Sosiologiya cəMİYYƏt haqqinda elmdiR


Sosiologiyanın sosial-siyasi və humanitar elmilər sistemində yeri və rolu



Yüklə 1,19 Mb.
səhifə6/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   2   3   4   5   6   7   8   9   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

4.Sosiologiyanın sosial-siyasi və humanitar elmilər sistemində yeri və rolu
Sosiologiyanın sosial-siyasi və humanitar elmilər sistemində xüsusi yer tutmasının bir neçə səbəbləri vardır. Əvvəla, sosiologiya cəmiyyət, onun hadisə və prosesləri haqqında elm olduğuna görə həmin elmlər üçün ümumnəzəri əsas kimi çıxış edir. İkincisi, bu elmlər insanın həyat fəaliyyətinin müxtəlif tərəflərini öyrəndiklərinə görə həmişə sosial aspekti özündə əks etdirir. Üçüncüsü, sosial tədqiqat metodlarından digər sosial-siyasi və humanitar elmlərdə tətbiq edilir. Dördüncüsü, sosiologiya ilə digər elmlərin qovşağında sosial tədqiqatlar sistemi təşəkkül tapmışdır: sosial-iqtisadi, sosial-siyasi, sosial-demoqrafik və s.
Sosiologiyanın müxtəlif sosial-siyasi və humanitar elmlərlə əlaqəsi eyni səviyyəli deyildir. Bu əlaqə həm güclü, çoxcəhətli və intensiv, həm də nisbətən zəif və qeyri-intensiv ola bilər. Sosiologiyanın başqa elmlərlə əlaqəsini qısaca da olsa nəzərinizə çatdıraq. Sosiologiyanın fəlsəfə ilə əlaqəsi zəngin tarixə malikdir.
Sosial fəlsəfədən sosiologiyaya doğru inkişaf yolu buna sübutdur. Fəlsəfə həm varlığın, həm də təfəkkürün idrak prossesinin tabe olduğu ən ümumi qanunları tədqiq etdiyindən sosioloji bilik sahələrilə qırılmaz surətdə bağlıdır. Bu gün sosioloqlar filosoflarla birlikdə cəmiyyətin inkişaf yolunun irəli sürdüyü problemlərə cavablar axtarırlar.
Sosiologiyanın politologiya ilə qarşılıqlı əlaqəsi durmadan inkişaf edir. Belə ki, sosioloji tədqiqatların aparılması, ictimai rəyin öyrənilməsi bu işdə böyük rol oynayır. Politologiya siyasəti və siyasi münasibətləri öyrəndiyindən sosial məqamlara laqeyd ola bilməz. Sosiologiyanın və politologiyanın qarşılıqlı əlaqəsini qeyd edərkən bunu söyləmək lazımdır ki, politologiya siyasi prosesləri, sosiologiya isə siyasətin iştirakçıları olan insan qruplarının fəaliyyətini öyrənir.
Sosiologiyanın hüquq elmi ilə əlaqəsini belə izah etmək olar ki, sosiologiya şəxsiyyətlərin, insan qruplarının sosial münasibətlərini və fəaliyyətini tədqiq edərkən hüquq elminin məlumatlarından istifadə etmişdir. Hüquq elmi də öz növbəsində ümumsosioloji nəzəriyyəyə istinad edir, həmin nəzəriyyənin başlıca müddəalarının konkret sahədə reallaşmasını təmin edir.
Sosiologiya ilə tarix elminin sıx əlaqəlirindən danışarkən qeyd edə bilərik ki, həm tarix, həm də sosiologiya cəmiyyət və onun qanunauyğunluqlarını öz tədqiqatlarının predmeti və obyekti hesab edir. Lakin tarix ilə sosiologiyanın fərqli cəhətləri vardır. Tarix artıq baş vermiş sosial prosesləri, sosiologiya isə davam etməkdə olan prosesləri izah edir. Sosioloq sosial vəziyyətləri, prosesləri hələ tarixə çevrilməmiş təhlil etməli, onları proqnozlaşdırmalı olur.
Sosiologiya şəxsiyyətin kollektivdə, ailədə və bütövlükdə cəmiyyətdə davranışını tədqiq edərkən psixologiya elminin əsas ideyalarından bəhrələnir. Məsələn, davranışın, şəxsi və kütləvi münasibətlərin motivləri nəzəriyyəsi, şəxsiyyətin sosial yönümlərinin öyrənilməsi metodları və s. bu qəbildəndir. Sosioloji tədqiqatlarda psixoloji testlərdən uğurla istifadə olunur.
İqtisadi nəzəriyyə elmi maddi nemətlərin istehsalı, bölgüsü prosesində təşəkkül tapan münasibətlərin fəaliyyətini və formalarını öyrənir. Bütün sosial münasibətlərin, proseslərin, habelə insanın bütün həyat fəaliyyətinin əsasında istehsal üsulu dayandığından iqtisadi tədqiqatların bir çox istiqamətləri sosioloji tədqiqatların istiqamətləri ilə bilavasitə qovuşur. Müasir bazar iqtisadiyyatına keçirilməsi təkcə iqtisadiyyat elminə deyil, sosiologiyaya da böyük tələblər verir. Deməli sosiologiya ən müxtəlif bilik sahələri ilə sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərir.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə