Sosiologiya (Dərslik)



Yüklə 8,65 Mb.
Pdf görüntüsü
səhifə6/259
tarix17.02.2023
ölçüsü8,65 Mb.
#100999
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   259
sosial mühəndislik 
və 
klinik sosio-
lo-giya. 
Mühəndis-sosioloq çox zaman kiçik miqyaslı sorğular, 
çöl ekserimentləri aparır, kiçik birliklərin (məsələn, istehsal bir- 
qadalarının) sosial cəhətdən yenidən qurulması layihələrini iş­
ləyib hazırlayırlar, planlaşdırma ilə, dizaynla məşğul olur. Kli-
15


nik sosiologiya sahəsində çalışan mütəxəssis və diaqnoz qoy­
malı, alternativ təklif etməli, «terapevtik tədbirlər hazırlamalı və 
bunları reallaşdırmaq üçün məsləhətlər verməlidir. Bir qayda 
olaraq hər iki qəbildən olan mütəxəssislər sıx əlaqə saxlayır, öz 
səylərini birləşdirməyə çalışırlar.
Çox zaman elmi ədəbiyyatda «fundamental» sözünü «nə­
zəri» sözünün sinonimi kimi işlədirlər. Lakin bu sözlərdə tam 
uyğunluq olduğunu söyləmək doğru deyildir. «Nəzəri» sözü elmi 
biliyin emprik səviyyələrindən fərqli səviyyəsini, eyni zamanda 
praktik, tətbiqi istiqamətdən fərqli istiqaməti - fundamental isti­
qaməti ifadə edir. Nəzəri biliyin praktik istiqaməti, səpkisi möv­
cuddur. Sosioloji bilik elmi-nəzəri, həm də praktiv vəzifələrin 
həllinə və ya başqa dərəcədə kömək edir. Deməli, məsələyə cid­
di yanaşılsa, qeyd etməlidir ki, sosioloji biliyin üstün istiqamət­
lənməsindən söhbət gedə bilər. Bu bilik ya elmi, fundamental, ya 
da tətbiqi, praktik xarakter daşıyır; birinci halda həmin bilik nə­
zəri sosiologiya, ikinci halda tətbiqi sosiologiya sahəsinə aiddir.
Elmi ədəbiyyatda «emprik» sözünün «tətbiqi», «prak- 
tik»sözləri ilə eyniləşdirilməsinə təsadüf olunur. Əslində em­
prik sosioloji tədqiqatlar həm nəzəri-elmi problem lərin, həm 
də tətbiqi, praktik məsələlərin həllinə istiqamətlənə bilər, belə 
tədqiqatlar həm nəzəri, həm də tətbiqi sosiologiya çərçivəsin- ; 
də aparıla bilər. Nəticə etibarilə deməliyik ki, «nəzəri» və ) 
«emprik» sözləri sosioloji biliyin spesifikasını və substraksiya- j 
sının səviyyəsini, «fundamental» və «tətbiqi» sözləri isə h ə- ’ 
min biliyin isiqamətini, səpkisini, məqsədilə yönəlişini ifadə 
edir. Deməli, nəzəri bilik (o cümlədən nəzəri sosiologiya) 
fundamental biliklə, tətbiqi bilik (o cümlədən tətbiqi sosiolog­
iya) emprik biliklə eynimənalı deyildir. Nəzəri sosiologiyanın 
praktik, tətbiqi istiqaməti ola bildiyi kimi, tətbiqi sosiologi ya­
nın da müəyyən səviyyəsindən bəhs etmək mümkündür.
Nəzəri tətbiqi sosiologiyanın qarşılıqlı əlaqəsi çoxcəhət­
lidir. Nəzəri tədqiqatlar toplanmış zəngin informasiyanı təhlil 
edir, ümumiləşdirmələr apanr, bütövlükdə cəmiyyət üçün, icti­
mai tərəqqi üçün faydalı tövsiyyələr işləyib hazırlayır. Həm 
ümumsosioloji nəzəriyyə çərçivəsində, həm də ayn-ayrı sahələr
16
(məsələn, əməyin sosiologiyası, mədəniyyətin sosiologiyası, siy­
asətin sosiologiyası, hüquq sosiologiyası və s.) miqyasında 
müxtəlif nəzəriyyələrin, konsepsiyaların sərbəst inkişafı rəqabəti 
qanunauyğun haldır. Lakin bütün hallarda o nəzəriyyə, o konsep­
siya daha güclü inkişaf edə bilir ki, ictimai praktikanın reallıqları­
nı düzgün nəzərə alır, həmişə faktlara istinad edir, öz növbəsin­
də konkret sosioloji tədqiqatlar nəticəsində toplanan faktlar, m ə­
lumatlar elmi nəzəriyyə mövqeyindən şərh olunduqda mötəbər 
məna kəsb edir. Sosial təfəkkürün formalaşması və inkişafı həm 
nəzəri, həm də tətbiqi xarakterili tədqiqatlara möhtacdır.
Cəmiyyətin keyfiyyətcə yeniləşməsi proseslərini maksi­
mum optimallaşdırmaq üçün sosiologiyanın müxtəlif bilik sə­
viyyələrini təmsil edən alimlər öz səylərini intensivləşdirməli 
və daha sıx əlaqələndirməlidir. Zənnimizcə, mövcud şərait nə 
qədər mürəkəb, ağırlı və gərgin olsa da, nəzəri və tətbiqi təd­
qiqatlar aşağıdakı vəziflərin həllinə daha çox diqət yetirməlidir: 
ümumi sosioloji nəzəriyyənin və sosioloji bilik sahələri­
nin inkişafı; fundamental sosioloji tədqiqatların keçirilməsi; 
etibarlı sosial informasiya almaq metodlarının işlənib hazır­
lanması və tokmişlləşdirilməsi; sosioloji bilik sisteminin müa­
sir tələblər səviyyəsində qurulması; sosioloji xidmətin təşkili 
və müntəzəm surətdə təkmilləşdirilməsi; sosiologiya elminin 
nəaliyyətlərinin praktikada tətbiqini sürətləndirməyə imkan ve­
rən etibarlı mexanizm yaradılması.

Yüklə 8,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   259




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə