Sosiologiya cəMİYYƏt haqqinda elmdiR



Yüklə 1,19 Mb.
səhifə4/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   2   3   4   5   6   7   8   9   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

Metodoloji funksiya _ Müxtəlif ümumilik səviyyəsində olan sosioloji nəzəriyyələr, konsepsiyalar daha konkret elmlər sahəsinə aid olan tədqiqatlar üçün metodoloji əsas ola bilər. Bu nəzəriyyələrin başlıca müddəaları, prinsipləri konkret bilik sahələrində aparılan tədqiqatlar üçün həlledici məna kəsb edə bilər. Metodoloji funksiya ümumi və xüsusi sosioloji nəzəriyyələrin konkret sahələrdə tədqiqatını istiqamətləndirir, zənginləşməsini və dolğunlaşmasını şərtləndirir. Sosioloji nəzəriyyələr sosial hadisələrin nisbətən geniş dairəsində böyük miqdar informasiyanı cəmləşdirdiyindən, onların inkişaf qanunauyğunluqlarını aşkara çıxardığından ayrı-ayrı sosial hadisələrin, proseslərin tədqiqinə münasibətdə nəzəri əsas rolunu yerinə yetirir.
Müxtəlif elmlər bir-birindən nəinki predmetinə, habelə tədqiqat metoduna görə də fərqlənirlər. Sosiologiyanın metodları onun tədqiqat obyektinin hərtərəfli öyrənilməsinə imkan verir. (Metod – yunan sözü olub, tədqiqat üsulu və ya dərketmə, nəzəriyyə, təlim deməkdir. Metod əsas etibarilə praktik fəaliyyətə aiddir). Sözün geniş mənasında elmin metodu anlayışı qarşıya qoyulan tədqiqatçılıq məqsədinin həlli üçün dərk edən subyektlə (alim,tədqiqatçı) dərk edilən obyektin qarşılıqlı fəaliyyətini tənzim edən prinsiplərin, normaların, vasitələrin və proseslərin məcmusudur.
Sosial elmin predmeti ilə şərtlənən çoxsaylı ümumi və xüsusi metodlar vardır ki, bunlar da aşağıdakılardır: ümumi elmi və sosial-humanitar. Ümumi elmi metod 2 komponentdən – məntiqi və fəlsəfi prinsiplərdən ibarətdir. Məntiqi üsul induksiya və deduksiya, təhlil və sintez, diaqnoz və proqnoz, müəyyənləşdirmə və təsnifat, müqayisə və oxşarlıq, müşahidə və eksperiment, statistik təhlil, məntiqi-riyazi modelləşdirmə və sairədən ibarətdir. Fəlsəfi üsula isə dünyagörüşü prinsipləri aiddir. Sosial-humanitar metodun mahiyyəti bundan ibarətdir ki, o başlıca olaraq, sosial-humanitar elmlərdə istifadə edilir. Bu qrupa tarixi-müqayisəli, sənədlərin və mənbələrin təhlili, anket sorğusu və sairə daxildir.
Sosioloji proseslərin öyrənilməsində əsasən, empirik metodlardan istifadə edilir: sorğu, sənədlərin analizi, müşahidə, eksperiment.
1.Sorğu – (anket,müsahibə) bu metod 19 əsrin 30-cu illərindən tədbiq olunur. Sorğu metodu ən çox yayılmış və geniş istifadə olunan metoddur. Məlumatın xarakterinə, alınma üsuluna və təsvir olunma tipinə görə sorğu anket və müsahibə formalarında olur. Anket - müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər bir tədqiqatın əsas vəzifəsindən məntiqi surətdə bağlı olan suallar yığımıdır. Müsahibə – şifahi olur. (standart, qeyri-standart, telefon və s. formalarda olur).
2.Sosiologiyada sənədlərin təhlili metodundan istifadə olunur. İnsanın xüsusi olaraq yaratdığı, məlumatların ötürülməsi və ya saxlanılması üçün nəzərdə tutulan vasitə sənəd adlanır. Sənədli mənbələr nəinki əsas, həm də yeganə üsuldur. Sənədlərin öyrənilməsinə şəxsi sənədlər, gündəliklər, məktublar, xatirələr, rəsmi materiallar, proqramlar və s. daxildir.
3. Müşahidə – qısa, orta, uzun müddətli ola bilər. Uzun müddətli müşahidə böyük tədqiqatçı qruplar tərəfindən aparılır. Müşahidəçi apardığı tədqiqatda bilavasitə iştirak edədə bilər, etməyə də bilər.
4. Eksperiment – bu metoddan digərlərindən fərqli olaraq az istifadə edilir. Belə ki, eksperiment metodu sosiologiya elminə psixologiyadan keçmədir. Tədqiqatın məqsədini aydın etmək üçün proqram hazırlanır və 2 formada yerinə yetirilir: eskperiment (yeni) və nəzarət (köhnə) . Bu metodda təxminən 10-15 nəfər iştirak edir.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə