Sosiologiya cəMİYYƏt haqqinda elmdiR


Müasir sosioloji paradiqmalar



Yüklə 1,19 Mb.
səhifə9/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   5   6   7   8   9   10   11   12   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

2 Müasir sosioloji paradiqmalar.
Müasir sosioloji (paradiqmalardan – elmə ilk dəfə amerika alimi T. Kun gətirmiş; problemlərin həllinin elmi ictimaiyyət tərəfindən tanınmış modeli, nəzəriyyə anlayışından daha geniş) yanaşmalardan ən əsasları sayılan FUNKSİONALİZM, STRUKTURALİZM, SİMVOLİK İNTERAKSİONZM, MARKSİZM haqqında danışmaq istəyirəm.
Funksionalzm – (Sosioloji tədqiqatlarda və biologiyada yayılmış cərəyandır. Cəmiyyətin təşkilinin təhlilinə yanaşmaların geniş spekterini əhatə edir; başlıca cəhət cəmiyyətin bir hissəsinin digər hissəsinə və ya daha böyük sosial sistemə inteqrasiyanı və ya adaptasiyanı təmin edən inamın müəyyən aspektinə münasibətdən ibarətdir) Müasir Qərb sosiologiyasında mövcud olan konsepsiyalardan biri cəmiyyətə və onun yarnımsistemlərinə funksionalist münasibətdir. Funksionalizm konsepsiyası hələ 19 əsrin əvvəllərində ən yüksək zirvəsini Ç.Darvinin təkamül nəzəriyyəsinin təşkil etdiyi biologiya elmilərindəki inqilabi kəşflərin təsiri altında yaranmışdır. Sosiologiyanın banisi O.Kont cəmiyyətin «orqanizmik» adlanan izahını vermişdir. O cəmiyyəti bioloji struktur və funksiya konsepsiyaları nöqteyi-nəzərilə baxılmalı olan orqanizm növü kimi təsəvvür edir. Funksionalizm ideyası xeyli dərəcədə ingilis-amerikan sosiologiyasına xasdır, bu üzdən ingilis sosioloqu Q.Spenserin üçcildlik «Sosiologiyanını əsasları» əsərində bu ideyanın əsas müddəaları formalaşmışdır. Funksionalizmin başlıca mahiyyəti ondadır ki, cəmiyyət yarımsistemlərdən ibarət olan bütöv orqanizmdir və bu yarımsistemlər bütövlüyü saxlamaq üçün öz funksiyalarını yerinə yetirirlər.
Simvolik interaksionizm (latın dilində qarşılıqlı təsir, fəaliyyfət deməkdir; sosial qrup və birliklər arasında qarşılıqlı fəaliyyət.) müasir sosiologiyanın əsasən simvolik məzmununu nəzərdən keçirən qarşılıqlı sosial təsirlərin təhlili üzərində cəmləşdirilmiş nəzəri-metodoloji cərəyandır. Burada qarşılıqlı təsirin əsas simvolik ifadəsi və təhlilinə xüsusi diqqət yetirilən dil hesab edilir. Simvolik interaksionalizmi daha çox zənginləşdirən Corc Hilbert Midin yaradıcılığı olmuşdur. İnsan şüurunun, sosial «Mənin» və sosial strukturun yaranmasını qarşılıqlı təsir prosesində birgə əlaqələndirən ardıcıl nəzəri sistemin yaradılmasında xidmət məhz ona məxsusdur. Blumer simvolik interaksionizmin mahiyyətini belə ifadə edir: İnsanlar məna ifadə edən obyektlər aləmində yaşayırlar… Bu aləm bütünlükdə sosial mənşəyə malikdir, çünki mənalar sosial qarşılıqlı təsir prosesində yaranır. Müxtəlif qruplar müxtəlif aləmlər yaradır və bu aləmlər, onları təşkil edən obyektlər öz mənasını dəyişdikdə dəyişir. Bir misal göstərim: İnsanın üriyini öyrənərkən biz bu orqanın orqanizmə nə dərəcədə vacib olduğunu, bundan əlavə hansı funksiyaları yerinə yetirdiyini başa düşürük. Sosioloqlar da belə bir tədqiqat aparırlar ki, əgər hər-hansı bir dini araşdırmaların aparılması, həmin dinə məxsus insanların sosial dəyərlərini öyrənmiş olarıq və onunla da sosial əlaqə yaratmaq mümkün olar.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə