Sosiologiya cəMİYYƏt haqqinda elmdiR


Sosial idarəetmə: metod və funksiyaları



Yüklə 1,19 Mb.
səhifə46/48
tarix28.11.2023
ölçüsü1,19 Mb.
#137390
1   ...   40   41   42   43   44   45   46   47   48
sosiologiya mühazirə mətnlıəri.2023

Sosial idarəetmə: metod və funksiyaları.

Müasir dövrdə cəmiyyətin öyrənilməsi, onun idarəedilməsi ən vacib məsələlərdən biridir. İdarəetmə dedikdə cəmiyyətin hər cür idarəolunması deyil, elmi idarəolunması nəzərdə tutulur. Geniş mənada idarəetm bütün ictimai proseslərin idarəedilməsi kimi, dar mənada cəmiyyətin sosial sferasının idarəedilməsi kimi başa düşülür. Menecment anlayışı ilə idarəetmə anlayışlrı çox vaxt üst-üstə düşsələrdə bir-birindən fərqlənir. Menencment kommersiya sahəsinə aiddir, idarəetmə isə insanların qarşılıqlı fəaliyyətini nizamlayan mexanizmdir. İdarəetmənin sosiologiyası dedikdə isə cəmiyyətin şüurlu, elmi idarəolunmasının mahiyyəti başa düşülür. Əslində idarəetmənin sosiologiyası idarəetmə təcrübəsini səciyyələndirən bir anlayışdır. Sosial idarəetmə insan fəaliyyətinin müxtəlif istiqamətlərini, qarşıya qoyulan məqsədləri, onların tələbatının və mənafelərinin ödənilməsini əhatə edir. Sosial sistemin ayrı-ayrı fəaliyyət sahələrinə qərarların qəbul edilməsi, sanksiyalar verilməsi və digər vasitələrlə nəzarət edilir. Sosiologiyada sosial idarəetmənin 3 növü göstərilir: sosial proseslərə təsir, təşkilati qaydalar, özünüidarəetmə.
Müasir dövrdə idarəetməyə olan təlabat əsasən, sosial-iqtisadi problemlərin həlli; yeni cəmiyyət quruculuğuna keçilməsi; təsərrüfatın strukturunda dəyişikliklərin baş verməsi və s. ilə bağlıdır. İdarəetmənin əsas xüsusiyyətlərindən biri onun çoxcəhətli bir prosesi əhatə etməsidir. Cəmiyyətin elə bir sahəsini tapmaq olmaz ki, idarəetmənin təsiri orada hiss olunmasın. Elmi cəhətdən olmasa da, ümumiyyətlə idarəetmə bütün cəmiyyətlərdə mövcud olmuşdur. İdarəetmənin sosiologiyası ilk növbədə cəmiyyətlə bağlıdır. İdarəetmə ilə bağlı nəzəriyyə amerikan mühəndisi F.U.Teylorun adı ilə bağlıdır (XIX əsrin sonu – XX əsrin əvvəlləri).F.U.Teylor iş vaxtına qənaəti, əmək haqqının istehsal edilən məhsula görə ödənilməsini, ixtisaslaşmanı, elmiliyi irəli sürmüşdür. Sonra fransız alimi Anri Fayol ilk dəfə idarəetmə prinsiplərini dövlət və istehsalla bağlamışdır. O idarəetmədə planlaşdırma, təşkiletmə, əlaqələndirmə məsələlərini irəli sürmüşdü. A.Fayol sosial şəraitin yaxşılaşdırılması, maliyyə və texniki təchizatın təhlükəsizliyinə üstünlük vermişdir. İdarəetmə haqqında klassik nəzəriyyə isə alman filosofu, sosioloqu və tarixçisi M.Veber tərəfindən yaradılmışdır. Elton Meyo insan fəaliyyətinin motivləşdirilməsini, tələbatının daha yaxşı ödənilməsini, işin yaxşı təşkil olunmasını, X.Emerson və Q.Saymon «Sosoal idarəetmə nəzəriyyəsi» və «Sosial sistem» əsərlərində idarəetmədə struktur yanaşmaya üstünlük verirlər. X.Emerson sosial idarəetmənin aşağıdakı prinsiplərini göstərir: dəqiq müəyyən edilmiş məqsədlər və ideyalar, sağlam düşüncə, səmərəli məsləhət, intizam, ədalətli yanyşma, sürətli, düzgün və daimi hesabat, normalar və cədvəllər, yazılı standart tələbatlar, məhsuldarlığa cörə mükafat. Onların əsərlərində texnologiyanın insan orqanizminə uyğynlyğy məsələsini irəli sürmüşdür. Müasir nəzəriyyələrdən biri Psixoloji məktəb nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə rəhbərlik kollektivin hər bir üzvünə qayğı ilə yanaşmalı, sağlam mühit yaradılmalıdır. Məqsədlərə görə idarəetmə konsepsiyasında göstərilir ki, idarəetmə məqsədlərin işlənib hazırlanmasından başlanır, sonra funksiyalar həyata keçirilir. Ümumiyyətlə bütün bu nəzəriyyələrdə cəmiyyətin, onun ayrı-ayrı tərəflərinin idarəolunmasının müxtəlif variantları təhlil edilmişdir.
İdarəetmə elə bir prosesdir ki, o həm canlı təbiəti, həm cansız təbiəti, həm də cəmiyyəti əhatə edir ki, bunları da belə bölmək olar:

  1. Cansız təbiətin idarə olunması;

  2. Canlı təbiətin idarə olunması;

3. Cəmiyyətin idarə oluması – sosial idarəetmə və ya idarəetmənin sosiologiyası. (Cəmiyyətin idarəolunması idarəetmənin bir növü hesab edilir).
İdarəetmə prosesi fasiləsiz bir prosesdir. O idarəetmə sistemlərinin strukturu, onun həlqələri arasındakı əlaqələri göstərir. Ona görə də idarəetmə təsiredici bir prosesdir. İdarəetmənin bir proses kimi keçirilməsi onun metodunu, funksiyasını, mahiyətini müəyyən edir.
Cəmiyyət rəngarəng olduğu kimi idarəetmənin metodları da çoxcəhətlidir. (Bu metodları ümumi və xüsusi olaraq 2 yerə ayırmaq olar. Ümumi metodları bəzən universal metodlar da adlandırırlar. Bura kompleks halında yanaşma, optimallaşdırma, müşahidə, təhlil, tarixi yananşma, induksiya və deduksiya, mücərrəd təfəkkür metodu aid edilir. Xüsusi metodlar içərisində isə modelləşdirmə, anket sorğusu, informasiyanın işlənib hazırlanması və s.qeyd etmək olar.)
İdarəetmə metodları qanun və prinsiplərdən istifadə olunma formasıdır. Metodların seçilməsi və tətbiqi idarə olunan obyekt və hadisələrin xarakterindən və məzmunundan asılı olur. İdaretmənin metodları çox olsada əsas etibarilə iqtisadi, normativ-sərəncam və sosial-psixoloji metodlar xüsusi əhəmiyyət kəsb edir.
İQTİSADİ metodun köməyi ilə planlaşdırma, əmək haqqı, qiymət, kredit, mənfəət, maddi həvəsləndirmə və başqa mexanizmlər məqsədyönlü təsirə çevrilir. Bu metod istehsal münasibətlərinin, obyektiv iqtisadi qanunların, kateqoriyaların dərindən başa düşülməsi, onlardan geniş istifadə olunmasını həyata keçirir.
İdarəetmədə hakimiyyətçilik səciyyəli təsir etmək subyekti idarəetmə obyektinə birbaşa təsir göstərən NORMATİV-SƏRƏNCAM metodları vasitəsilə həyata keçirilir. Bu metod hakimiyyət səlahiyyətinə malik olduğuna görə normativ sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. Normativ-sərəncam metodlardan dövlətin, cəmiyyətin qanunları, habelə sahibkara verilən səlahiyyət, hüquqa, əmək qanunvericiliyinə, nəzarət qaydalarına və başqa aktlar, qaydalara əsasən istifadə edilir. Öz növbəsində, bu qanunları, qaydaları və aktları pozan sahibkar və mütəxəssislər də cəzalandırılır.
SOSİAL-PSİXOLOJİ proseslərin adamlara təsiri, işçilərin psixi vəziyyəti istehsalat kollektivlərində konkret şəraitdən, rəhbərliklə işçilər arasındakı münasibətlərdən xeyli dərəcədə asılı olur. Bu metod insanların mənəvi marağına təsir cöstərir, onlarda sağlam dünyagörüşün formalaşmasına, inamın mənəvi keyfiyyətlərin yüksək səviyyədə olmasına köməklik göstərir. İdarəetmənin sosial-psixoloji metodu: a) idarəetmənin sosial metodu; b) idarəetmənin psixoloji metodundan ibarətdir.)
İdarəetmə müxtəlif təsir, təşkil, nizamlama, uzlaşdırma, fəallaşdırma tənzimetmə və başqa vasitələrin tətbiq edilməsini tələb edir. Bu üzdən İdarəetmənin funksiyaları idarəetmənin fəaliyyət dairəsi və növləri, idarəetmə fəaliyyəti, konkret idarəetmə orqanının vəzifələri, mürəkkəb münasibətlər sistemi ilə əlaqədardır. İdarəetmə prosesinin məzmununu əks etdirən funksiyalar qrupu məzmununa görə müəyyən mərhələlərə bölünür:
- ilkin idarəetmə mərhələsi – məqsədyönlülük, proqnozlaşdırma;
- operativ idarəetmə – təşkiletmə,əlaqələndirmə;
- sərəncam;
- son idarəetmə mərhələsi – uçot, təhlil, nəzarət.
İdarəetmə sistemi bir neçə ünsürdən ibarətdir:
1.İdarəetmənin mexanizmi; 2.İdarəetmə prosesi; 3.İdarəetmə sisteminin inkişaf mexanizmi.
Onun strukturlarının ünsürləri bir-birilə üzvi şəkildə əlaqədar olaraq bütöv, vahid bir sistemi əmələ gətirir. Ona görə də struktur ünsürləri və onların məcmusu idarəetmə sisteminin atributunu təşkil edir. İdarəetmənin strukturu idarəetmənin mərhələləri, bu mərhələlərin miqdarı, tərkibi, qarşılıqlı tabeçiliyi və əlaqəsi ilə xarakterizə olunur. İdarəetmənin mərhələləri həmişə sabit qalmır, o konkret tarixi şərait, elmi-texniki tərəqqinin inkişaf tələblərindən asılı olaraq dəyişilə bilər.
İdarəetmə sistemində idarəetmə qanunlarından istifadə edilməsi idarəetmə fəaliyyətinin səmərəsinin təmin edilməsində, mövcud məsələlərin optimal həll edilməsində mühüm əhəmiyyətə malikdir. İdarəetmənin xüsusi qanunları bunlardır: a – idarəetmənin funksiyalarının dəyişilməsi və təmərküzləşməsi qanunu; b – idarəetmənin mərhələlrinin azaldılması; c – idarəetmə nəzarətinin yayılması qanunu.

Bu qanunların öyrənilməsi cəmiyyətin idarə olunmasında çox böyük əhəmiyyətə malikdir.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə