Sosiologiya cəMİYYƏt haqqinda elmdiR


Oqyust Kont - (1798-1857) – (fransa) – sosiologiyanın va pozivitizm cərəyanının banisi. Karl Marks



Yüklə 1,19 Mb.
səhifə8/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   4   5   6   7   8   9   10   11   ...   48
sosiologiya mühazirə mətnlıəri.2023

Oqyust Kont - (1798-1857) – (fransa) – sosiologiyanın va pozivitizm cərəyanının banisi.
Karl Marks - (1818-1883) – (almaniya) – sosial münaqişələr nəzəriyyəsinin banisidir (alimlərin məqsədi təkcə başa salmaq deyil, cəmiyyəti inqilab yolu ilə dəyişdərməkdir).
Qerbert Spenser - (1820-1903) – (ingiltərə) – funksionalizm nəzəriyyəsinin tərəfdarıdır. (cəmiyyətin inkişaf yolu tədricən və təbii hərəkatlarla olmalıdır).
Emil Dürqeym - (1858-1971) – (fransa) – sosial fakt nəzəriyyəsinin banisidir (sosiologiyanın məqsədi sosial faktları ciddi və obyektiv həll etməlidir).
Maks Veber - (1864-1920) – (almaniya) – antipozitivizm cərəyanını tərəfdarıdır (məntiqi sosiologiyanın tərəfdarı).
Oqyust Kont (1798-1857) – Birinci mühazirəmizdə sosiologiya elminin banisisnin Oqyust Kont olduğunu söyləmişdik. Belə ki, elmə sosiologiya adını o vermişdir. Ancaq bu o demək deyild ki, elmi bütövlükdə O.Kont yaratmışdır. O, «Xəstə cəmiyyəti necə müalicə etmək olar?» sualına cavab olaraq belə demişdir: «Elə dəqiq və obyektiv elm kəşf etmək lazımdır ki, cəmiyyət haqqında bütün suallara cavab versin». O. Kont əvvəlcə «sosial fizika» terminini işlətmiş, sonra elmə sosiologiya adı verərək bu elmin yeni, çətin və vacib olduğunu qeyd etmişdir. O, sosiologiya üçün mühüm əhəmiyyət daşıyan sosial qaydaları və onun təbiət elmləri tərəfindən işlənib hazırlanan vasitələrin köməyi ilə myəyyənləşdirmişdir. O.Konta görə elmin inkişafı insanının intellektual səviyyəsinin artması ilə mümkündür. Və bu 3 əsas mərhələdən keçmişdir: teoloji mərhələ – miflər, din, ilahi qüvvələrlə insan həyatının izahı; metafizik mərhələ – çox allahlılıqdan tək allahlılığa keçid və bununlada insan həyatının abstrakt izahı; Pozitiv mərhələ – elmi izah. Bu mərhələ artıq qanunlarla tədqiq olunur. Belə ki inkişaf qanunlara tabe olunur (bioloji, astroloji, klimatik, irqi tərkib). O. Kont sosioloqiyada pozitivizmin (O sosial proseslərin obyektiv – həqiqətə uyğyn - və sübutlü izahının tərəfdarıdır) əsasını qoymuş və sosial dinamika, sosial statika anlayışlarıyı elmə gətirmişdir. Sosial dinamika (cəmiyyətin dəyişmə mərhələləri) cəmiyyətin inkişafını və funksiya mexanizmini açır. Sosial statika (qanunların mövcudluğu) isə cəmiyyətin strukturunu sosial təsisatların qarşılıqlı münasibəti ilə izah edir.
Karl Marksı – (1818 – 1883) 1818-ci ildə Almaniyada doğulub, 1883-cü ildə isə İngiltərədə vəfat etmişdir. Alman ailəsində döğulub tərbiyə almasına baxmayaraq ömrünün çox hissəsini İngiltərədə keçirmiş və bu üzdən əsas nəzəriyyələrini orada yaratmışdır. K.Marksın siyasi baxışları Alman hökumətinin xoşuna gəlinmədiyindən universitetdə fəaliyyət göstərə bilməmiş, əvvəlcə Fransaya sonra İngitərəyə köçmüşdür Marks mürəkkəb ideya və siyasi inkişaf yolu keçmişdir. Yaradıcılığının başlanğıc mərhələsində idealist olmuş, ictimai-siyasi baxışları isə inqilabi-demokratik xarakter daşımışdır. O, cəmiyyət anlayışı haqqında yeni fikir irəli sürmüşdür. Belə ki, Marks mövcud burjua cəmiyyətinin təmamilə dağıdılıb, yenisinin qurulması tərəfdarı idi. O özünü sosioloq hesab etməsə də nəzəriyyələrəinin sosiologiya elminin formalaşmasında böyük köməyi olmuşdur. K.Marksın nəzəriyyələri əsasən iqtisadi mövzulara həsr olunmuşdur. O tarixə materialist anlamdan yanaşaraq sosial dəyişikliklərin baş verməsini ideya və dəyərlərlə deyil, iqtisadi durumla izah etmişdir. Marksın belə bir sözü də var ki, «İnsan tarixi sinfi mübarizə tarixidir». K.Marks kapitalizm cəmiyyətini ondan qabaqkı cəmiyyətlərlə müqayisə edərək bu cəmiyyətin istehsalat cəmiyyəti oldüğünü söyləmiş və burada istehsalı idarə edən – kapitalı olan, yuxarı siniflə, istehsalatda çalışan – kapitalı olmayan, aşağı sinifin münaqişəsi kimi izah etmşdir. Bunula da K.Marks müasiri olduğu kapitalizm cəmiyyətinin sinfi strukturunun dərin elmi təhlilini vermişdir. O kapitalizmin yeni cəmiyyətlə əvəz olunması zəruriliyini də qeyd etmişdir. K.Marksı sosial münaqişələr nəzəriyyəsinin banisi hesab edirlər. Münaqişə sosial sistemlərə zəruri və qırşısıalınmaz surətdə təsir göstərən və fəallaşan qüvvədir.
Qerbert Spenzer (1820-1903)– İngiltərə 19-cu əsrdən etibarən bütün bilik sahələrinə təzahür edən təkamül nəzəriyyəsinin beşiyi sayılır. Təkamül nəzəriyyəçiləri cəmiyyətin konkret formalarını, ayrı-ayrı təsisatları, ənənələri aydınlaşdırmaq üçün bunları tarixi-təkamül perspektivində nəzərdən keçirmişlər. Keçmiş təsəvvürləri yenidən qiymətləndirənlər belə hesab edirlər ki, Q.Spenser biologiyanı mədəniyyətləşdirmiş və tarixləşdirmişdir. Spenser O.Kontun pozitivist ideyalarını davam etdirərək üzvü sosiologiya məktəbinin yaradıcısıdır. O cəmiyyəti insan orqanizmi ilə müqayisə edərək proseslərin inkişafını belə izaş edir: bir insan doğulur, böyüyür, ölür, yerinə başqası dünyaya gəlir, amma insan adlanan məvhum həmişə mövcuddur. Cəmiyyətdə elə əvvəl sadə formada yaramış, böyüyüb inkişaf etmiş, bir formasiya digərini əvəz etmiş, mürəkkəbləşmiş, yenə də cəmiyyət olaraq qalmışdır. Spenser cəmiyyətin təbii yolla inkişafının tərəfdarıdır və bunun 3 əsas yolunu ayırır: inteqrasiya – sadədən mürəkkəbə doğru; differensasiya – təkxalqlıqdan çoxxalqlığa doğru; nizam-intizamın artması – qeyri-müəyyənlikdən müəyyənliyə doğru. Bundan başqa Spenser cəmiyyətdə stabilliyin olmasını sosial bərabərliyin nəticəsində görür. Özünütənzimləmə sistemi, struktur və funksionlal differensasiya təsəvvürləri Spenseri funksionalzm nəzəriyyəsinin tərəfdarlarına yaxınlaşdırımışdır.
E.Dürkqeym (1858 – 1917) fransız mütəfəkkiridir. Cəmiyyətin müstəqil sferası olmaq etibarilə sosial həyatın öyrənilməsi məsələsini ilk dəfə fransız sosioloqu E.Dürqeym təklif etmişdir. Bu ideya sonralar geniş yayılaraq Qərb sosiologiyasının inkişafına təsir etmişdir O, sosiologiyanın elmi metodlarının tərəfdarı kimi cəmiyyət həyatının rasional izahını verməyə çalışırdı. Dürkqeymə görə sosiologiya sosial faktlar, yəni ideyalar, normalar, insanların kollektiv fəaliyyətlərinin məhsuludur. Fransız mütəfəkkiri olan Emil Dürqeym Kontun təsiri ilə «sosial fakt» nəzəriyyəsini yaratmışqdır. O sosiologiyanın görünmyənələr haqqında elm adlandırmış və belə izah etmişdir ki, təbiət tərəfindən yaradılan insan onun qanunlarıından kənara çıxıb öz qanunlarını (həftənin 7 günü, zinət əşyaları, toy, yas mərasimləri, dieta və s.) yaradır. Həmin sosial reallıq sosial faktla izah edilir. Dürqeym cəmiyyətin sosial strukturunu, sosial mobilliyi, sosial mövqeni və s.-ni sosial fakt adlandıraraq birini digərinin köməkliyi ilə izah edir ( sosisal strukturu sosial mövqe və sosial rol ilə ) Bundan əlavə Qərbin inkişaını dinlə bağlayaraq belə söyləyir ki, sənayenin inkişafı insanları təlabatlarının və çətinliklərinin öhdəsindən gəlmək üçün bir- birinə yaxın etmiş və bu da Avropada dindən uzaqlaşmağa gətirib çıxartmışdır. Dürqeym «Sosioloji metodun qaydaları»(1895), «Sosiologiyanın metodu» (1899) adlı əsərlərində sosioloji tədqiqatların metodlarını işləyib hazırlamış və belə tipli tədqiqat ona imkan vermişdir ki, sosioloji elmi empirik bazada əsaslandırsın və diqqətini onun tədbiqi mahiyyətinə istiqamətləndirsin. Sosiologiyanın inkişafında onun xidmətlərindən biri də bundan ibarət olmuşdur ki, o fransa sosioloji məktəbin banisi sayılır.
Maks Veber (1864 – 1920) – Maks Veber Almaniyada doğulmuş və bütün akademik fəaliyyətini də orada davam etdirmişdir. O universitetdə müəllimlik etməsə də maddi imkanı hesabına elmi işlərlə məşğul ola bilmişdir. Maks Veberi təkcə sosioloq adlandırmaq olmazdı, çünki onun fəlsəfi, siyasi, iqtisadi, tarixi-müqayisəli, hüquqi görüşləri müasir kapitalizmin inkişafına həsr olunmuşdur. Veberə görə sosiologiya sosial proseslərin məntiqi və elmi anlayışlarıdır. Onun fikrincə sosiologiya elmi başa düşülməli və izah edilməlidir, yəni bu elm təkcə statistik məlumatlarla kifayətlənməməli, baş vermiş hadisənin motivlərini axtarmalıdır. O,sosiologiyanın nəzəri və praktiki baxımdan inkişafının əsaslarını üzə çıxarmışdır. Veber ideal tip konsepsiyasını da işləyib hazırlamışdır. Sosiologiyanın meydana gəlməsi 19 əsrdə cəmiyyətdəki ziddiyyətlər və bunun zəminində yaranan mübarizələrlə bağlı olmuşdur. Sosial hadisələri və prosesləri izah etmədən cəmiyyəti səmərəli idarə etmək mümkün deyildi. Bu üzdən Veber Marksdan fərqli olaraq ideya və dəyərlərin rolunu vurğulamışdır. O cəmiyyəti öz xüsusi məqsədlərinin əldə olunmasına can atan və fəaliyyətdə olan adamların məcmusu kimi izah etmişdir. Maks Veber Qərbin mədəniyyətini digər mədəniyyətlərdən üstün tutmuş və bunun üçün də Çin İmperiyasını, Hindistanı, Yaxın Şərqi tədqiq edərək bu fərqləri qabartmışdır. Bundan başqa Veber fərdlərin davranışının elementar cəhətlərinə diqqət yetirilməsini də vacib saymışdır. Oqyust Kontdan fərqli olaraq Maks Veber antipozitivizmin tərəfdarı olaraq, sosiologiyanı «başa düşən», yəni insan hərəkatının motivlərini başa düşmək və fərdi (subyektiv- şəxsi, birtərəfli) yanaşma nöqteyi nəzərdən izah etmişdir.
Onu da xatırlatmaq istəyirəm ki, adlarını çəkdiyimiz mütəfəkkirlərlə sosiologiya elminin yaradılması və tədqiqatı tamalanmır. Sadəcə olaraq haqqlarında söhbət açdığımız alimlərin nəzəriyyələri ilk sosioloji bilklər olmaqla bu elmin başlanğıcını, təməlini qoymuşlar. Sosiologiyanın tədqiqi bu gündə davam edir, gələcəkdə də davam edəcək, səbəbini də onunla izah etmək olar ki, cəmiyyət inkişaf edir və insanlar arasında münasibətləl dəyişir, yeni-yeni sosial proseslər meydana çıxır.

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə