Sosiologiya (Dərslik)



Yüklə 8,65 Mb.
Pdf görüntüsü
səhifə9/259
tarix17.02.2023
ölçüsü8,65 Mb.
#100999
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   259
3. İdeoloji funksiya. 
Sosiologiya kütlələrin ideya tər­
biyəsi, qeyri-elmi baxışlarla mübarizə vəzifələrini də yerinə 
yetirir. Sosioloji biliklərə yiyələnmək, m üxtəlif səviyyəli nə­
zəriyyələrlə tanış olmaq, konkret faktlar əsasında real və­
ziyyəti tam təsəvvür etmək insana imkan verir ki, o, ictimai 
prosesdə öz yerini, mövqeyini daha dürüst baş düşsün, onun 
fəallığı daha dolğun sosial məna kəsb etsin.
Sosiologiya elmi təfəkkürün formalaşmasında və inki­
şafında, insanın ideya cəhətdən yetkinləşməsində müəyyən rol 
oynayır. Konkret sosioloji tədqiqatlar təcrübəsi təkcə praktik 
tövsiyyələr işləyib hazırlamaq baxımından deyil, həm do 
düzgün idarəetmə, rəhbərlik üslubu vərdişləri qazanmaq ba­
xımından da əhəmiyyətlidir, çünki sosial qanunların daha də­
rindən başa düşlməsinə əsaslanır. Səmərəli, işgüzar, elmi ida­
rəetmə üslubu tələsik, kifayət qədər əsaslandırılmamış iradi 
qərarların qarşısını almağa kömək edir.
Sosioloq faktları, hadisələri araşdırarkən nə qədər ob­
yektiv, neytral olmağa çalışsa da, müəyyən sosial-siyasi möv­
qe tutur. Rinata Maynts (AFR) 1974-cü ildə Torontoda keçi­
rilmiş VIII ümumdünya sosiologiya konqresində demişdir: 
«Siyasətə münasibətini müəyyən etmək sosiologiyanın aktual 
vəzifələrindən biridir. Axı sosiologiya bir çox cəhətdən siyasi 
qərarların qəbul ediləmsi üçün əsasdır... Sosiologiya siyasətə 
təsir göstərməkdə başqa sahələrə, məsələn, texniki sahələrə 
nisbətən daha böyük imkanlara malikdir. Bu halda o vacibdir 
ki, sosioloqların təsir göstərə bildikləri şəxslər hansı sferalara 
mənsubdurlar. Qərar qəbul edənlər çox tez-tez sosioloqların 
topladıqları məlumatlardan sonralar istifadə edirlər». Bu bir 
həqiqətdir ki, sosioloq maksimum obyektiv və dəqiq informa­
20
siya almağa maraqlı olsa da, onun tədqiqatlarının nəticələri hər 
halda siyasi qiymətdən kənarda qalmır. Mövzunun seçilməsi, 
tədqiqat problemlərinin qoyulması, nəticələrin şərhi hökmən 
sosioloq alimin sosial-siyasi mövqelərinin təsirinə məruz qa­
lır, onun siyasi maraqlarından və sərvət yönümlərindən az və 
ya çox dərəcədə asılı olur. Buraya onu da əlavə etmək lazım­
dır ki, sosioloqun nəticələri və tövsiyələri bu və ya başqa də­
rəcədə müxtəlif sosial qrupların siyasi mənafelərinə toxunur
müəyyən ideoloji rrəna kəsb edir. Sosioloqların ideya-siyasi 
mövqeləri müxtəlif konsepsiyalar arasında gedən mübarizənin 
mühüm amillərində 
ı
biridir.
Əhalinin maariflənməsi, ideyaca yetkinləşməsi sahə­
sində dövlətin fəaliyyəti olduqca mürəkkəb işdir. Bu işin sə ­
mərəsini yüksəltməkdə ictimai rəyi, kütləvi informasiya və 
təbliğat vasitələrinin, cəmiyyətin siyasi və hüquqi təsisatları­
nın fəaliyyətini, sosial psixologiyanı, ideoloji mövqeləri sosio­
loji baxımdan tədqiq etmək böyük rol oynayır.

Yüklə 8,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   259




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə