Sosiologiya cəMİYYƏt haqqinda elmdiR


Sosiologiyanın funksiya və metodları



Yüklə 1,19 Mb.
səhifə3/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   2   3   4   5   6   7   8   9   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

2. Sosiologiyanın funksiya və metodları
Sosiologiyanın ictimai vəzifəsi əsasən onun yerinə yetirdiyi funksiyalarla müəyyən edilir (funksiya – müəyyən məsələləri həyata keçirən əməliyyatdır). Elmi ədəbiyyatda sosiologiyanın idrak, praktik, ideoloji və bəzən metodoloji funksiyalarından bəhs edirlər.
İdrak funksiyası _ Hər bir elm kimi sosiologiya da öz predmeti dairəsində insanların fəaliyyəti üçün zəngin idrak imkanları açır, sosial inkişafın qanunauyğunluqlarını, müxtəlif sosial hadisələrin dəyişilməsi meyllərini başa düşməkdə onlara kömək edir. Sosiologiya sosial inkişaf proseslərinin mənbələrini və mexanizmlərini aşkara çıxarmağa bütövlükdə cəmiyyətin dəyişmə və təkamül perspektivlərini dərk etmək üçün şərtlər yaradır. Sosioloji tədqiqatlar fərdlər, qruplar, birliklər və onların tələbatları, mənafeləri, davranış motivləri haqqında məlumat əldə etməyə imkan yaradır. Bu informasiya hesabına sosial gerçəkliyin sirlərinə dərindən nüfuz etmək mümkün olur. Konkret şəraitdə, konkret sahədə yeni meyllərin aşkara çıxarılması sosioloji nəzəriyyələrin xeyli zənginləşməsini təmin edir. Ümumi və xüsusi sosioloji nəzəriyyələr konkret sosial hadisələr, proseslər barəsindəki informasiyanı ümumiləşdirir, inkişaf qanunauyğunluqlarının elmi surətdə dərk olunmasına kömək göstərir.
Praktik funksiya _ Sosiologiya sosial həyatın ayrı-ayrı sahələrinin fəaliyyəti və inkişaf proseslərini elmi surətdə idarə etmək üçün proqnozlar, tövsiyyələr hazırlamağa kömək edir. Bu funksiya idrak funksiyası ilə sıx bağlıdır, yəni praktik funksiya idrak funksiyasının təlabatından doğur. Sosiologiya cəmiyyətin, sosial proseslərin mövcud vəziyyətini təhlil etməklə kifayətlənmir, gələcək dəyişmələrin perspektivlərini aydınlaşdırır, həmin perspektivlərin reallaşdırılmasına istiqamətlənmiş praktik fəaliyyətə təsir göstərir. Sosioloji tədqiqatlar nəticəsində hazırlanan tövsiyyələr idarəetmə orqanlarının ehtiyaclarını xeyli dərəcədə ödəyir, tərəqqinin sürətlənməsində özünəməxsus rol oynayır.
İdeoloji funksiya _ Sosiologiya kütlələrin ideya tərbiyəsi vəzifəsini də yerinə yetirir. Sosioloji biliklərə yiyələnmək, müxtəlif səviyyəli nəzəriyyələrlə tanış olmaq, konkret faktlar əsasında real vəziyyəti tam təsəvvür etmək insana imkan verir ki, o cəmiyyətdə öz yerini daha düzgün başa düşsün, onun fəallığı daha dolğun məna kəsb etsin. Sosiologiya elmi təfəkkürün formalaşmasında və inkişafında, insanın ideya cəhətdən yetkinləşməsində müəyyən rol oynayır. Konkret sosioloji tədqiqatlar təcrübəsi təkcə praktik tövsiyyələr işləyib hazırlamaq baxımından deyil, hətda düzgün idarəetmə, rəhbərlik üslubu vərdişləri qazanmaq baxımından da əhəmiyyətlidir. Əhalinin maariflənməsi, ideyaca yetkinləşməsi sahəsində dövlətin fəaliyyəti olduqca mürəkkəb işdir.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə