Sosiologiya cəMİYYƏt haqqinda elmdiR



Yüklə 1,19 Mb.
səhifə12/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   8   9   10   11   12   13   14   15   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

İstiqamətləri - proqressiv və reqressiv.
Formaları - təkamül, inqilab, islahat.
Proqress latın sözü olub, irəliyə hərəkat, aşağıdan yuxarı inkişaf, reqres isə əksinə, tərsinə hərəkat yuxarıdan aşağı gerilələmə deməkdir. Təkamül - təbii yolla, yavaş-yavaş tarixi şərtlərlə cəmiyyətin dəyişməsi, təkamülü, tədrici inkişafı formasıdır. İnqilab - cəmiyyət həyatında hər şeyin kökündən dəyişdirilməsidir. Reforma – isəislahatlar, qərar və qanunlarla cəmiyyəti dəyişdirməkdir.
Cəmiyyətin inkişafına təsir edən amillərdən biri modernləşdirmədir ki, L.M.Kulikov onun iki mərhələsini göstərir: Birinci modernləşdirmə XYIII əsrin sonu və XIX əsrin birinci yarısını əhatə edir. Bu mərhələ industriala qədər olan mərhələni əhatə edir. Modernləşmə nəticəsində tədricən əl əməyindən maşın əməyinə keçirilir, azad bazar münasibətləri formalaşır, insanların həyat fəaliyyəti, təhsil, elm və mədəniyyət sahəsində yeniliklər baş verir. İkinci modernləşmə XIX əsrin sonundan başlayaraq bu günə qədər davam edir. Modernləşmənin bu mərhələsində inkişaf etmiş ölkələr digər ölkələrin iqtisadiyyatını gücləndirmək üçün yardım edir, investisiya qoyur, milli kadrlar hazırlayır, ixtisaslaşma həyata keçirilir, ticarət sənaye mərkəzləri yaradılır. Müasir sosial modernləşdirmə sosial sistemin və onun yarımsistemlərinin fəaliyyətini yaxşılaşdırır, funksiyalarını gücləndirir.
Cəmiyyət və onun inkişafı ilə bağlı olan bütün təlimlərin qarşısında bəşəriyyətin taleyini necə həll etmək sualına müxtəlif mövqelərdən cavab vermək durur.
Cəmiyyət təbiətin bir hissəsi kimi meydana gəlmiş və təbiət cəmiyyətə təsir etdiyi kimi cəmiyyət də təbiətə təsir edib öz məqsədinə uyğun ikinci təbiətini yaradır. Cəmiyyətin təbiətə münasibəti hər şeydən əvvəl istehsal əsasında qurulur və münasibətlər tarixi mərhələlərlə müşayiət olunur. Ümumiyyətlə bəşər cəmiyyətinin inkişafı tarixinə üç çevriliş məlumdur: 1). Neolit inqilabı (əkinçiliyin meydana çıxması, təbiətdə olan hazır məhsulların mənimsənilməsindən istehsala keçid), 2). Sənaye inqilabı (kustar əmək alətlərindən maşina keçid), 3). XX əsrin ortalarından başlayaraq hazırda1davam edən elmi-texniki inqilab.
Yuxarıda göstərilən bu inqilablara müvafiq olaraq insan cəmiyyətinin təbiətə münasibətinin 4 mərhələsi müəyyən edilmişdir.
Birinci mərhələ - şüurlu insanın yaranmasından başlayır, əkinçiliyin və maldarlığın meydana gəlməsinə qədər davam edir. İnsan bu zaman özünü təbiətdən ayırmır, onu dəyişdirməyə başlayır.
İkinci mərhələdə - əkinçilik və maldarlıq istehsalın həlledici növü olur. İnsanın təbiətə dağıdıcı təsiri bu dövrdən başlayır.
Üçüncü mərhələ - XIX-cu əsrdə İngiltərədə sənaye inqilabının başlanması ilə müşayət olunur. Artıq bu mərhələdən başlayaraq təbiətlə cəmiyyətin münasibətlərində dərin ziddiyyət başlayır, texniki tərəqqi insanın gücünü artırır.
XX əsrin ortalarında elmi-texniki inqilab nəticəsində təbiətlə cəmiyyətin qarşılıqlı münasibətində - dördüncü mərhələnin başlayır. Bu mərhələdə təbiət – cəmiyyət münasibətlərində böhranlı vəziyyət yaranır ki, bu da insanı öz əməllərinin gələcək nəticələri üzərində düşündürməyə məcbur edir.
Ümumiyyətlə, insanın təbiətdən ayrılması və eləcə də ona qarşı qoyulması doğru deyil, təbiətlə cəmiyyət vəhdət təşkil edir, onlar arasında daimi bir maddələr mübadiləsi gedir. Təbiətin cəmiyyətə təsiri başdan-başa kortəbii xarakter daşıyırsa, cəmiyyətin təbiətə təsiri həmişə insanların yaşayış uğrunda apardıqları öz şüurlu mübarizəsinin nəticəsidir. İnsan fəaliyyətinin miqyasının genişlənməsi ilə bərabər onun təbii mühitə təsir göstərməsində təhlükə də yaranır. Məhz buna görə də insanın özünü istehsal edən insandan qorumaq lazımdır.
İnsan təbiəti, onun füsunkar gözəlliklərini qoruyub saxlamalı və onları gələcək nəsillərə verməlidir. Göründüyü kimi, insanın təbiətə olan münasibəti yalnız istehsal sahəsi ilə məhdudlaşmır, o, həm də mənəvi – estetik münasibətlər obyektidir. Beləliklə, insanın təbiətə təsiri məhsuldar qüvvələrin səviyyəsindən, ictimai quruluşun xarakterindən, cəmiyyətin və insanların özünün inkişaf səviyyəsindən asılıdır.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə