Sosiologiya (Dərslik)


rant və müəllimləri, habelə ümumi sosiologiya elmini müstə­



Yüklə 8,65 Mb.
Pdf görüntüsü
səhifə2/259
tarix17.02.2023
ölçüsü8,65 Mb.
#100999
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   259
rant və müəllimləri, habelə ümumi sosiologiya elmini müstə­
qil öyrənənlər üçün nəzərdə tutulmuşdur.
ISBN 5-86-874-070-20
© E.Zeynalov
ÖN SÖZ
Müasir dünyanın özünəməxsus ciddi problemləri vardır. 
Bu problemlərin həllinə bütün bilik sahələri öz töhfəsini ver­
məlidir. Təbiidir ki, problemlərin asan, qısamüddətli həllinə 
ümid etmək sadəlövhlük olardı. Ona görə də yaşadığımız dün­
yam, cəmiyyəti daha da sağlamlaşdırmaq, humanistləşdirmək 
istiqamətində gərgin, fəal elmi axtarışlar aparılmalı, müxtəlif 
mövqelər, nöqteyi-nəzərlər diqqətlə araşdırılmalı, optimal 
fəaliyyət istiqamətləri seçilməlidir. Bu prosesdə sosioloji bi­
liklər sisteminin rolu indi artıq heç kəsdə şübhə doğurmur. 
Çünki dəyişən sosial reallıq, həm ölkə daxilində, həm də qlo­
bal miqyasda yeni sosial hadisələrin, meyllərin, problemlərin, 
meydana gəlməsi həmin sistemin təkmilləşdirilməsini q ə­
tiyyətlə tələb edir. N əzərə almaq lazımdır ki, sosioloji elmin 
özü də inkişaf edir: nəzəri və empirik xarakterli yeni sanballı 
tədqiqatlar meydana çıxır, sosioloji təhlilin metodologiyası və 
metodları təkmilləşdirilir, müasirləşdirilir. Sosiologiyaya dair 
bir sıra dərsliklərin və dərs vəsaitlərinin, monoqrafiyaların, 
məqalə və tezislərin nəşri də xüsusi qeyd olunmalıdır. Zənni- 
mizcə, bu ənənənin kökləri XX əsrin 60-cı və 70-ci illərinə 
təsadüf edir. C.T.Əhmədlinin və V.Ə.Paşayevin «Burjua so­
siologiyasının 
tənqidi» 
(1968), 
C.Əhmədlinin 
və 
J.Soqomonovun «Sosiologiyaya dair söhbətlər» (1972) əsərləri 
bu baxımdan diqqəti cəlb edir. Həmin əsərlər Azərbaycan 
oxucusunu sosiologiyanın bir sıra vacib problemləri ilə tanış 
edir; burada sanballı sosioloji tədqiqatlar aparmağın zəruruliyi 
əsaslandırılır, sosioloji biliklərin müxtəlif səviyyələri yığcam 
şəkildə nəzərdən keçirilir. Həmin əsərlər məlum dövrün bəzi 
ideoloji ehkamlarından azad olmasa da, sosioloji tədqiqatların 
müntəzəmliyinə və dərinləşdirilməsinə istiqamətlənmişdir.
60-cı illərin sonu - 70-ci illərin əvvəllərində bünövrəsi 
qoyulan ənənə 90-cı illərdə zənginləşmək üçün yeni imkanlar 
əldə edir. Azərbaycanın müstəqil inkişaf yolunu tutması, sosial 
elmlərin, o cümlədən sosiologiyanın əvvəlki dövrə məxsus 
qadağalardan xilas olması, demokratiyanın inkişafı, milli döv­
lətçilik ənənələrimizin bərpası və s. - bütün bunlar sosioloji 
elmin inkişafı üçün yeni perspektivlər açmışdır. Bir sıra ali
3


məktəblərin alimləri tərəfindən hazırlanmış «Sosiologiya» 
(1994) dərs vəsaitinin, N.Əfəndiyevin vo A.Şirinovun «Sosio­
logiyanın nəzəri problemləri» (2001) kitabının nəşri həmin 
perspektivlərin reallaşdırılması yolunda atılan ciddi addımlar 
kimi qiymətləndirilə bilər. Güman edirik ki, sosiologiyaya dair 
ədəbiyyat yeni nəşrlər hesabına daha da zənginləşəcəkdir.
Sosiologiyanın inkişafı baxımından bir məqama da diq­
qət yetirilməlidir: sosiologiyanın təsisatlaşdırılınası prosesi in ­
tensivləşir. Azərbaycanın müstəqilliyi ilə həmyaşıd olan sosial 
elmlər və psixologiya fakültəsində (BDU) sosiologiya ixtisası 
üzrə kadrlar hazırlanır. «Sosiologiyanın tarixi, nəzəriyyəsi və 
metodologiyası» ixtisası üzrə aspiranturada yüksək ixtisaslı 
mütəxəssislər hazırlanması müntəzəm xarakter kəsb edir, 
AM EA-da «Sosial fəlsəfə və sosiologiya» şöbəsi fəaliyyət 
göstərir, konfranslarda, dövri nəşrlərdə - jurnallarda sosiolog­
iyaya dair xüsusi bölmələr ayırd edilir, m üxtəlif sorğu m ər­
kəzləri təşəkkül tapır və s.
Lakin sosiologiyanın inkişafı müəyyən ziddiyyətlərlə, 
problemlərlə bağlıdır. Bunlardan bəzilərini qeyd etməyə eh­
tiyac duyuruq.
Əwəla, ümumi sosioloji nəzəriyyənin inkişafına, zəngin­
ləşməsinə diqqət artırılmalıdır, çünki bu nəzəriyyə bütövlükdə 
sosioloji elmin özəyidir, onun konseptual və kateqoriya-anlayış 
əsasıdır. İnsanlann sosial varlığının, cəmiyyətin fəaliyyət və inki­
şafının ən mühüm məqamlan burada öz əksini tapır. Cəmiyyətin 
öyrənilməsinə öz məzmunu, öz məntiqi və spesifikası ilə seçilən 
sosioloji yanaşmanın mahiyyəti məhz burada üzə çıxır. İnkişaf et­
miş ümumi nəzəriyyə əslində bu elmin həqiqi simasını ifadə edir.
İkincisi, müxtəlif sosioloji sorğuların aparılmasında ciddi 
qüsurlara yol verilir. Metodoloji mövqeyin elmi surətdə əsaslan 
dmlmaması, seçmədə reprezentativlik (təmsiledicilik) prinsipinin 
pozulması, sualların tərtibində zəruri tələblərə riayət olunmama­
sı, nəticələrin, faktların təhlilində və şərhində siyasiləşməyə 
meyllilik və s. bu qəbildəndir. Sorğuların hazırlanmasında və hə­
yata keçirilməsində, nəticələrin ümumiləşdirilməsində obyektiv­
lik və etiklik prinsipləri bir-birini tamamlamalıdır.
Üçüncüsü, sosiologiya ixtisasının məzunlarının işlə təmin 
olunmasında müəyyən problemlər, çətinliklər mövcuddur. Etiraf
4
etməliyik ki, ənənə /i ixtisas sahibləri bu cəhətdən daha əlverişli 
vəziyyətdədirlər. Bəziləri hətta sosioloqun hansı işdə çalışa bi­
ləcəyini az-çox təsəvvür edə bilmirlər. Əmək bazarında sosioloq 
peşəsinə yiyələnmiş şəxsin rəqabət qabiliyyətinə bir çox hallarda 
lazımınca diqqət yetirilmir. Ənənəvi bilik sahələrinin nümayəndə­
ləri tərəfindən bəzən sosiologiyanın ictimai həyatda və elmdə öz 
qanuni və layiqli yerini tutmasına müəyyən müqavimət göstərilir.
Dördüncüsü, sosioloji biliklərin təbliği də qənaətlondi- 
rici deyildir: əhalinin bəzi təbəqələri bu bilik sahəsinə ümu­
miyyətlə bələd de> ildir. Görünür sosiologiyanın uzun illər ə r­
zində ali və orta ixtisas məktəblərində tədris olunmaması tə ­
sirsiz qalmamışdır. Kütləvi informasiya vasitələri də əksər 
hallarda sosioloji b Iik sahələrinə o qədər də ciddi həvəs, ma­
raq göstərmir. Mətbuatda, radio və televiziyada sosioloq kadr­
ların azlığı özünü aydın surətdə hiss etdirir. Sosiologiyaya dair 
populyar nəşrlər də yox dərəcəsindədir.
Dərsliyin işlənməsində Azərbaycan Milli Elmlər Akade­
miyasının, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət 
İdarəçilik Akademiyasının, Bakı Dövlət Universitetinin, Naxçı­
van Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin, 
Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət İqtisad 
Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universiteti­
nin alimləri iştirak etmişlər. Bunlar sosiologiya elminin müxtəlif 
sahələri üzrə tanınmış mütəxəssislərdir.
Güman edirik ki, tələbələrə təqdim olunan bu dərs və­
saiti diqqətlə qarşılanacaq və onların intellektual inkişafında 
müsbət rol oynayacaqdır. Ona görə də müəlliflər kollektivi ki­
tabın məzmunu, strukturu və şərh üslubu, nəzəri və metodik 
səviyyəsi haqqında öz mülahizələrini bildirən hər kəsə irə­
licədən öz minnətdarlığını bildirir.
Dosent Elmidar Zeynalova kitabın işıq üzü görməsindəki 
xidmətlərinə görə müəlliflər minnətdarlıq edirlər.
BDU- nun sosial elmlər və psixologiya 
fakültəsinin dekanı, dosent, f.e.n.

Yüklə 8,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   259




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə