Sosiologiya cəMİYYƏt haqqinda elmdiR


Sosial sistem və onun təsnifatı



Yüklə 1,19 Mb.
səhifə14/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   10   11   12   13   14   15   16   17   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

3. Sosial sistem və onun təsnifatı.
Sosial sistemi 5 istiqamətdə nəzərdən keçirmək olar:
1.Fərdi keyfiyyətlərə malik olan şəxsiyyətlərin qarşılıqlı əlaqəsi kimi
2.Sosial münasibətlərin təşəkkülü və sosial qrupların yaranmasının qarşılıqlı sosial əlaqəsinin nəticəsi kimi
3.Bu və ya digər ümumi amillər əsasında birləşən insanların qarşılıqlı əlaqəsi kimi
4.Sosial sistemə daxil olan şəxsiyyətin müəyyən mövqedən öz sosial funksiyasının və rolunun yerinə yetirilməsi kimi
5.Həmin sistemə daxil olan ünsürlərin davranışının xarakteri və məzmunu müəyyən edən norma və dəyərlərin məcmusu kimi.
Göründüyü kimi, birinci istiqamət fərdiçilik, ikinci sosial qrup, üçüncü sosial birlik, dördüncü sosial təşkilat, beşinci sosial təsisat və mədəniyyət anlayışı ilə bağlıdır.
Sosial qrup - sosial cəhətcə əhəmiyyətli əlamətlərin və ümumiliyin əsasında yaranan insanların birliyidir. Sosial qruplar birinci növbədə onun üzvlərinin qarşılıqlı fəaliyyətinin üsulu ilə səciyyələnir. İndiyə qədər qrup problemlərinin gözdən keçirilməsi gedişində onları böyük və kiçik qruplara bölürlər. Kiçik qruplar - 30 nəfər üzvü olan, dostluq əlaqələri vasitəsilə əlaqələndirilən, şəxsi kontaktlara üstünlük verən və üzvlər arasında münasibətlərin tənzimlənməsində qeyri-formal təşkilatların olması ilə səciyyələnir. Böyük qrupun dəqiq tərifi yoxdur. Ümumiyyətlə, elə qruplar böyük qrup adlandırılır ki, onun bütün üzvlərinin bir-birini şəxsən tanımır (kütləvi birliklər, sinif, dini, etnik və digər qruplar).
Qruplar həm də ilkin və əlavə qruplara bölünür. İlkin qruplar kiçik qrupların xüsusi növüdür. Əlavə qruplar müəyyən məqsədlərin reallaşdırılması üçün təşkil olunmuş, əsas etibarilə vasitəli predmet münasibətləri əhəmiyyətə malik olduğu və ya üstünlük təşkil etdiyi müxtəlif qruplardır.
Bundan əlavə qeyri-formal və formal qruplar da mövcuddur. Sosial qruplar olduqca müxtəlif olduğundan bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir va bununla belə birgəyaşayış formalarını əhatə edir. Sosiologiyanın vəzifəsi isə bu birgəyaşayış formalarının təsnif edilməsindən, onların tərkib elementlərinin, qurluşunun və onlarda baş verən proseslərin təsvir edilməsindən ibarətdir.
Sosial birliklər _ (şəhər, kənd, əmək kollektivi) xarakterik xüsusiyyəti ondan ibarətdir ki, sosial sistemlər məhz onların əsasında yaranır. Sosial birliklər həyat şəraitinin ümumiliyi ilə xarakterizə olunan insanların məcmusudur (iqtisadi, sosial,peşə hazırlığı, mənafe və tələbatlar). Sosial birliklərin əsasən üç növünü ayırmaq olar:
1. Davamlılıq dərəcəsinə görə _ qısa müddətli, orta, uzunmüddətli
qısa müddətli birliklərə məsələn, teatr tamaşaçıları, qatarda gedən sərnişin, turist qrupu və s. aid etmək olar. Orta dayanıqlı birliklərə isə zavod və ya fabrik işçiləri, məktəblilər,tələbələr aiddir. Milləti, sinfi isə uzunmüddətli birliklərə aid edirik.
2. Ölçüsünə görə isə birlikləri 3 qrupa ayırmaq olar _ böyük sosial birliklər (millət, sinif, sosial təbəqə, ixtisaslaşmış birlik və s.); orta sosial birliklər (hər hansı əraziyə görə bölgü); kiçik sosial birliklər ( ailə, mağaza işçiləri,pilot qrupu və s.).
3. Tərkibinə görə isə sosial birlikləri 5 qrupa ayırmaq olar :
1.Sosial-iqtisadi (kasta, sinif);
2.Sosial-etnik (qəbilə, tayfa, xalq, millət) ;
3.Sosial-demoqrafik (gənc, cavan, qoca, kişi, qadın və s.)
4.Sosial-peşə (müəlləm, həkim, injener);
5.Sosial-ərazi (şəhər, kənd əhalisi və s.)
(2.Etnos (yunanca xalq, tayfa ) həyat fəaliyyəti üsulu kimi başa düşülən mədəniyyət və özünüdərk ümumiliyinə əsaslanan spesifik sosial qrupdur. O tarixən müəyyən ərazi daxilində yaşayan, mədəniyyət (dil də daxil olmaqla) və psixoloji xarakterin dəyişilməz xüsusiyyətlərinə və ümumi cəhətlərinə malik olan, habelə özlərinin birliyini və başqalarından fərqlərini dərk edən insanların sabit məcmusudur. Etnos xüsusi mədəniyyət əsasında ayrılmış birliklərə deyilir. Onlara tayfalar, xalqlar və millətlər aiddir. Etnik birliklərin inkişaf nəzəriyyəsinə görə bu birliklərin əsası ailə, daha geniş ittifaq isə bir neçə ailəni birləşdirən qəbilə olmuşdur. Qəbilələr birləşərək artıq qan qohumluğu ilə deyil, ümumi əcdaddan törənişə olan inamla bağlı totemik klanlar əmələ gətirmiş, bir neçə klan isə birləşərək tayfaları yaratmışlar. Tayfalar sonrakı mədəni inkişaf prosesində xalqlara, onlar isə inkişafın ali mərhələlərində millətlərə çevrilmişlər. Xalq hər şeydən əvvəl öz mədəniyyətinə görə seçilir. Millət etimoloji mənada ərəb sözüdür və mənası əhali deməkdir. Millət – insanların tarixən sabit birliyi olub, dil, ərazi, iqtisadi həyat və mədəniyyət ünsürləri birliyinə əsaslanır

3. Demoqrafiya iki yunan sözündən (demos – xalq, qrafika – təlim) ibarət olub əhali artımı haqqında elm deməkdir. Bu xüsusi bilik sahəsinin banisi ingilis alimi Con Qraunt (1620-1674) hesab edilir. Bu elm ayrı – ayrı ölkələrdə əhalinin ümumi sayını, cinsi və yaş tərkibini, artım sürətini, əhalinin təkrar istehsalını, məskunlaşmasını, yerdəyişməsini, sosial, milli-etnik, irqi və dini strukturunu, təhsil səviyyəsini, işlə təmin olunmasını, nəsillərin bir-birini əvəz etmə dinamikasını öyrənməklə məşğuldur.. Əhali artımı müəyyən müddət ərzində doğulanlarla ölənlərin say nisbətindən ibarət olduğu üçün ölkədə nigah bağlanmasının, boşanma hallarının və ölüm faizinin araşdırılması da bu elmin vəzifəsinə daxildir.)



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə