Sosiologiya (Dərslik)



Yüklə 8,65 Mb.
Pdf görüntüsü
səhifə14/259
tarix17.02.2023
ölçüsü8,65 Mb.
#100999
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   259
İkincisi, 
sosial-siyasi və humanitar elmlər cəmiyyətin
insanın həyat fəaliyyətinin müxtəlif tərəflərini öyrəndiyinə 
görə həmişə sosial aspkti özündə əks etdirməli olur.
Üçüncüsü, 
insanların, sosial qrupların, birliklərin fəaliy­
yətini öyrənmək texnikası və metodikası, sosial ölçmə metod­
ları və s. sosiologiyanın hüdudlarını keçir, digər sosial-siyasi 
və humanitar elmlərdə, tətbiq olunur.
Dördüncüsü, 
sosiologjiya ilə digər elmlərin qovşağında 
həyata keçirilən sosial tədqiqatlar sistemi təşəkkül tapmışdır: 
sosial-iqtisadi, sosial-siyasi, sosial-dcmoqrafık və s. tədqiqatlar.
Sosiologiyanın sosial-siyasi və humanitar elmlər siste­
mində ümumi yer tutması onun fəlsəfi elmə çevrilməsi demək 
deyildir. Sosial sistemlərin fəaliyət və inkişaf qanunauyğunluq­
larını, həmin qanunauyğunluqların müxtəlif səviyyələrdə tə­
zahür mexanizmlərini aşkara çıxaran sosiologiya cəmiyyəti
onun müxtəlif strukturlarım, konkret həyat fəaliyyəti üsullarını 
və formalarını başa düşmək üçün hədsiz idrak imkanları yaradır. 
Sosiologiyanın xüsusi ictimai fənnlərə münasibəti baxımından 
vəziyyəti, məsələn ümumi biologiyanın, xüsusi bioloji bilik sa­
hələrinə (anatomiya, fiziologiya, morfologiya, sistematika və s.) 
münasibəti baxımından vəziyyətinə bənzəyir. Ümumi biologiy­
anın vəziyyəti onu «biologiyanın fəlsəfəsi» kimi səciyyələn­
dirməyə əsas vermədiyi kimi, sosiologiyanın da ümumi mov-
27


qeyi onu fəlsəfi elm kimi təqdim etməyə əsas vermir.
Sosiologiyamn m üxtəlif sosial-siyasi və humanitar elm­
lərlə əlaqəsi eyni səviyyəli və eyni miqyaslı deyildir. Bu əlaqə 
bəzən güclü, çoxcəhətli və intensivdir, bəzən isə nisbətən zəif 
və qeyri-intensivdir.
Sosiologiyanın bəzi sosial-siyasi və humanitar elmlərlə 
əlaqəsinə, qısaca olsa da, diqqət yetirək.
Məlumdur ki, siyasi iqtisad maddi nemətlərin istehsalı, 
mübadiləsi, bölgüsü prosesində obyektiv surətdə təşəkkül ta­
pan münasibətlərin fəaliyyəti və inkişafının qanunauyğun­
luqlarım, formalarını öyrənir. Bütün sosial münasibətlərin, 
proseslərin, habelə insanın bütün həyat fəaliyyətinin əsasında 
istehsal üsulu dayandığından iqtisadi tədqiqatların bir çox isti­
qamətləri sosioloji tədqiqatların istiqamətləri ilə bilavasitə qo­
vuşur. İqtisadiyyatın və bölgü münasibətlərinin sosiologiyası­
nı, əməyin və əmək kollektivlərinin sosiologiyasını xatırlamaq 
kifayətdir. Lakin istehsal münasibətləri sistemində daxili
mühüm, sabit, təkrarlanan əlaqələr kimi özünü göstərən iqti­
sadi qanunlar başlıca olaraq insanların təsərrüfat fəaliyyəti va­
sitəsilə həyata keçirilir və konkret iqtisadi formalarda özünü 
göstərir. Sosial qanunlar isə iqtisadi qanunlarla nə qədər bağlı 
olsa da, onlardan fərqli təbiətə malikdir. Müasir bazar iqtisa­
diyyatının formalaşdırma vəzifəsi təkcə iqtisad elminə deyil, 
həm də sosiologiyaya ciddi tələblər verir, onların əməkdaş­
lığını on m üxtəlif istiqamətlərdə gücləndirməyi zəruri edir.
Sosiologiyanın politologiya ilə qarşılıqlı əlaqələri get­
dikcə inkişaf edir. Çoxaspektli sosioloji tədqiqatların aparılma­
sı, ictimai rə yin öyrənilməsi, zəngin empirik materialın topla­
nılması və i.a. bu əlaqələrin dərinləşməsində böyük rol oyna­
yır. Siyasətin sosiologiyası siyasi və sosioloji bilik sahələrinin 
əlaqəsini xüsusilə daha aydın nümayiş etdirir. Politologiya si­
yasəti və siyasi münasibətləri, yəni siyasi hakimiyyətə görə 
sosial subyektlər arasındakı münasibətləri öyrəndiyindən sosi­
al momentlərə laqeydlik göstərə bilməz, sosial münasibətlərin 
və qanunların təzahür xüsusiyyətlərini nəzərə almaya bilməz. 
Bir çox mütəfəkkirlər (məsələn, M.Veber, B.Pareto və başqa-
28
lari) siyasi məsələlərin təhlilini məhz geniş sosial konteksdə 
yanaşmışlar. Sosiologiyanın və politalogiyanın qarşılıqlı əla­
qəsini qeyd edərkən unutmaq olmaz ki, onların siyasətə ya­
naşması bir-birindən fərqlənir; politologiya başlıca diqqəti 
siyasi proses üzərində, sosiologiya isə siyasətin iştirakçısı olan 
insan qruplarının fəaliyyəti üzərində cəmləşdirir.
Sosologiyanm fəlsəfə ilə əlaqələri zəngin tarixi prosesdir. 
Sosial fəlsəfədən sosiologiyaya doğru inkişaf yolu bunu əyani 
surətdə sübut edir. Fəlsəfə həm varlığın (təbiətin və cəmiyyə­
tin), həm də təfəkkürün, idrak prosesinin tabe olduğu ən ümumi 
qanunları tədqiq etdiyindən sosioloji bilik sahələri ilə qırılmaz 
surətdə bağlıdır. Fəlsəfə dünyaya ümumi baxış işləyib hazırla­
maq, onun ümumi əsaslarını və qanunauyğunluqlarını tədqiq 
etmək zəruriyyətindən, gerçəklik haqqında rasional şəkildə 
əsaslandırılmış təfəkkür metoduna olan tələbatdan irəli gəlmiş, 
zaman keçdikcə təkamül edərək öz xüsusi problematikasını d ə­
qiqləşdirmiş, 

Yüklə 8,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   259




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə