Sosiologiya cəMİYYƏt haqqinda elmdiR



Yüklə 1,19 Mb.
səhifə10/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   6   7   8   9   10   11   12   13   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

Strukturalizm – (20-ci əsrin humanitar elmlərində müəyyən istiqamət olmaqla müxtəlif fəlsəfi və ideoloji təhlil mövqelərini əks etdirir; struktur metodun əsasını münasibətlərin məcmusu olan struktur təşkil edir. Sosiologiyada bu cərəyan Ferdinand de Sossyürun - 1857-1973 isveçrəli linqvistik – adı ilə bağlıdır.) 60-cı illərdə Fransada ən nüfuzlu ideya cərəyanlarından biri strukturalizmdir. Bu cərəyan 19 əsrdə humanitar biliklər sistemində təzahür etməklə müxtəlif fəlsəfi və ideoloji mövqelərdən çıxış etmişdir. Struktur metodun əsasını struktur münasibətlərin məcmusu kimi müəyyənləşdirmək, vahid struktur qanunauyğunluğu üzə çıxarmaq təşkil edir. Strukturalizm xeyli yekcinsliyi ilə səciyyələnir.

Struktur qurluş deməkdirsə belə söyləyə bilərik ki, bu yanaşma sosiologiyanı qurluş nöqteyi-nəzərdən izah edir. Misal, bizlər yas mərasimlərinə gedəndə qara və ya tünd rəngli paltarlar geyinirik. Bu haqda qanunda heç bir şey yoxdur, sadəcə biz insanlar özlərimiz üçün istədiyimiz qanunlarımızı yaratmışıq. Belə misallar çox çəkə bilərik.

Marksizm – bu yanaşma Marksın adı ilə bağlıdır. Onun tərəfdarları cəmiyyəti siyasi cəhətdən yenidən qurmaqda görür və bununla da sosial münasibətlərin dəyişdirilməsinin mümkünlüyünü izah edirlər. Bundan əlavə marksizm cəmiyyətin sinfi bölgüsünə də diqqət yetirərək, onlar arasında baş verən konfliktlərə, hər-hansı bir sinifin hakimiyyətlə yaranan problemlərinə toxunurlar.


  1. Azərbaycanqda sosial fikir tarixi

Cəmiyyətin sosial strukturu, sosial proseslər, şəxsiyyət, insanların qarşılıqlı münasibətləri haqqında fikirlərə Azərbaycanda da qədim zamanlardan, ilk yazılı abidə olan «Avestadan» tutmuş bu günə qədər rast gəlinir. «Avesta» (e.ə. 5-ci, bəzi mülahizələrə görə 7-ci əsrlərdə yazıldığı güman edilir) əxlaqi, sosial, siyasi, dini və s. biliklərin ensklopediyasıdır. Bütünlükdə götürüldükdə Avestanın əsas ideyası dualizmdir (işıqla qaranlıq, həyatla ölüm, xeyirlə şər, ədalətlə haqsızlıq arasında mübarizə). Burada mənəviyyat 3 ifadədə yekunlaşır: xeyirxah fikir, xeyirxah söz, xeyirxah iş.
Nizami Gəncəvi (1141-1209) insan və cəmiyyətə ümumi mövcudat kimi baxmış və onlar arasında münasibətləri daim izləmişdir. Mütəfəkkir təbiət və cəmiyyətdə baş verən hadisələri insan mənafeyi baxımından qiymətləndirmişdir. İnsan yer üzünün ən kamil xilqətidir deyən Gəncəvi insanı iləhiləşdirir və mövcud şeylərdən hamısının onun qarşısında baş əyməsini söyləyir. Onun əsərlərində insan surəti peyğəmbər, ədalətli şah, zəhmət adamı və ümumiyyətlə, xilqətin üstünlük verdiyi İnsan simasında nümayiş etdirilir. Mütəfəkkirin nəzərində insan öz bacarıq və qabiliyyəti sarıdan yer üzünün ağasıdır. Dünyada hər şey onun xidmətindədir. Nizaminin insan və cəmiyyət haqqında düşüncələrində şah və rəiyyət münasibətləri başlıca yer tutur. O göstərir ki, ölkənin maddi və mənəvi yüksəlişi, sosial-siyasi tərəqqisi ona başçılıq edən şahın əməllərindən çox asılıdır. İnsaf və ədalətlə iş görən hər kəs uğur qazanar(Sirlər xəzinəsi). «İskəndərnamə» poemasında ədalətli şəhər və onun qonaqpərvər, humanist sakinlərin xasiyyətləri təbliğ edilir. Burada İskəndər dünya yaxşılar üzərində dayanmışdır qənaətinə gəlir. Nizaminin utopik fikirləri Azərbaycanda və bütün Şərqdə mütərəqqi ictimai fikrin inkişafında mühüm rol oynamışdır.
Nəsrəddin Tusi (1201-1274) Böyük ensiklopedik alim, görkəmli filosof Tusi ölkəni idarə etmək haqqında mühakimələrində insan və cəmiyyətə dair maraqlı fikirlər söyləmişdir. İctimai varlıq kimi səciyyələndirdiyi insanın cəmiyyətdən kənarda mövcudluğunu qeyri-mümkün saymış və belə fikir söyləmişdir ki, insan növü öz təbiəti etibarilə ictimai birliyə möhtacdır. İnsanlar arasında birinci ictimai birlik ailə, sonra məhəllə, şəhər, ölkə və nəhayət bütün dünyadır. Tusi ədalətli dövləti təşkil edən 4 sinfi: qələm əhli (ziyalılar) qılınc əhli (hərbçilər) müamilə əhli (tacirlər, sənətkarlar) ziraət əhli (əkinçilər,maldarlar, bağbanlar) göstərmiş və söyləmişdir ki, bu 4 dəstə bilrgə fəaliyyət göstərsə səadət sistemi əmələ gələr.
Sonra İmadədin Nəsimi, Məhəmməd Fizuli və başqalarının da haqqında danşmaq olar. Amma mən bir az da 19-cu əsrin mütəfəkkirlərindən bəhs etmək istəyirəm. Belə ki 19-cu əsrin əvvəllərindən başlayaraq Azərbaycan xanlıqlarından bəziləri Rusiyanın himayəsi altına keçmiş və bu da onun müstəmləkə altına salınması demək idi. Müstəmləkəçilik siyasəti yürüdən çarizm Azərbaycan dilinin və mədəniyyətinin inkişafına əngəl törətmişdir. Bütün bunlara baxmayaraq bu dövrdə klassik ənənələri və yeni ictimai-siyasi ideyaları özündə birləşdirən çox görkəmli mütəfəkkirlərlə zəngindinr (Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov və s.)
Abbasqulu ağa Bakıxanovun (1794-1847) fikrincə cəmiyyət adamların öz tələbatını ödəmək üçün lazım olan birgə yaşayışdır. O xüsusi mülkiyyətin zəruriliyini göstərərək, cəmiyyətin siniflərə bölünməsinə təbii baxır. Bakıxanov insana cəmiyyətin içərisində yaşayaraq cəmiyyətin əxlaqını mənimsəyən, cəmiyyətə zidd olarkən öz zərərini və ona uyğunlaşarkən öz xeyrini görən ictimai varlıq kimi baxaraq onu digər varlıqlardan fərqnləndirmişdi.
Mirzə Fətəli Axundov (1812-1878) sosial tərəqqi məsələlərinə diqqət yetirmiş və onu insan cəmiyyəti üçün təbii, qanunauyğyn proses hesab etmişdir.Tərəqqi irəliyə doğru inkişaf – sivilizasiya – deməkdir. O, dövrünün filosofları, ədibləri, ziyalıları ilə əlaqə saxlamış əlindən gələn koməyi etmişdir. Onun yaradıcılığı, ictimai-fəlsəfi ideyaları təkcə azərbaycanda deyil, digər Şərq ölkələrində yayılaraq onların inkişafına təsir göstərmişdir.
Hazırda sosiologiya müstəqil elmi kimi bütün qabaqcıl və inkişaf etmiş dövlətlərdə tədris olunur. Azərbaycana gəldikdə onu demək lazımdır ki, Sovet İmperiyası dövründə bu elm tədris olunmayıb. Müstəqillik əldə edən respublikamızda ilk əvvəllər bu elmin inkişafında müəyyən çətinliklər yaransa da, sosiologiyanın tədrisinə diqqət yüksəlmişdi. Hal-hazırda sosiologiya sahəsində çalışan mütəxəssislərin (C. Əhmədli, Z.Göyüşov, A.Şükürov) adlarını çəkmək olar.
Müasir sosioloji nəzəriyyələrin dairəsi nəzərdən keçirdiklərimizlə məhdudlaşmır. Cəmiyyət inkişaf etdikcə, elm təkmilləşdikcə yanaşmalar şəklini dəyişir, yeni konsepsiyalar meydana çıxır, onların araşdırılması və təhlili sosiologiya elmini zənginləşdirir, sosial proses və hadisələrin mahiyyətini daha dərindən dərk etməyə imkan verir.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə