasının əsas şərtlərindən biridir.
Razılıq – əməkdaşlıq və münaqişədən fərqlənən əlaqə növüdür. Burada tərəflər um arasında minimümumi fəaliyyətin yaranması vacibdir. Razılaşma iki və ya daha çox insanın və ya qrupun aralarında ola biləcək münaqişələrin qarşısını almaq və ya zəiflətmək, ya da yox etmək üçün insanların bir-birinə təsir etməsi ilə səciyyələnən sosial əlaqə formasıdır.
Sosial qarşılıqlı əlaqələr dedikdə isə, sosial fəaliyyət vasitəsilə həyata keçirilən ictimai həyatın müxtəlif sferaları, hadisə və prosesləri arasındakı qarşılıqlı əlaqələr təsəvvür edilir. Sosial qarşılıqlı əlaqə həm qapalı obyektlər arasında (xarici qarşılıqlı əlaqə), həm də ayrıca obyektin və onun ünsürləri arasında (daxili qarşılıqlı əlaqə) ola bilər. Sosial qarşılıqlı əlaqə obyektiv və subyektiv tərəflərə malikdir. Qarşılıqlı əlaqənin obyektiv tərəfi ayrı-ayrı adamlardan asılı olmayan, lakin qarşılıqlı əlaqənin məzmununu və xarakterini əlaqələndirən və ona nəzarət edən əlaqə təşkil edir. Qarşılıqlı sosial əlaqənin subyektiv tərəfi dedikdə insanların müvafiq davranışının qarşılıqlı gözləmələrinə əsaslanan və onların bir-birinə olan şüurlu münasibəti başa düşülür. Bu bir qayda olaraq, müəyyən zaman ərzində konkret sosial birliklərdə cəmləşən şəxsiyyətlərarası münasibətlərdir.
Qarşılıqlı əlaqə adətən yeni sosial münasibətlərin meydana gəlməsinə gətirib çıxarır. Sosial münasibətləri fərdlər və sosial qruplar arasında nisbi sabitlik və müstəqillik əlaqəsi kimi təsəvvür etmək olar. Fərdlərin və ya sosial qrupların bir-birinə qarşı yerinə yetirməli olduqları vəzifələri, borcları və ya müəyyənləşdirilmiş funksiyalar məcmusunu əhatə edən müəyyən sabit sistemi sosial münasibətlər adlandırmaq olar. Deməli sosial münasibətlər sosial sistemlərin çox geniş dairəsini əhatə edir. Sosial münasibətlər ictimai münasibətlərdən müəyyən dərəcədə fərqlənir. İctimai münasibətlər daha geniş anlayışdır. M.Əfəndiyev, A.Şirinov «Sosiologiyanın nəzəri problemləri» kitabında yazmışlar: İctimai münasibətlər sosial qruplar, siniflər və millətlər arasında, eləcə də iqtisadi, sosial, siyasi, mədəni həyatları və fəaliyyətləri prosesində onların daxilində yaranan çoxcəhətli əlaqələri əks etdirir. Sosial münasibətlər ictimai münasibətlərin tərkib hissəsinə daxildir.
Bundan başqa hər bir sosial qrup bir sıra inandırma, göstəriş və qadağa üsulları, məcburiyyət və fiziki zorakılığa qədər təzyiq sistemlərini tanımaq, hörmət etmək, irəli çəkmək, mükafatlandırmaq üsulları işləyib hazırlayır. Bunun hesabına fərdlərin, yarımqrupların davranışı qəbul olunmuş hərəkat etalonu və dəyər meyarları ilə uyğunlaşdırılır. Bu sistem sosial nəzarət sistemi adlanır. Sosial nəzarət sisteminin elementləri adətlər, vərdişlər və sanksiyalar sistemindən ibarətdir.Sosial nəzarət sistemi vasitəsilə cəmiyyətin sosial münasibətləri tənzimlənir.


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə